• USD 1,7000 0,00% EUR 1,9423 -0,28%
    • GBP 2,2312 -0,03% RUB 0,0257 0,00%

Dövlət rəhbərlərini bütün bəlalardan qoruyan ayurveda - Prezident BÜTÜN SİRLƏRİ AÇDI/ÖZƏL

  • Xüsusi
  • 6 Dekabr 2018 11:07
  • 3 498 Baxış
Dövlət rəhbərlərini bütün bəlalardan qoruyan ayurveda - Prezident BÜTÜN SİRLƏRİ AÇDI/ÖZƏL

Son illər dünyanın ən çox inkişaf etmiş ölkələri dərman istehsalına görə liderliyi ələ alıblar. Lakin elə həmin dövlətlərin ali zümrəsinə mənsub olan şəxslər, hökumət və dövlət rəhbərləri, onların ailələri bu dərmanlardan istifadə etmirlər. Əvəzində təbii müalicə üsullarından yaralanırlar. Bu siyahıya liderliyi isə ayurveda edir.

Ayurvedanın elm kimi nə vaxtdan mövcud olduğu bəlli deyil. Lakin bu əsrarəngiz sahə hələ də Hindistan, Nepal, İndoneziya kimi ölkələrdə tətbiq olunur. Mənbələrin birində İbn Sinanın da bu müalicə üsullarından istifadə etdiyi bildirilir. Son dövrlərdə Ayurvedanın tərəfdarları arasında digər xalqların nümayəndələri də sürətlə artır. Bəs bu cərəyanın sirləri nədir?

Картинки по запросу ayurveda

Ayurvedanın əsasını sadəlik və təbiilik təşkil edir. Bu sahə hansı ölkədə yaşamağınızdan asılı olmayaraq, hər kəs üçün əlçatandır. Bəs ən uzunömürlü planet sakinləri sayılan buddistlərin, induistlərin, caynların, eləcə də siqhlərin həyat tərzinə çevrilən Ayurveda elmi nədir?

Bu söz sanskritcədən tərcümədə həyat və ya uzunömürlülük elmi kimi tərcümə olunur. Lakin bu, yalnız elm deyil, həm də fəlsəfi cərəyan, müalicə sistemi, bir sözlə, həyat tərzidir. Dünyanın ən güclüsü sayılan Çin və Tibet müalicə üsullarının da qaynağını Ayurveda təşkil edir. Bəzi mənbələrə əsaslansaq, bu fəlsəfi cərəyanın 5000 ildən çox yaşı var. Ayurveda metodu ilə çalışan həkimlərin əsas müayinə üsullarına nəbzin, nəcis və sidiyin, səs və digər səslərin, dil üzərindəki xətlər və rəngin, gözün yoxlanışı və insan haqda ümumi təəssüratdır.

Çağdaş dövrümüzdə Ayurveda tibbin iddialı alternativi kimi Avropada da tanınır. “Tapovan” adlı Ayurveda və Yoqa Açıq Universiteti qərb ölkələrində bu şəfalı elmin təbliği ilə məşğul olur.

Qurumun yaradıcısı isə “Ayurveda” Avropa Konsorsiumunun prezidenti Kiran Vyasdır.

Cənab Vyas müsahibə təklifimi geri çevirməyib, bir sıra maraqlı faktların üstünü açdı.

Beləliklə, Publika.az Kiran Vyasla müsahibəni təqdim edir:

- Cənab Vyas, sizin haqda məlumatla tanış olanda çox heyrətləndim. Mahatma Qandi, Mariya Montessori kimi şəxsiyyətləri canlı görmüsünüz. Uşaqlığınıza qayıdaq?

- Əlbəttə. 1944-cü ildə Hindistanın Qucarat ştatında doğulmuşam. Mən doğulanda atam Mahatma Qandi ilə birgə çalışırdı. Evimiz Qandinin yaşadığı Sabatmati aşramından 50 metr məsafədə yerləşirdi. O xanımı Kasturba Qandi ilə həyatının 12 ilini həmin aşramda yaşayıb. Hindistanın azadlığı uğrunda mübarizənin mərkəzi də bu məbəddən başlayıb. Demək olar ki, atamla birgə zamanımın çoxunu Qandinin aşramında keçirdərdim. Orada hind fəlsəfəsinin əsaslarını öyrənməyə başladım. Atam təhsil sahəsinə nəzarət edirdi. Ətrafındakı məsləkdaşları ilə birgə aşramda ayurvedanın əsasını qoydu. Deyə bilərəm ki, doğular-doğulmaz ayurveda ilə bütövləşdim. Aşramda keçirdiyim günlərdən ayurvedanı öyrəndim. Təhsilimə də davam etdim. Riyaziyyat və fizika sahəsi üzrə ixtisaslaşdım. Yəni təhsilimi həm elmi, həm də mənəvi cəhətdən zənginləşdirirdim. 14 yaşım olandan sonra anamla yaşamağa başladım. Anam məktəbdə montessori sistemini tədris edirdi. Özü də madam Montessori ilə birgə çalışırdı.

