Xüsusi
Türkiyəli həkim minlərlə azərbaycanlını bu xəstəlikdən xilas edib həyata qaytardı - FOTO
2009-cu ildən bu günə qədər Bayındır Sağlıq Qrupunun Azərbaycan üzrə təmsilçiliyini həyata keçirən Fəridə Rəhimbəyova bu illər ərzində xəstəxana ilə əməkdaşlıq çərçivəsində əldə etdiyi uğurlardan danışıb. F.Rəhimbəyova bildirib ki, Bayındır Sağlıq Qrupunun həkimləri müalicə və ya cərrahi yol ilə minlərlə azərbaycanlı xəstəni sağlamlığına qovuşdurub.
Publika.az sözügedən xəstəxananın ölkəmizdəki rəsmi təmsilçisi F.Rəhimbəyova ilə müsahibəni təqdim edir.
- Fəridə xanım artıq uzun illərdir ki, Bayındır Sağlıq Qrupunun Azərbaycan üzrə rəsmi təmsilçisisiniz. Bu illər ərzində klinika Azərbaycanla əməkdaşlığı çərçivəsində bir çox nailiyyətlərə imza atıb. İstərdim ki, Bayındır Sağlıq Qrupunu digər xəstəxanalardan fərqləndirən nüanslara toxunasınız.
- Bayındır Sağlıq Qrupu Türkiyədə çox tanınmış, sayılıb-seçilən klinikalardan biridir. Uzun müddətdir ki, onun Azərbaycan üzrə təmsilçisiyəm. 2009-cu ildən bəri Bayındır Sağlıq Qrupunun Azərbaycandakı ofisi fəaliyyət göstərir. Bu illər ərzində Azərbaycanla çox səmərəli əməkdaşlığımız olub. İlk növbədə Oksigen Klinik Xəstəxanası ilə əməkdaşlığa başladıq. Daha sonra MedEra Hospitalla qarşılıqlı əməkdaşlığa imza atdıq. Təmsilçiliyin işində elmi konfranslar və simpoziumlar da geniş yer aldı. Dəfələrlə Milli Onkologiya Mərkəzi və Mərkəzi Gömrük Hospitalı ilə konfranslar, simpoziumlar təşkil etdik, böyük nailiyyətlər əldə etdik.
Türkiyə klinikasının həkim kollektivi - plastik və rekonstruktiv cərrah, kardioloq, ortoped, travmatoloq və bu sıradan bir neçə ixtisasa malik həkimlər müqavilə əsasında illərdir azərbaycanlı xəstələri müalicə edib.
Xəstələrin çox olması səbəbindən türkiyəli həkimlər tez-tez gedib-gələ bilmirdi. Odur ki, bu müqavilələri müvəqqəti olaraq dayandırdıq. İndi də pandemiya səbəbindən işlərimiz bir qədər ləngiyir. Karantin qaydaları tədricən yumşaldıqdan sonra daha iti addımlarla fəaliyyətimizi bərpa edəcəyik. Amma bu dönəmdə də biz fəaliyyətimizi dayandırmadıq. Onlayn konsultasiyalar təşkil edirik və lazımi xəstələr üçün icazə alıb çarter reysləri ilə Türkiyəyə Bayındır Sağlıq Qrupuna göndəririk.
Türkiyədə fəaliyyət göstərən bir çox klinikalarla tanışam, hər birinə xüsusi sayğım var. Türkiyənin elə bir xəstəxanası yoxdur ki, onun Azərbaycanda təmsilçiliyi olmasın. Bayındır Sağlıq Qrupunu fərqli edən başlıca cəhət odur ki, xəstələrə hotel xidməti deyil, sözün əsl mənasında tibbi xidmət göstərilir. Ofisimizin üzərindən klinikaya göndərdiyimiz xəstələrin heç biri bizə narazılığını bildirməyib. Sağalan xəstələrimiz uzun müddət həkimlərlə münasibəti qoruyub saxlayır.
