Video
UEFA rədd etmişdi, “Qarabağ” azarkeşləri BU CÜR ANDI - VİDEO
Avropa Liqasının “Qarabağ” – “Nant” oyununda bir dəqiqəlik sükut olub.
Publika.az xəbər verir ki, qrup mərhələsinin II turunun Bakıda keçirilən matçının start fitindən sonra tribunalardakı azarkeşlər telefonlarının işıqlarını yandıraraq bir dəqiqəlik sükut edib.
Bununla da Azərbaycan – Ermənistan sərhədində şəhid olanların xatirəsini yad edib. Allah rəhmət eləsin!
UEFA “Qarabağ”ın görüşdən öncə rəsmi sükut elan olunması ilə bağlı müraciətini müsbət cavablandırmasa da, fanatlar özləri belə addım atıb. Sentyabrın 13-də başlayan döyüşlər zamanı şəhid olduğu açıqlanan 71 hərbçinin xatirəsi yad edilib.
Görüşdən öncə “Şəhidlər ölməz, vətən bölünməz”, “Ən böyük əsgər, bizim əsgər” tipli vətənpərvər şüarlar səsləndirilib.
Qeyd edək ki, Tofiq Bəhramov adına Respublika stadionunda təşkil olunan qarşılaşma saat 20:45-də başlayıb.
-
Hadisə16:06Xocavənddə minaya düşən traktorçunun bir əli amputasiya olundu - YENİLƏNDİ
-
Nida Xəbər 14:55Ərdoğan Azərbaycana təşəkkür etdi
-
Region12:22Nəsimi Musayev Ermənistanda Robert Köçəryanla qonşu kamerada saxlanılır
-
Region11:16Ermənistanda həbsdə olan müxalifətçinin halı pisləşdi, həkimləri buraxmadılar - Öldü
-
Region10:58Rus turistlərin üz tutduğu ölkələr: Ermənistana səfərlər kəskin artıb
-
Nida Xəbər 10:19XİN Polşa və Anqolanı təbrik etdi
-
Dünya10:03Tehranda Netanyahunun oxşarı tapıldı: Ara qarışdı - FOTO
-
Magazin208:36Məşhur aktyor ürək çatışmazlığından vəfat etdi - FOTO






.jpg)
















.png)















