Xüsusi
Gələn il bürcləri nə gözləyir: kimisi varlanacaq, kimisi də... - Astroloqdan 2021 PROQNOZU - - VİDEO
Video əlavə olunub.
xxx
Növbəti ildə ulduzlar tərəfindən hansı dəyişikliklər proqnozlaşdırılır, bürclər necə qurulur? Astrologiya ilə xoşbəxtliyə necə nail ola bilərik? Peşəkar astroloqun keyfiyyətləri hansılardır? Üçüncü dünya müharibəsi yaxınlaşırmı? Müharibədən qalib çıxmış Azərbaycanı nələr gözləyir? Hansı bürclər növbəti il varlana biləcək?
Dünyanın 20-dən çox ölkəsini gəzən məşhur astroloq, metafizik, taroloq, Fenq Şui üzrə mütəxəssis Məryəm Teymur Publika.az-a müsahibəsində bütün bu suallara cavab verib.
- Məryəm xanım, əvvəlcə sizi yaxından tanıyaq.
- Vedik, klassik, kabbala və Çin astrologiyasını öyrənmişəm. Klassik astrologiya daha çox gənclərə yönələn istiqamətdir. Onu 13 yaşımda öyrənməyə başlamışam. 20 yaşımda Hindistanın Qua şəhərinə gedib vedik astrologiyanı öyrəndim. Moskvada psixologiya və sosiologiya ixtisası üzrə təhsil almışam. Hazırda Türkiyənin Ərzurum şəhərində yerləşən Atatürk Universitetinin kriminal psixologiya fakültəsi üzrə onlayn təhsil alıram. Akupunkturanı da Çində öyrənmişəm.
- 13 yaşında astrologiyaya marağınız nədən başladı?
- Əqrəb bürcündənəm. Bir astroloq demişdi ki, doğma xəritəmə görə bəzi planetlər olmadığı üçün nə evlənə, nə də pul sahibi ola biləcəm. Bu sözləri mənə yetdi ki, o inadı içimdə oyadıb Tibetə qədər gedim və metafizikanı öyrənim. Bu uzun yol 20 il çəkdi və hələ də öyrənməyə davam edirəm.
- Demək olar ki, dünyanın ən sehrli yerlərini gəzmisiniz. Maraqlıdır ki, bu ölkələr arasında hüzuru ən çox dünyanın hansı bucağında tapa bilmisiniz?
- 20-dən çox ölkədə yaşamışam, hər dəfə deyirdim ki, şükür, mən buraya aidəm. Amma görürdüm ki, içimdəki ruh və səs heç bir yerə aid ola bilmir. Azərbaycanda doğulub böyüməsəm də, tez-tez bura dönürəm. Suyunu içib, havasını dərindən ciyərlərimə çəkdikdən sonra qanadlanıb gedirəm. Sözsüz ki, ən güclü enerji aldığım ölkə Azərbaycandır.
- 2020-ci il bir çox bəlalarla başladı. Nostradamusun öngörmələrinə görə, bu hələ başlanğıcdır və faciələr zənciri 2025-ci ilə qədər davam edəcək. Siz nə düşünürsünüz?
- 20 illik astroloji və metafizika təcrübəmə əsaslanaraq apardığım hesablamalara uyğun cavab verəcəm. 2020-ci il yüksələn və yeni dövrün 12 illik bir müddətidir. Bunun 60 illik də dövrü var. 2020-də 12 ilin enerjisi var. Klassik astrologiyaya görə, 2020-ci il böyük dövrdür, bu ildə biz bir neçə dəfə Ay tutulmalarını gördük. Ay tutulmalarının 2020-ci ildə üst-üstə olması ilin enerjisinə və dünyaya təsir etdi.
Dəyişiklik, transformasiya və təkamül əlbəttə ki, olacaq. Amma bu, Nostradamusun deyil, onu satanların iddialarıdır. Çünki keçmiş öngörücülərin proqnozlarının vaxtı çoxdan bitib, əslində təbiət heç kimə icazə vermir ki, kimsə gələcək əsrlərdə baş verəcək hadisələrdən danışsın. Belə proqnozları daha çox hər əsrin öz şuluqçuları dəyişdirir.
