Yazarlar
Erməni acgözlüyü və faşizm
Sosiologiyada faşizmin iki növü ayrılır. Bunlardan birincisi fərdi faşizmdir. İnsan bəzən aldığı yaralardan, pis ailə durumu və sosial statusdan dolayı ətrafa nifrət duyur. Aşırı milliyətçi siyasət adamlarının portretlərində də ya natamam şəxsi yetişməzlik yaxud da zorakılıq və sair hallarına rast gəlinir. Məyusluq beyinə təkan verir, nəticədə uğursuz insanlar mübarizədən yorulur və nifrət oxları özündən olmayanların hamısına tuşlanır.
Faşizmin ikinci növünü kollektiv şüurun irqçiləşdirilməsi təşkil
edir. Bu, artıq daha çətin və dözülməz mənzərə yaradır. Özü də
sosial qrupların və bütöv etnosların kütləvi faşizmə meyili də baş
vermir. Bəzən məcburi təlqinetmə və siyasi iqtidarın basqıları
çoxluğun ali millət və özününküləşdirmə səfsəfəsi ilə
zəhərlənməsinə rəvac verir.
Toplumsal faşizm artıq bir sıra mənzərələri gözümüzün önündə
məharətlə canlandırır. Qəsbkarlıq ictimai irqçi formasiyanın
birinci təməlidir. Maddi və mənəvi qəsb, talan, başqasının
haqqlarını və olanını çırpışdırmaq milli xəstəlikdən başqa bir şey
deyil və nevropatologiya bunların dəqiq izahını verir. Oğurluq,
vicdansızlıq və bütün vicdani deqradasiya proseslərinin
təbiiləşdirilməsi və ləyaqətsizliyin adi bir hal kimi qəbul
edilməsi bu halda məqbul olur.
Freyd izah edir ki, insanın ödənilməyən tələbatları qeyri-şüuri
nizamsızlığı oyadır. Eləcə də freydist Fromm kütlələrin nəzarətdən
çıxaraq heyvanla insanın ayrılmaması erasına geri dönüş etdiyini
təəsüflə vurğulayırdı. Yəni, sən hamıdan üstün olduğuna özünü
inandırırsan, bunu adi və təbii bir şey kimi beyinlərə ötürürsən,
qadın, uşaq demədən milli düşmənçilik ədavətlərini təbliğ edirsən
və inanırsan ki, bununla qondarma milli identikliyi qoruyacaqsan,
hamı sənin əzəli keçmişin və tarixin olduğunu zənn edəcək. Halbuki,
faşist strateqlər bir şeyi anlamırlar ki, artıq 21-ci əsrdir və bu
çağın faşist reaksiyalara ən böyük cavabı İKT sistemidir.
İnformasiya məkanının sərhədsizliyi ədalətsizliyin qarşısındakı ən
böyük baryerdir.
Dünyanın insan birliklərindəki vəhşi meyillərlə bağlı ixtisaslaşmış
ən önəmli psixoloq və fikir adamlarından olan Teodor Adorno faşizmi
psixoloji motivasiyanın olmamağı ilə izah edir. Adornonun
tezislərində lider və rəhbər faktoru faşizmin tərəqqisində əsas
meyillərdən biri hesab olunur. Tutaq ki, alman nasistləri necə ki
yəhudilərin şeytan olduqlarını uydurub, buna güclü bağlanırdısa,
eyni zamanda onlara bu manyakal ideyaları sırıyan liderlərə və
ideoloqlara da o qədər güclü bağlılıq və sədaqət nümayiş
etdirirdilər.
Faşizmi anatomiya və sosial elmlər qrup psixologiyasının ən pis
halı hesab edirlər. Burada kütlələr nəzarətdən çıxır, öz super
eqosunu ələ almaqda çətinlik çəkən insanlar isə artıq dağıdıcılıq
və yırtıcılığı normal bir şey kimi qəbul edirlər. Elmdə qrup
psixologiyası həm sosial təkamülün avanqardı hesab olunur, həm də
yanlış yönləndiriləcəyi təqdirdə çox çətin mənzərələri yaradan
məfhum kimi nəzərdə tutulur. Bütün bunların fonunda tarixi prosesi
araşdıranda şişirtmədən deyə bilərik ki, ermənilik və erməni
faşizmi artıq nəzarətdən çıxmış çoxpilləli psixoloji prosesdir.
Heç təsadüfi deyil, tarix boyu milli rəhbərlərinin
manipulyasiyaları ilə beyini yuyulan erməni siyasi dairələri və
lobbi saxta tarixlə var olma mücadiləsi ortaya qoyduğunu zənn edir.
Həyasızca və ikrah doğurucu formada başqasının ərazisinə,
musiqisinə, hətta yeməyinə belə tamah salır. Acgözlük və
qarınqululuq bir millətin siyasi mövcudluq predmetinə çevrilir. Ona
görə, erməni prezidenti Ağrı dağına iddia etmək ayıbını nümayiş
etdirir, bütün qınaqları nəzərə alaraq Qaregin Nijde kimi irqçinin
heykəlini paytaxtında nümayiş etdirməyə cəhd göstərir.