Картинки по запросу gandi

- Söylədiyiniz faktlar məni çox heyrətləndirdi. Bu gün montessori sistemi ölkəmizdə də tədris olunur. Özü də ən nüfuzlu sistem sayılır.

- Bəli, madam Mariyanın tədris sistemi azad tərbiyə üzərində qurulub. Bəlkə də bilmirsiniz, o, həmçinin İtaliyanın ilk qadın həkimi olub. Onun azad tərbiyə sistemi sayəsində uşaqlar dünyanı təcrübi şəkildə daha dərində dərk edirlər. Montessori sistemində məqsəd irad bildirmək, imkanlarını alçaltmaq deyil, sadəcə birgə öyrənməkdir. Anam Madam Montessori ilə çalışırdı və onun sistemini tədris edirdi. Mən də onların məktəbində təhsil aldım. Montessori sistemi məktəbəqədər tədris üçün nəzərdə tutulub. Mən də sanki o yaşıma geri dönüb həmin sistemi mənimsədim. Bir neçə ildən sonra yenidən atamın yanına geri döndüm. Hindistanın ən məşhur aşramı sayılan Şri Aurobindoda fəlsəfə təhsili aldım. Burada əsasən inteqral yoqa yəni şüurun tərəqqisi önə çəkilir. İnsan anlayışı bir sıra aspektlərdən, əsasən də mənəvi, yaradıcı, fiziki, əqli yöndən tədqiq olunur.

- Sonra isə istiqamətiniz Avropa oldu...

- Bəli... 1976-cı ildə Parisə köçdüm və YUNESKO-da işə başladım. İnsan Haqları üzrə daimi şuranın insan haqları üzrə daimi təmsilçisi vəzifəsində çalışdım. Həmin illərdə YUNESKO-ya üzv olan ölkələrin təhsil nazirliklərindəki yeniliklərə nəzarət edən mütəxəssis kimi fəaliyyət göstərdim. Bir məqam gəldi, və mən anladım ki, həyatımı ayurveda elminə həsr etmək istəyirəm. Ayurveda və yoqadan bəhs edən kitablar, məqalələr yazmağa başladım. Ardınca Açıq Yoqa və Ayurveda Universitetinin əsasını qoydum. İndi bütün Avropada bizim şöbələrimiz var. Əsas mərkəzimiz isə Normandiya vilayətində yerləşir. Ayurvedanı öyrənmək istəyənlər üçün dərslər keçirik. İncəsənət və fəlsəfə tədris edirik.

Картинки по запросу kiran vyas tapovan les photos

- Əsrlərdən bəri Hindistanda ayurveda tibbin ən iddialı alternativi sayılıb. Bu fakt çağdaş dövrümüzdə də dəyişməz olaraq qalır?

- Ayurveda leqal və əsirlərdən bəri gələn dünyəvi müalicə üsuludur. Tibb nə qədər inkişaf etsə də ona ehtiyac var. Ayurvedanın fərqi ondadır ki, qiymətdə sərfəli və kimyəvi maddələrdən uzaqdır.

- Ayurvedanın əsas prinsiplərini bizimlə bölüşə bilərsiniz?

- Ayurveda qəlbin və bədənin harmoniyasına nail olaraq, sağlamlığı qorumaq, həmçinin ətraf aləmlə xoş ünsiyyət qurmaq incəsənətidir. Bu elm insanın qarşısına heç bir məcburiyyət qoymadan, sağlamlığa qovuşmağa səsləyir. Ayurvedanın təməli beş ünsürə əsaslanır, materianı beş ünsürə bölür: hava, efir, su, od, torpaq. Bu beş ünsür qədim vedik kosmik anlayışlarla bağlıdır. Ayurvedaya görə həyat enerjisi və orqanizmdəki elementlərin qarşılıqlı təsirindən yaranan bioloji şirə doşa adlanır. Doşanın balansı pozularsa, xəstəliklər yaranar. Ayurvedik müalicənin əsas məqsədi də bu balansı qorumaqdan ibarətdir. Şüurla bədən arasında gözəgörünməz bağ var. Məhz bu əlaqə də bizim sağlamlığımıza və uzunömürlülüyümüzə təsir edir. Bu əlaqə zəiflədiyi təqdirdə xəstəliklər də güclənir.

