• USD 1,7000 0,00% EUR 1,9288 0,00%
    • GBP 2,2567 0,00% RUB 0,0264 0,00%

Azərbaycanlı analardan MÖHTƏŞƏM ADDIM: Uşaqlar üçün...

  • Xüsusi
  • 24 Dekabr 2018 15:09
  • 723 Baxış
Azərbaycanlı analardan MÖHTƏŞƏM ADDIM: Uşaqlar üçün...

Deyim var ki, qadınlar insanı şair, uşaqlar isə filosof edir. Axı həqiqətən də doğru övlad yetişdirmək əsl fəlsəfədir. Körpənin hətta ən təbii ehtiyaclarını ödəməkdə ona yardımçı olmaq valideyndən yüksək psixoloji və mənəvi hazırlıq tələb edir.

Bir də unutmayaq ki, valideyn deyəndə yalnız ana nəzərdə tutulmur. Körpənin ilk ürək döyüntülərini eşitməkdən tutmuş, onun dünyaya göz açdığı anadək, hətta yuxusuz gecələrində atanın maksimal dəstəyi çox vacib amildir. Sevindirici haldır ki, artıq ölkəmizdə də əsl valideyn məsuliyyətini dərk edən gənc ataların sayı günbəgün artır.

Publika.az xəbər verir ki, 23 dekabr Azərbaycanlı Analar Birliyi “Moms Azerbaijan” tərəfindən təşkil olunan "Emosional və Fiziki Sağlam Uşaqlar Böyüdək" adlı konfrans bu faktı bir daha sübut etdi.

500-dən çox gənc valideynin övladları ilə birgə toplaşdıqları konfrans istər maarifləndirmək, istərsə də xoş zaman keçirmək baxımından hər kəsə maraqlı anlar yaşatdı.

Bir neçə saat davam edən konfransda “Bioloji Təbabət” klinikasının həkim mütəxəssisləri emosional və fiziki sağlam övlad yetişdirmək üçün valideynlərə tövsiyələr verdilər.

Psixoloq Leyla Davud günümüzün əsas problemlərindən olan “blender körpə” sindromu mövzusunda gənc analara məsləhət verdi. Süddən təbii qidaya keçid edən uşağın rasionunu yalnız blenderdən keçirilən qidaların təşkil etməsinin yanlış qərar olduğunu bildirdi. Həmçinin valideynlərin telefon asılılığının, yetişdirdikləri azyaşlıların uşaqlığını, insanlığını yarım qoyduğunu vurğuladı. Bundan başqa uşaqların individuallığı, valideynlərinə olan emosional tələbləri haqda da geniş müzakirə aparıldı. Tədbirə qatılan həkimlər körpə və azyaşlılıarın mədə-bağırsaq xəstəlikləri ilə düzgün mübarizə, həmçinin peyvəndlər haqda ətraflı məlumat da verdilər. Yeniyetmələrlə düzgün rəftar və münasibətin qurulması şərtlərindən danışdılar.

Mütəxəssislər valideynlərin övladları ilə bağlı narahatlıqlarından doğan sualları da cavablandırdılar.

Konfransın sonunda püşkatma nəticəsində seçilən qaliblərə bir sıra hədiyyələr təqdim olundu.

Bu tədbirin təşkilində maraqlı məqamlardan biri də o idi ki, xırda biznesi olan sahibkarlar, dekorativ tətbiqi sənət nümunələri təqdim edən sənətkarlar öz məhsullarını və əl işlərini sərgiləmək imkanı əldə etdilər. Həmçinin konfransa qatılan balacalara zehni inkişaf etdirən maraqlı hədiyyələr təqdim olundu.

Ölkəmiz üçün yenilik olan belə konfransların təşkili və davamlılığı olduqca faydalıdır. “Emosional və Fiziki Sağlam Uşaqlar Böyüdək” adlı konfrans həm gənc anaların sosial aləmlə münasibətini yenidən bərpa etmək, həm övladının tərbiyəsi ilə bağlı faydalı biliklər əldə etmək, həm də yeni tanışlıqlar qazanmaq baxımıdan olduqca gərəkli addımdır. Fiziki və əqli cəhətədən tam sağlam uşaqların böyüdüyü cəmiyyətdə yaşamaq arzusu ilə...

Leyla Sarabi

loading...

Xəbər lenti

DAHA ÇOX XƏBƏR
loading...