Xəstəxananın Bakıdakı təmsilçiliyini açanda iki nəfər işçimiz var idi, artıq komandamız böyüyüb, işçilərimiz çoxdur. Hər bir işçinin öz öhdəlikləri var. Həmçinin azərbaycanlı həkimlərlə də sıx münasibətimiz var. İldə bir dəfə Avrasiya Tibb Günləri keçirilir, tədbirdə iştirak etmək üçün Azərbaycandan ən az 6-7 həkim dəvət edilir. Ümumiyyətlə bütün konfrans və simpoziumlarda azərbaycanlı həkim və professorların iştirakına xüsusi diqqət verilir, ilk növbədə Bakıya dəvət göndərirlər. Həkimlərimiz oranı doğma evi kimi qəbul edir. Türkiyənin Azərbaycanda olan səfirliyi, xüsusilə Milli Məclis və Heydər Əliyev Fondu tərəfindən təmsilçiliyimiz çox gözəl qiymətləndirilir. Ofisimizin təntənəli açılışında Türkiyə səfirliyinin nümayəndələri, müşavirləri iştirak etmişdi. İldə bir dəfə cənab səfir görülən işlərlə tanış olur və Bayındır Sağlıq Qrupunun fəaliyyətini xüsusi qeyd edir. Səfirlik hər zaman bizə dəstək olur.
Həyat yoldaşım Firudin Cəlilovun ( red. keçmiş təhsil naziri) bu gün ayaqda olmasını və sağlamlığına qovuşmasını Bayındır Sağlıq Qrupunun peşəkar həkim heyətinə borcluyuq. Bayındır Sağlıq Qrupunun həkimləri Firudin müəllimi çoxsaylı ağır və uğurlu əməliyyatlar nəticəsində sağlığına qovuşdurdular.
- Klinikanın həkimlərinə Azərbaycanda tələbat hansı səviyyədədir?
- Klinikanın həkimləri xəstəyə qarşı həddən artıq diqqət göstərir. Xəstəxanada elə atmosfer yaradılır ki, xəstə həkimin konsultasiyasından sonra böyük ümidlə müalicəsinə davam edir. Düzgün müalicə sxemindən əlavə peşəkar həkimlər xəstənin ruhdan düşməsinə yol vermir, onu sağaldacaqlarına dair vəd verirlər. Hesab edirəm ki, nikbin əhval-ruhiyyə istənilən xəstəliyin müalicəsində vacib rol oynayır.
Müalicə üçün əvvəlcə Moskvaya üz tutan bir xəstəmiz var idi. Rusiyalı həkimlər ona xəstəliyin müalicəsinin mümkünsüz olduğunu deyəndən sonra xəstənin ailəsi bizə müraciət etdi. Onu Bayındır Sağlıq Qrupunun professoru Zafer Ferah Köşeyə yönləndirdik, o, xəstəni əməliyyat edib sağlamlığına qovuşdurdu. Bu əməliyyatdan artıq 7 il keçib, xəstə hələ də yaşayır və öz həyatına davam edir. Belə xəstələrimiz çox olub.
- Əsasən hansı xəstəliklərin müalicəsi üçün müraciət edirlər?
- Tələbat xərçəng xəstələri tərəfindən gəlir. Azərbaycanda yüksək səviyyəli onkoloji mərkəzimiz var və peşəkar həkimlərimiz xəstələrə xidmət göstərir. Amma yenə də müalicə və əməliyyat üçün getmək istəyən şəxslər var. Bizim Milli Onkologiya Mərkəzinin bir çox həkimləri professor Zafer Ferah Köşenin tələbələri olub. Mərkəzi Klinik Xəstəxananın da həkimlərinin əksəriyyəti Bayındır Sağlıq Qrupunda ixtisaslarını artırıblar.
Ortopediya və travmatologiya sahəsində professor Oğuz Karaeminoğullarını misal çəkə bilərəm. Onun haqqında əvəzsiz həkim desəm, yanılmaram. Beli bükülmüş skalioz xəstələrini yenidən sağlam həyata qaytarır, adi insandan dik qamətə qovuşurlar. Öz sahəsində Oğuz bəy çox inkişaf edib, bir çox ağır əməliyyatlarda inanılmaz uğurlara imza atıb.
Rekonstruktiv-plastik cərrahiyyədə professor Alirza Erçöçen inanılmaz xarüqələr yaradır. Onu Bakıda tanımayan yoxdur, əlləri qızıldır. Onunla Beynəlxalq Uşaqlar Gününə həsr olunmuş böyük layihəmiz var idi, təəssüf ki, pandemiya üzündən təxirə düşdü. Alirza həkimlə bölgələrimizə üz tutub dovşandodaq, qurdağız uşaqları müayinə edib mümkün olanları yerində əməliyyat etməyi planlaşdırmışdıq. Hətta sponsor da tapmışdıq. Layihəni pandemiya üzündən ləğv etmək fikrində deyilik, gələcək aylarda biz onu mütləq həyata keçirəcəyik.