Ermənillərin haqqında fəxrlə danışdığı yalnız Nijde deyil, Andranik
ismini də unutmayaq. Bu adam öz qeydlərində qətliamı necə də
iştahla təsvir edir, adamın tükləri biz-biz olur: “Mən heç bir
şeyin fərqində olmadan bütün Basarkeçər türklərini məhv etdim. Amma
güllələrdən istifadə etmək istəmirdim, heyfim gəlirdi, bu insanları
məhv etmənin ən asan yolu hamısını bir quyuya doldurmaq və
üzərlərini daşlarla doldurmaq idi. Mən də elə etdim, bütün qadın,
kişi və uşaqları quyulara yığdım və ağızlarını daşlarla örtərək
onları ölümlə üz-üzə qoydum”.
Normal zehini və düşüncə qabiliyyəti olan başqa hansı xalq və
siyasətçi çoxluğu belə qəddar və azğın bir adamı qəhrəman kimi
qələmə verər?
Ermənilərin bütün ali tədris proqramlarında qəhrəman kimi təbliğ
etdiyi digər bir ismə diqqət yetirək. Dro ləqəbli Drastamat Kanayan
da vəhşiliyi və psixoloji manyaklıq halı ilə Andranikdən heç də
fərqlənmir. Dro həm 1905-ci ildə Bakıdakı türk qırğınlarında, həm
də Osmanlıya qarşı xain planlarda ən məkrli üsullardan istifadə
etdi. Ermənistanın mafioz klanı 2000-ci ildə ABŞ-dan Dronun
məzarının Ermənistana köçürdü. Hər il xüsusi günlərdə azyaşlı
erməni uşaqların onun məzarına kütləvi ziyarətlərini təşkil
edirlər. Körpə şüurları zərərli və utanc duyulası adamların siması
ilə dumanlanmağa davam edir.
1918-ci ilin sonlarında Zəngəzurda 115-dən çox Azərbaycan kəndi
dağıdıldı. 3200 kişi, 2700-dən artıq qadın və 2196 uşaq insanlığa
sığmayacaq şəkildə öldürüldü. Andranik, Dro və silahlı “Hamazasp”
terror təşkilatları əliyalın insanlara qarşı tarixin ən böyük
soyqırımlarından birini gerçəkləşdirdi. Tarixi bir insanlıq suçu
ortada ikən Qərbin qalstuklu, şlyapalı “misterləri” Türkiyəni saxta
ittihamlarla təzyiq altında saxlamağa cəhd edir və avtomatik olaraq
bu faşist şouya əl çalmağa davam edirlər.
Qarabağ müharibəsi zamanı Ermənistan qüvvələrimizə qarşı “Arabo”
adı altında Naxçıvanda, o cümlədən Qarabağda terror-təxribat və
işğal əməliyyatları aparmaq üçün eyni adlı iki terror dəstəsi
formalaşdırdı. Birinci dəstə, 1988-ci ildə Dəvəli (Ararat)
şəhərində yaradılıb. Hərbi Şuraya malik olan bu dəstənin bazası
əsasında 1992-ci ildə rayonun motoatıcı taborunun ikinci bölüyü
formalaşdırılldı.
Dəstənin ilkin fəaliyyətinin hansı sferada olmasını Markar
Melikonyanın “Mənim qardaşımın yolu” adlı kitabından daha yaxşı
anlayarıq. Kitabda “Keçəl” ləqəbli erməni döyüşçüsü Sergeyin etdiyi
qəddarlıqlar təsvir olunub: “1990-cı ilin noyabrında Keçəl sərhəddə
yerləşən kənddən Azərbaycan Xalq Cəbhəsinin bir gənc fəalını
oğurladı. Səid adlı azərbaycanlı gənc, bir aya yaxın Yerevan
yaxınlığında yerləşən bir bağ evində divara zəncirlənmiş vəziyyətdə
qaldı. Keçəl Səidin boğazını küt bıçaqla kəsməyə başladı. Əvvəl
Səid qışqırırdı, lakin sonra qışqırıq inilti və quruldamaqla əvəz
olundu. Nəhayət Ardaq buna qulaq asa bilməyərək, bıçağı Səidin
sinəsinə vuraraq buna son qoydu. Onlar Səidin bütün qanını
dostlarının məzarına axıtdıqdan sonra oradan getdilər”.
Bu, hansısa bir qorxu filminin təsviri deyil, erməni faşistlərin
qeydləridir.
Mövcud olmaq üçün tarix boyu ən zalım üsullara əl atan erməni
faşizminin elmi səbəblərini aydın izah edir və praqmatizm bu
ideyaların gələcəyinin ancaq məhv olduğunu da deyir.
-
Magazin204:14
Karla Bruni şübhəli şəxs qismində dindirildi
-
Magazin203:13
Məşhur aktisa bəbir naxışlı bikini ilə elə pozalar verdi ki... - VİDEO
-
MDB01:41
Qızılın ixrac rüsumu LƏĞV EDİLDİ - Bu ölkədə
-
Səhiyyə00:30
Xərçəng və ürək xəstəliklərindən qoruyan mutasiya KƏŞF EDİLDİ
-
Qoroskop00:05
Günün ULDUZ FALI: gününüz boz və maraqsız olacaq.
-
Səhiyyə2 May 21:48
Altı körpənin yanaraq ölməsində təqsirləndirilən xanıma yenidən VƏZİFƏ VERİLİR? - FOTO
-
Magazin22 May 21:00
Britni Spirs nəhayət ərindən BOŞANDI
-
Sosial2 May 20:36
Amin Musayev ilk dəfə əsir düşdüyü yerdə - VİDEO