Astrologiya özü planet və ulduzlardır, kainatın enerjisi və onu idarə edən diri varlıqlardır. Kosmodiri və güclü varlıqlardır ki, hər şeyi istədiyi qədər dəyişdirir. Bu, bizim doğma xəritəmizdə görünür. Yəni hər şey insanın öz əlindədir, kiminsə öngörücülüyündə deyil. Hər insanın öngörücülüyü özündədir.
- Demək istəyirsiniz ki, astroloq olmaq üçün fitri istedada gərək yoxdur, bu elmi öyrənməklə onun sirlərinə yiyələnmək olar?
- Olar və lazımdır. Hər kəs bunu edə bilər. Dünvəyi proqnozlar əslində riyazi hesablamalar deməkdir, astrologiya onun içindədir. İnsanlar bilsin ki, astrologiya öngörücülük deyil. Metafizika, təbiət və enerjinin axını, psixoloji prinsiplərimiz və Fenq Şui texnikalarımız da riyaziyyatdır. Pifaqorun özü də riyaziyyatın bir teoremini çıxarmazdan öncə ulduzlara müraciət etmişdi, onların axınına əsasən də riyazi teoremləri ərsəyə gətirmişdi.
- Hesablamalarınıza əsasən, 2021-ci ildə həyat necə keçəcək? Azərbaycanda, eyni zamanda dünyada hansı dəyişiklik baş verəcək?
- Hər ilin çox aydın simvolları var ki, bizə bir istiqamət göstərə bilər. Məsələn, 2021 Buğa və ya Öküz ili üzərində təhvil verilir. Öküz torpaq elementidir, torpaq isə yer və güc-qüvvət deməkdir, hər kəsin öz yurduna sahib çıxmasıdır. Öküzün lüks planeti Veneradır. Venera isə eşqi və sevgini ifadə edir. Lakin Öküz çox ləng davranan, ağır, ciddi xüsusiyyətlərə malikdir. Öküzlər yalanı, boş sözləri, dağınıqlığı sevmir. Düşünürəm ki, gözəl bir il gəlir. Dünya yeni şüur transformasiyasına daxil olacaq, şüurumuz oyanacaq, inqilab edəcək. Tənbəllərə, mühafizəkar və köhnə stereotiplərlə yaşamağı sevənlərə, yeniliyi qəbul etməyənlərə, fərqlənməyən və öyrənmək istəməyənlərə çətin ola bilər. Ümumilikdə doğum xəritəsinə əsasən hər kəs dəyişəcək.
Çin astrologiyasına görə, 2020-ci ildə 7 nömrəli "uçan qara ulduz" gəlmişdi. Bu, dünyəvi böhran və virusun yayılmasına işarə idi. 2021-ci ildə dünyanın mərkəzinə 6 nömrəli ulduz gəlir. 6 nömrəli ulduz bu dövr üçün uğurlu və xeyirlidir, o, güclü ağlı, pul və sevgi axınını göstərir. Bütün bu əlamətlər gələn ilin yaxşı olacağından xəbər verir.
- Problemlərin fonunda hər kəsi maraqlandıran bir sual var: Gələn il kimlər varlana biləcək?
- Yenə də güc metalda olacaq. Metalın gücü qərb enerjisini göstərir, ya biz gücümüzü balta və qılınca çevirib ziyan görəcəyik, ya da ağıla çevirib pul qazanacağıq. Əslində, pul cibimizdə deyil, ağlımızda neyronların sayından asılıdır. Ağlımızda neyronların sayı çox olarsa, pulumuz da daha çox olar.
- Ulduzlar pandemiyanın gedişi barədə nə vəd verir? Bu bəla dünyanın yaxasından nə zaman əl çəkəcək və biz normal həyata qayıda bilmək imkanı əldə edəcəyikmi?