Hava və efir ünsürləri zəngin olan insanlar VATA , su ilə od ünsürləri ilə zəngin olanlara PİTTA deyilir. Kapha isə su və torpaq elementlərinin bol olduğu insanların doşasıdır.

- Sadaladığımız doşaların da öz xüsusiyyətləri var, deyilmi?

- Bəli, ayurvedanın əsas müalicə üsulu da bunun üzərində qurulub. Vata əsasən enerji, nəfəs, düşüncə və iradəni tənzimləyir və yeddi xüsusiyyəti var: duru, yüngül, tarazsız, hərəkətli, incə və aydın. Vatanın miqdarı artdıqca sinir xəstəlikləri, narahatlıq, yuxusuzluq kimi əlamətlər çoxalır. Vata çatışmazlığı isə qəbizlik, hissiyyatın zəifləməsi, həddən artıq əsəbiliklə müşayiət olunur.

Pitta isə maddələr mübadiləsi və qida fermentlərinə cavabdehdir. Pitta normadan yuxarı olarsa, müxtəlif dəri və mədə xəstəlikləri, allergiya, hormonal balanssızlıq yaranar. Çatışmazlığı isə həzm sisteminin pozulmasına və ağlın itməsinə səbəb olur. Çünki o, əsasən çanaq, bağırsaq sistemi, sümüklərə görə cavabdehdir. Pittanın əsas funksiyası hormonları tarazlaşdırmaq, bədənin temperaturunu normada saxlamaq, dərinin təravətini qorumaq, nifrət, qısqanclıq kimi hissləri tənzimləməkdir.

Kapha isə orqanlarımızın hüceyrə quruluşuna və onları qoruyan şirəyə görə cavabdehdir. Onun çatışmazlığı nəfəs darlığına səbəb olur. Çoxluğu isə orqanlarda artıq maye toplanmasına gətirib çıxarır.

Tənzimlənmiş kapha bədəni enerji ilə təmin edir. Seksual istəkləri artırır, zehni gücləndirir.

- Belə çıxır ki, VATA, PİTTA və KAPHAnın balanssızlığı xəstəliklər yaradır?

- Bəli, həyat tərziniz, ritminiz zəifləyir. Yuxu sisteminiz, siniriniz pozulur. Kimyəvi tərkibli dərmanlardan bədəniniz gücünü itirir. Dünyanın ən qədim elmi ayurveda bu anda köməyinizə çatır. Biz müxtəlif masajlarla, təbii üsullarla, müxtəlif yoqa növləri, musiqi ilə bədənlə zehnin harmoniyasını geri qaytarırıq. Stress, narahatlıq, artıq çəki sizi tərk edir. Müalicə zamanı birgə yaşadığınız doğmalarınız, iş ortamınızda sizi əhatə edən insanlar da nəzərə alınır. Bəli, şəhər mühitindən uzaqlaşıb, istənilən istirahət mərkəzinə yollana bilərsiniz. Amma unutmayın ki, ayurveda həm zehninizi həm də vücudunuzu sakitləşdirəcək, bütün sağlıq problemləriniz aradan qalxacaq. Bu baxımdan Ayurveda həyatı düzgün yaşamaq sənətidir.

- Bildiyim qədərilə Ayurvedanın ən maraqlı müalicə üsullarından biri də masajdır. Ayurveda masajlarının fərqindən və əhəmiyyətindən danışa bilərsinizmi?

- Əlbəttə. Ayurvedada masajin xüsusi rolu var. Məsələn, yeni doğulmuş körpələr və uşaqlar üçün nəzərdə tutulmuş masaj immun sistemini gücləndirir, qavrayışına, zehninə müsbət təsir edir. Kansu adlanan masaj ayaq altına edilir. Bu masaj od ünsürünü tənzimləyir, rahat yuxu təmin edir. Görmə qabiliyyətini yaxşılaşdırır. Maraqlı masaj növlərimizdən biri də Şirodaradır. Bu masajın bir seansına beş litr müxtəlif faydalı yağlardan istifadə edirik. Bütün yorğunluğu və stressi aradan qaldırır. Sakitlik və bol enerji bəxş edir. Astek masajı isə dərini gözəlləşdirir. Selüliti aradan qaldırır. Ümumiyyətlə, ayurvedada 300-dək masaj növü var. Hamısını da tətbiq edirik.

- Cənab Kiran, saatlarla sizinlə bu əsrarəngiz elmin dərinliklərinə varmaq istərdim. Odur ki, növbəti müsahibəmizədək sağollaşıram. Ötürdüyünüz parlaq enerji hələ uzun müddət mənə yol yoldaşı olacaq.

- Minnətdaram. Mən də tanışlığımıza şad oldum.

Leyla Sarabi

Загрузка...

Xəbər lenti

DAHA ÇOX XƏBƏR