Göz problemləri ilə də müraciət edən xəstələrimiz olur. Bir gözünü itirən və digər gözündə ciddi problem yaranan bir xəstə bizə müraciət etdi. Bu xəstəni Bayındır Sağlıq Qrupunun Ankaradakı həkimi, professor Yonca Akovaya yönləndirdik. Çox uğurlu əməliyyat oldu. Kor olmuş gözünü sağaltmaq mümkün olmasa da, digər gözünün görmə qabiliyyətini 70 faiz bərpa etdi. Onun əlləri var olsun ki, bütün xəstələrə nur bəxş edə bilir.
- Klinikada Hepatit xəstəliyinin müalicəsi necə aparılır?
- İnfeksionist Levent Doğancı minlərlə azərbaycanlı xəstəni bu bəladan xilas edib. Müalicə alan xəstələr bu günə qədər səhhətindən razıdır, hər yerdə həkimin adını böyük sayğı ilə çəkirlər. Ümumiyyətlə dəyərli həkimlərimiz çoxdur, ürək xəstəliklərinin müalicəsində Dos.Yaman Zorlutunanı, professor Timur Timurkaynakı misal çəkə bilərəm. Hamısının adını çəkə bilməsəm də, hər biri həkimlik adını şərəflə daşıyır.
Bayındır Sağlıq Qrupu həkim heyəti üçün gözəl şərait yaradır, xarici ölkələrə konfranslara və ya təhsil almağa göndərir.
- Klinikanın həkimləri hansı xəstəliklərin müalicəsində yeniliklərə imza atıb?
- Onurğa cərrahiyyəsində bir sıra yeniliklərə və inkişafa nail olunub, əvvəllər bir sıra çətinliklərlə aparılan və fəsadlar verən əməliyyatlar indi ağrısız və qansız aparılır. Əvvəllər el arasında “qrija”adlanan – yırtıq əməliyyatı kəsilərək edilirdi. Sonra həmin hissə mikroskopla izlənirdi. Bundan sonra bəzi hallarda fəsadlar yaranırdı və hətta xəstə təkrar əməliyyat olunurdu. Bu zaman xəstəyə infeksiyanın düşmə ehtimalı da böyük idi. İndi isə mikroskop da əməliyyat prosesinə əlavə olunub. Yəni onurğa cərrahiyyəsində ən böyük addım hazırda əməliyyatların tamamən endoskopik keçirilməsidir. Daha kiçik kəsiklər vasitəsilə xəstənin sağlam orqanlarına zərər vurmadan xəstə toxumanı aradan qaldırmaq - müasir tibb elminin əsası bunun üzərində qurulub. Əvvəllər cərrahın peşəkarlığı onun bədəndə daha böyük miqyasda kəsiklə əməliyyat etməsində idi. İndi isə daha kiçik kəsiklə daha böyük əməliyyat edən cərrahlar peşəkar sayılır.
Ən son yeniliklərdən biri də şəkərli diabetin cərrahi yolla sağaldılmasıdır. Professor Zafer Ferah Köşe Bakıda və Türkiyədə şəkərli diabetdən əziyyət çəkən azərbaycanlı xəstələri əməliyyat edib. Əməliyyatdan sonra insulindən asılı olan xəstələr insulinə yox dedilər.
Endokrinoloji sahədə öz sözünü deyən professor Mustafa Kutlu Azərbaycanda çox yaxşı tanınır. Əməliyyatı mümkün olmayan şəkərli diabetdən əziyyət çəkən xəstələri onun yanına Ankaraya göndəririk. Professor M.Kutlunun təklif etdiyi müalicədən xəstə artıq xəstəliyindən əziyyət çəkmir. Sonrakı mərhələdə əlinin, qolunun, barmaqlarının və ayaqlarının kəsilməsi riskinin qarşısı alınır. Düzgün proqramla irəliləyiş əldə edilir.
Rekonstruktiv-plastik cərrah Alirza Erçöçen isə xərçəng nəticəsində süd vəzisi tamamilə alınan xəstələrin öz kök hüceyrələrindən süd vəzisini bərpa edir. Slikonsuz filan. Avtomobil qəzası keçirən və sınığı bərkiməyən xəstələrdə sümüklərin qaynamasını Alirza bəy kök hüceyrə metodu ilə bərpa edir. Ümumiyyətlə Bayındır Sağlıq Qrupunu Azərbaycanda yaxşı tanıyırlar. Bütün sahənin həkimləri böyük addımlarla inkişafa doğru gedir.
- Qiymətlər münasibdirmi?
- Digər klinikalarla müqayisədə Bayındır Sağlıq Qrupunun qiymətləri çox münasibdir.
