Xüsusi
Azərbaycan mahnısı ingilis müğənnini vəcdə gətirdi: “Bu terminin çürüməsi mümkün deyil” - ÖZƏL
Bu günlərdə internetdə Azərbaycan xalq mahnısı “Girdim yarın bağçasına”nı ifa edən ingilis musiqiçinin videosu yayıldı. Türkiyədə yaşayıb fəaliyyət göstərən musiqiçini tapıb həmsöhbət olduq.
Publika.az-ın özəl müsahibi Pol Dvayerdir.
- Əziz Pol, sizi daha yaxından tanımaq istəyirəm.
- 1963-cü ildə İngiltərənin Liverpul şəhərində doğulmuşam. 2 yaşım olanda ailəmlə birgə Şotlandiyaya köçdük. Musiqidə ilham mənbəyim hər zaman atam olub. 12 yaşımda klassik gitara dərslərinə də ondan aldığım dəstək sayəsində başlamışam. 18 yaşımda Mançester Kral Şimali Musiqi Kollecinə qəbul olundum. Konservatoriyada tanış olduğum ən yaxın dostum Endi Kleybörnlə birgə fərqli ölkələrə qastrol səfərlərinə yollandıq. 1988-ci ildə musiqi şirkətlərindən biri Türkiyəyə konsert proqramı ilə çıxış etməyə yolladı.
- Və siz Türkiyəni seçdiniz.
- Əslində mən seçmədim, Türkiyə məni seçdi. Buna qismət də deyə bilərik. Bura gələn kimi xanımımla tanış olub, ailə qurduq. O vaxtdan Türkiyədə yaşayıram.
- Britaniya ilə Türkiyə arasında kifayət qədər mədəniyyət fərqi var. Qərb və Şərqin təmas nöqtəsində durmaq sizi yorur?
- Doğulduğum ölkə ilə Türkiyə arasında kifayət qədər böyük fərq var. Amma məni ən çox məmnun edən də bu iki ölkə arasında körpü ola bilməkdir. Bir-birimizə sevgi, sayğı bəslədikdən sonra bu fərqlərin heç bir önəmi qalmır.

- Bir çox dillərdə bəstələr ifa edirsiniz. Sizin üçün eşqin, musiqinin dili varmı?
- Dünyanın ən mükəmməl dilinin musiqi olduğunu düşünürəm. Çünki birbaşa ruhumuza və duyğularımıza xitab edir.
- Bu gün bəşəriyyət dəhşətli xəstəliklərlə yanaşı, rasizmlə də mübarizə aparır. Sizcə, hansı daha təhlükəlidir?
- Qətiyyən irqçiliyin daha təhlükəli olacağını düşünmürəm. Keçmişdən bu günə bir çox epidemiya ilə mübarizə apardıq, aparacağıq. Əslində həyat yolumuzun əsas fəlsəfəsi də budur. Qarşımıza çıxan maneələri dəf etmək instinkti...
Çox məyusam ki, 21-ci əsrdə belə, rasizmə çarə tapılmır. İnsan olaraq bir-birimizin bərabər hüquqa sahib olduğunu dərk etməsək, bu cansıxıcı terminin çürüməsi mümkün deyil.
- Əziz Pol, ifa etdiyiniz xalq mahnımızı sosial şəbəkə istifadəçiləri qısa müddətdə sürətlə paylaşmağa və xoş fikirlər bildirməyə başladı. Növbəti mahnımızı ifa etməyi düşünürsünüz?
- Bu məni çox sevindirdi. Əmin olun ki, ifa edərkən mən də böyük zövq aldım. Qısa zamanda növbəti Azərbaycan mahnısına müraciət etməyi düşünürəm.
- Həyatınızın ən çətin anında içinizi isidən xatirəniz varmı?
- Həyatımın hər anından zövq almağa çalışan insanam. Çətin zamanlarımız da bizimdir, bizi daha güclü edən müddətdir. Bu məqamlarda şükür etmək hər zaman ürəyimi isidir. Əhvalım düzəlir.
Leyla Sarabi
-
Sağlamlıq05:45Dondurma yeyərkən dişlərimiz buna görə ağrıyırmış...
-
Yaxın Şərq03:43Milli təhlükəsizlik nazirinin evinin yaxınlığına dron düşdü
-
İdman00:45Tanınmış tennisçi futbolçu oldu
-
Magazin100:15Böyük bədənli model dərin dekolteli libasda belə rəqs etdi - VİDEO
-
Qoroskop00:00Üç bürc üçün dönüş nöqtəsi - Gələn həftə nələr baş verəcək?
-
Sosial25 İyul 23:12Mask dünyanın ilk trilyonçusu statusunu itirdi
-
Hadisə25 İyul 20:33Milli Yaylaq Festivalında dörd nəfər xəsarət alıb - Yeniləndi (FOTOLAR)
-
MDB25 İyul 20:15Azərbaycanla Ermənistan arasındakı münaqişənin mənşəyi bizə tam aydın idi - Tokayev






