- Ulduzlar deyir ki, bədəninizi izləyin, anatomiyanızı yenidən öyrənin, çünki pandemiya bu il davam edəcək. 2020-ci il üçün metal ağır hesab oluna bilər. Xəstələnməmək üçün qorunmalı və özümüzü izləməliyik.
- İlin himayədarı gələn il böyük xətalara yol verməmək üçün nələrə diqqət etməyi tövsiyə edir?
- 2021-ci il torpaq və metal xüsusiyyətlərinə sahib olan Öküz simvolunda gələcək. Torpaq metalı bəsləyir. Bu da onu ifadə edir ki, işimizdə diqqətli olmalıyıq ki, uğur qazanaq. Səbirsizlik və aqressiya nümayiş etdirsək, itirəcəyik. Öküz həm də müdriklik rəmzidir. Odur ki, hər hansı işə başlamazdan əvvəl yaxşı-yaxşı araşdırma aparmalıyıq.
- Hazırda bir çox ölkələr münaqişə vəziyyətindədir. Həm bəzi politoloqlar, həm də astroloqlar iddia edir ki, üçüncü dünya müharibəsi uzaqda deyil.
- Metal dövrü davam etdiyi üçün o qılıncı simvolizə edir və mümkündür. Amma daha çox müasir və soyuq müharibə də ola bilər. Çin astrologiyasına əsasən, uçan ulduzların yönü şimal-qərbdir. 2020-ci ildə dünyanın mərkəzində dayanan 7 nömrəli ulduz bu il şimal-qərbə gəlir. Odur ki, bu, şimal-qərb ölkələrinin müəyyən təhlükədə olduğunu deməyə əsas verir. Onların neqativ enerjisi çoxalacaq.
O biri tərəfdən liderlərin, biznes insanlarının çökməsini və ya uğursuzluğa düçar olmalarını görəcəyik. 2021-ci ildə həm də saxta liderlər öz nüfuzunu itərəcək, fərqli düşüncələrə sahib olan liderlər önə çıxacaq. Məsələn, sülh və firavanlığı sevən Prezident İlham Əliyev bunu öz timsalında göstərdi. Gənclər onu çox sevir və anlayır. Bu da o deməkdir ki, yeni dövrün qanunlarına ayaq uydurub əl-ələ yaşayacağıq. 2020-ci il növbəti 12 illik dövrə güclü təsir edəcək. Bu il baş verənlər istər-istəməz növbəti illərdə öz izini qoyacaq.
- Azərbaycan Vətən müharibəsindən qalib çıxmış bir dövlətdir. Bu amil ölkənin gələcək taleyinə necə təsir edəcək?
- Gözümüz aydın... Canım Azərbaycanım... 20 ölkədə yaşamışam, həmişə arzum olub ki, vətəndə lazım olan anda olum. Keçən il öz xəritəmi hesablayanda bu il ən uğurlu, enerjili və sevimli ünvanın Azərbaycan olduğunu gördüm. Mənim üçün bu, bir lütf idi. Azərbaycana gələndə çox sevindim ki, insanlarla ünsiyyətim gözəl oldu.
Müharibə başlayandan güclü enerji duasını zikr edirdim. Şəhidlərimizə Allah qəni-qəni rəhmət eləsin, onların anaları müqəddəsdir, əllərini öpsək də, borcumuzdan çıxa bilmərik. Biz tarixə qalib adını çoxdan yazdırmışdıq. 41-45-ci illərə aid köhnə kitabları nəzərdən keçirirdim. Bir daha xatırladım ki, İkinci Dünya müharibəsində faşizm üzərində qələbədə Azərbaycan neftinin rolu danılmazdır. Həmin illərdə Baltik dənizindən Qara dənizə qədər uzanmış cəbhənin tələb etdiyi bütün benzinin 80%-ni, sürtkü yağlarının 90%-ni Azərbaycan təmin edirdi. Məhz Azərbaycanın yanacaq məhsulları Sovet imperiyasını müharibədən qalib çıxarmışdı. Azərbaycanın təməli həmişə güclü idi, sadəcə heç bir zaman bunu üzə çıxarmamışdıq. İndiki gənclik var olsun, yazır-pozur, həqiqətləri üzə çıxarmağa çalışır və dünya təbii ki, gücümüz qarşısında baş əyir, əyəcək də.