Bayındır Sağlıq Qrupunun heyəti xəstələrə çox yaxşı münasibət göstərir. Xəstəxananın nümayəndələri xəstəni hava limanında qarşılayıb hotelə yerləşdirir, daha sonra maşınla xəstəxanaya aparır. Rusdilli əməkdaşlarımız da hər zaman xəstələrin qulluğunda dayanır, şəxsi problemlərinə qədər yardım edirlər. Bu da xəstəxananın qoyduğu normadır. Bu tibbi etika və əxlaq qaydalarının qorunub saxlanılmasında, klinikanın və təmsilçiliyin işinin irəli getməsində baş direktor Sain Sezai Sevginə və onun yardımçısı Cem Talasa öz xüsusi minnətdarlığımı bildirirəm. Bakı ofisinin işinin irəliləməsində çox böyük rolu olan Yelena Ulusaya və pazarlama müdiri Gülşah Askara da təşəkkür edirəm.
- Karantindən dolayı müalicəsi yarımçıq qalan xəstələr varmı, hazırda Bayındır Sağlıq Qrupunun həkimləri xəstələrlə necə əlaqə qurur və necə xidmət göstərir?
- Müalicəsi yarımçıq xəstələrə həkimlər onlayn qaydada xidmət göstərməyə davam edir. Onlayn konsultasiyalar həyata keçirilir. Artıq xəstəliklə bağlı xarici ölkə səfərlərinə rəsmi qaydada icazə verilib. Lakin əvvəlcə xəstənin bütün məlumatları Türkiyəyə göndərilir.
Türkiyədə həkim kolsultasiyası baha başa gəlirdi, amma əhalinin bugünkü durumu nəzərə alınaraq onlayn konsultasiyalara olduqca münasib qiymət qoyuldu. Odur ki, sağlamlığınızı Bayındır Sağlıq Qrupuna gözüyumulu əmanət edə bilərsiniz.
- Türkiyədə əməliyyat edilib vətənə qayıdan xəstənin sonrakı müalicəsi necə aparılır?
- Bu, əməliyyatın ağırlığından asılıdır. Ən ağır xəstə maksimum 1 aydan sonra qayıda bilər. Amma 1 aya qədər qalan xəstəmiz olmayıb, çox tez bərpa olur və sonra qayıdırlar. Ən ağır əməliyyat edilən xəstə maksimum 2 həftə qalır. Həkim və xəstəxana personalı o qədər yüksək səviyyədə xidmət göstərir ki, əməliyyatdan sonra sağalma dövrü sürətlənir.
Bundan başqa Bayındır Sağlıq Qrupunun burda əməkdaşlıq etdiyi həkim heyəti var. Türkiyədən qayıdan xəstələrin nəzarəti həm də onlara tapşırılır. Xəstənin həkimdən sağalmasına dair ən xoş sözləri duymağa ehtiyacı olur. Odur ki, bir neçə ay sonra xəstə müayinə üçün təkrar öz həkiminin yanına gedə bilər. Bəzən isə xəstə tam sağaldığı üçün getməsinə ciddi ehtiyac duyulmur.
- Pandemiya ilə əlaqədar Bayındır Sağlıq Qrupunda hansı tədbirlər görülüb?
- Çox ciddi tədbirlər həyata keçirilir, maskasız xəstəxanaya daxil olmaq qadağandır. Hələki xəstəxanada heç bir yoluxma hadisəsi baş verməyib. Bütün qanunlara çox ciddi əməl edilir.
Aytən Məftun
Foto: Pərviz Həşimi
-
Dünya01:55
Berbokun Bakıda niyə nikah üzüyü taxmadığı bilindi
-
Hadisə00:55
Azərbaycanlı "diplomat" İstanbulda saxlanıldı - 70 kilo qızılla
-
Qoroskop00:35
Günün qoroskopu: çəkdiyiniz zəhmətin bəhrəsini görəcəksiniz
-
İdman22 Noyabr 23:18
“Qarabağ” rəqəmlərlə Fransaya elə bir mesaj verdi ki… - FOTO
-
Nida Xəbər 22 Noyabr 23:03
Bakıda keçirilən COP29 bu tarixdə bitəcək
-
Magazin122 Noyabr 22:02
Aşıq Zülfiyyə: "Oğlumla 3 gündür danışmıram, bütün nömrələrini "blok"a atmışam" - VİDEO
-
MDB22 Noyabr 21:51
Bu şəxslər Rusiya vətəndaşlığından məhrum ediləcəklər - Sabahdan...
-
Region22 Noyabr 21:39
Ermənistanda Azərbaycana işləyən “casus”a bu cəza verildi