Yazarlar
Mədəniyyətdə “yol” arxetipi
“Yol” dünya mədəniyyətinin ən güclü arxetiplərindəndir. Onun simvollarını sayaq: «yola düşmək» («səyahətə çıxmaq») «bir məkanın sınırlarından çıxmaq», «başqa (və ya yad) məkanın sınırlarından adlayıb içəri girmək», «yolu azmaq», «kəsə yolu tapmaq», «təhlükələrə düçar olmaq», «tanış olmayan aləmə düşmək», «qəribə olaylarla rastlaşmaq», «gecəyə düşmək», «başlanğıc və son nöqtə», «gözləmək», «keçib getmək və ya keçib gedəndə tamaşa etmək» və s.
Düşünək. Azmı olur ki, mədəniyyət olayları yol simvolikasında dərk olunur, duyulur və ya biçilir? Elə birinci yadımf düşəni deyimk: Heqelin fəlsəfəsində İdeya öz içində bükülü olanları aça-aça «yola çıxır». Hər özündən tapdığı anlayış, qanun təbiətdə onlara uyğun nəsnələri (məsələn, mineralları) yaradır. Beləcə, İdeya gəlib çıxır toplum anlayışına və bunun sonucunda toplum, cəmiyyət yaranır. İdeya bu səyahətində ordan-burdan keçə-keçə tamaşa etməklə məşğul olur. Təbiətdə yaratdıqlarına baxıb nəyi bacardığını gerçəkdən seyr edir və bu özünü anlamaqdan zənginləşir. Toplum yaranandan sonra İdeya insanların (filosofların, sənətkarların, dinçilərin) düşüncəsi, seçdiyi ulusların ruhu vasitəsi ilə gerçəkliyi düşünüb anlayır. Gerçəklik başdan-ayağa onun düşüncəsindən və «əlindən» çıxır. Deməli, gerçəkliyi düşünəndə «əlindən» çıxanları, düşüncəsindən çıxanları düşündüyü üçün həm də Özünü düşünür. Ən nəhayət Ruh fəlsəfənin «əli» ilə tapır ki, bütün başqa olan nəsnələrin hamısının kökündə, özülündə o Özü durub, çünki hər nəsnədə Ruh iştirak edir. Deməli, İdeya hər nəsnədə Özünü biləndən sonra Özünə qayıdır. Yola düşmüşdü başqa yana, gəlir çıxır Özünə. Ancaq bu səyahətin bir xeyri olur. Səyahətin sonundakı İdeyanın «Öz»ü başlanğıcdakından qat-qat konkret, zəngin olur.
Təxminən eyni motivlər vaxtı ilə güclü şəkildə Əttar
tərəfindən işlənmişdi: Məhəmməd peyğəmbər merac zamanı Allaha doğru
səyahətə çıxır. Tanrı qatında Ona baxmağı gözləyəndə qeybdən səs
gəlir ki, Məni özündən qıraqda axtarma, Mən elə sənəm. Özündə axtar
məni.
-
Kriminal02:44Azərbaycanda sabiq idarə rəisi restoranda dava saldı - Xəsarət alan var
-
Qoroskop00:45Günün ulduz falı: Yeniliklər və ya ani risklər üçün uyğun zaman deyil
-
MDB11 Noyabr 19:50KTMT-dən sərt qərar: Ermənistan iki hüququndan məhrum edildi
-
Nida Xəbər 11 Noyabr 18:20Vətəndaşlar bəzi dövlət xidmətləri üzrə əlavə ödənişlərdən azad edilə bilər
-
Hadisə11 Noyabr 16:06Xocavənddə minaya düşən traktorçunun bir əli amputasiya olundu - YENİLƏNDİ
-
Nida Xəbər 11 Noyabr 14:55Ərdoğan Azərbaycana təşəkkür etdi
-
Region11 Noyabr 12:22Nəsimi Musayev Ermənistanda Robert Köçəryanla qonşu kamerada saxlanılır
-
Region11 Noyabr 11:16Ermənistanda həbsdə olan müxalifətçinin halı pisləşdi, həkimləri buraxmadılar - Öldü






















.jpg)