- Neftdən söz düşmüşkən, qiyməti artacaqmı?
- Torpaqda olan bütün resurslar dəyərli olacaq. Lakin çalışmalıyıq ki, yeni və mükəmməl ağılla yeni işlərə başlayaq. Neftin qiyməti dövlətlərin həll etdiyi məsələdir, gücümüz yalnız ağlımız sayəsində artacaq. Gələcəyin kredosu inkişaf etmək və ağıldır, neft deyil.
- Dünyada krizis və ya böhran olacağını hesablamaq nə dərəcədə çətin və yorucudur?
- Heç bir şəkildə yorucu deyil, yetərincə tariximiz var. Vedik astrologiyası ilə baxanda reinkarnasiya dünyasına: ruhun dəyişdiyinə və yaşadığına inanırıq. Hipnoz zamanı insanlarla çalışanda NLP və ya reqressiya zamanı bilmədən şüuraltı fərqli durumları bizə anladırlar. Onda görürük ki, 100 il əvvəlki ruhlar yenidən doğulur və dəyişir, köhnə zamanları bizə anladırlar.
Köhnə stereotiplərdən, mühafizəkarlıqdan ağlımızı inşa edərək yeni dövrə keçid etdik. Ağlımıza əsasən həyatdakı davranış və axınımızı tapırıq. Bu, bizi böyüdür və yaşadır. Axtardığımız hər bir şey kənarda deyil, daxilimizdədir.
Qürur duyuram ki, 4 astrologiyanı 20 il ərzində öyrəndim. Bu gün bildiklərimi Azərbaycanda öyrənmək istəyən, başa düşən xeyli insan var imiş. Doğma ulduzlarımız onlara təsir missiyamızdan asılıdır. Daosların çox gözəl sözü var, biz sadəcə doğulduğumuz evi seçə bilmirik, amma doğulduğumuz və yaşadığımız dövrü dəyişdirə bilərik. Həyatımız rahatlıqla öyrənilə və hesablana bilər.
- Astroloqlar insanlara nəyi heç vaxt söyləmir?
- Astroloq bürc yazan deyil, xəritəni cızıb enerjilərin axınını düzüb-qoşaraq planetləri və ulduzları aktivləşdirib müsbət enerjisini insana deməlidir. Neqativ enerjisini örtməyin yollarını öyrətməlidir. Astroloq və ya başqa bir peşəkarın birinci işi maarifləndirməkdir. Seanslarım 2 saat davam edir, çünki proqnoz vermirəm, proqnozu öyrədirəm. Ulduzlarının hansı olduğunu və onu aktivləşdirib-passivləşdirməyin yollarını göstərirəm. Məlumat vermirəm, məlumatı öyrədirəm. Seansıma bir dəfə gələn insan ömür boyu öz-özünə yardım edə bilər. Qarşında nə qədər peşəkar bir professor olsa da, heç bir şəkildə kimsə başqa birinə yardım edə bilməz. Düzgününü sadəcə sənin təbiətin və ulduzların bilir. Odur ki, bunları bilmək vacibdir. Bölüşməyən astroloqun yəqin ki, özünün də heç nədən xəbəri yoxdur.
- O da həqiqətdir ki, neqativləri həyatımızdan birdəfəlik çıxara bilmərik. Onun təsirlərinə daha az məruz qalmaq üçün nə edə bilərik? Hamıya aid olan təcrübəni bölüşəsiniz bəlkə.
