Xüsusi
Onlar Azərbaycan cəmiyyətinin dəstəyini qazana bilməz - Deputatdan SƏRT SÖZLƏR
"Bu cəmiyyətə bağlı olmayan, xalqımızın qayğıları ilə yaşamayan xaricdəki anti-milli qüvvələr, onların azsaylı numayəndələri Azərbaycan cəmiyyətinin dəstəyini qazana bilməz".
Bu sözləri Publika.az-a açıqlamasında millət vəkili Aydın Mirzəzadə deyib.
Azərbaycanın dövləti müstəqilliyini 1991-ci ildə bərpa etdiyini xatırladan millət vəkili ölkəmizin bütün müstəqil dövlətlər kimi xaricdə yaşayan diaspor nümayəndələri ilə əlaqələrə böyük əhəmiyyət verdiyini qeyd edib: "Bu gün dövlətimizlə, Azərbaycan cəmiyyəti ilə, xalqımızın xaricdə yaşayan nümayəndələri arasında çox sıx əlaqələr var. Diaspor təşkilatlarımız Azərbaycanla əlaqələrə, vətənimizin təbliğinə böyük əhəmiyyət verirlər. Lakin təəssüf ki, bəzi kiçik qruplar ölkə xaricində erməni diaspor dairələrinin maliyyə dəstəyi ilə anti-Azərbaycan mərkəzləri qurur, ölkəmizə qarşı çirkin kampaniya aparırlar. Azərbaycan haqda yalan yaymağa, cəmiyyətimizə nifaq salmağa çalışırlar. Bunun üçün də sosial şəbəkələr və internet televiziyalardan yararlanırlar".
Deputat bildirib ki, bütün bu cəhdlər əbəsdir: "Bunu müşahidələr göstərir. Geniş auditoriya toplaya bilmirlər. Troll izləyici və radikal mövqedə olan insanlardan başqa heç kimin dəstəyini qazanmırlar. Onlar özləri də etiraf edirlər ki, auditoriyaları kiçikdir, və xalqımızdan dəstək görmürlər. Ən əsası isə sponsorlardan alınan pulların bölüşdürülməsi ilə bağlı konfliktlərin də şahidi oluruq".
-
Hadisə16:06Xocavənddə minaya düşən traktorçunun bir əli amputasiya olundu - YENİLƏNDİ
-
Nida Xəbər 14:55Ərdoğan Azərbaycana təşəkkür etdi
-
Region12:22Nəsimi Musayev Ermənistanda Robert Köçəryanla qonşu kamerada saxlanılır
-
Region11:16Ermənistanda həbsdə olan müxalifətçinin halı pisləşdi, həkimləri buraxmadılar - Öldü
-
Region10:58Rus turistlərin üz tutduğu ölkələr: Ermənistana səfərlər kəskin artıb
-
Nida Xəbər 10:19XİN Polşa və Anqolanı təbrik etdi
-
Dünya10:03Tehranda Netanyahunun oxşarı tapıldı: Ara qarışdı - FOTO
-
Magazin208:36Məşhur aktyor ürək çatışmazlığından vəfat etdi - FOTO





















.jpg)

.png)



.jpg)