- Tanınmış psixiatr Karl Yunqdan bizə neyroqrafika deyilən çox gözəl bir texnika miras qalıb. Bu texnika daxildə olan neqativ hissləri xaricə çıxarmağa kömək edir. Ən güclü rəssamlar da içində hiss etdiklərini öz əli ilə kətana köçürə bilən insanlar olub. Bu, iç dünyasının simfoniyasını kağıza köçürməkdir. Neyroqrafika rəsmlər əsasında yaradılıb. Neyronlarımızda olan bütün inciklik və travmaları qələmlə kağıza çəkməklə onlardan xilas ola bilərik. Məsələn, üçbucaq problem, dördbucaq çıxılmazlıq, yuvarlaq forma isə həll etmək mənasını verir. Əlmotorika texnikası ilə hər şeyi şüurumuzdan keçirməklə barmaqların impulsunu kağıza ötürə bilərik. Kağızda o formanı dəyişdirərək içimizdən ağrını yox edirik.
İkinci sırada bioenerji təmizləmə gəlir. İçimizdə 7 çakra və bioenerji mərkəzi nöqtəsi var. Xaricimizi 7 qat aura təşkil edir. Beyin özü də 7 qat enerjilidir. Məsələn, psixika, emosiya, intellekt. Bunların hər biri üzərində çalışılmalıdır. Sadəcə bədənimizi izləyərək, hiss edərək içimizdəki vibrasiyaları hərəkətə gətirməklə təmizlənə bilərik.
Beynimizdə alfa, beta, qamma və teta dalğaları var. Teta yarımyuxu, yarımoyanış və trans halımızdır. Biz onun gücü ilə bütün bədənimizdə ağırlıqları ata bilər, ya da səhər oyanmazdan əvvəl içimizə pozitiv enerjini doldura bilərik. Ümumiyyətlə, həm aktiv, həm də passiv minlərlə texnika var. Bunlar insanın alma qabiliyyətinə əsasən təyin olunur. Daoslar deyir ki, yardım almaq istəyirsənsə, birinci yardımı özün ver. Biz də öyrətməklə məşğuluq, kimisə aldatmırıq. Neqativlərdən hər insan özü-özünü müalicə edə bilər. Bütün enerjini insan şüurundan keçirməlidir ki, özünü tapa bilsin. Əsasən insanı oyandırmaq və özü ilə tanış etməyə çalışıram. Astrologiya nöqtəsindən başlayaraq bionerji və bioritmlərə qədər təmizlənirik.
- Bioritm nədir?
- 3 bioritm var: emosional, fiziki və intellektual. Həftəsonları dincəlsək də, fiziki bioritm bizdə 23 gün sonra bitir. İnsanlar sevinməlidir ki, pandemiya ilə bağlı həftəsonları evdən çıxa bilmirik. Özümüzə qalsa, yenə də küçəyə çıxmağa davam edərik, amma evdə qalanda özümüzü dinləyir, sakitlikdə içimizin melodiyasını dinləyib tükənmiş hissləri yenidən doldururuq. Bu, çox önəmlidir. Fiziki ritm bitəndan sonra insan xəstələnə və virusa da yoluxa bilər.
İntellektual 28, emosional ritm isə 33 günə bitir. Emosional ritm bizi aldadır, odur ki, o tükəndikdən sonra uzun müddət depressiyaya düşürük. Bədənimizi izləsək, özümüz üçün bir çox əlac tapa bilərik.
- "Enerji oğruları"ndan özümüzü qorumaq üçün hansı müdafiə üsulu seçməliyik?
- Əvvəllər elə düşünürdum ki, kimsə mənə vampirizm enerjisini göndərir. Başa düşdüm ki, içimdə yetərincə əminlik, güc-qüvvət olmadığı üçün enerjimi "yeyə" bilir. Əgər özümüzü tanıyıb qoruma gücünü yüksəltsək, heç kim bizə vampirizm enerjisini göndərə, ya da ilgəyini ata bilməz.
Heç nə bilməyən insanın içində neqativ enerji blokları meydana gəlir. Bu incikliklər o dərəcədə yüksəkdir ki, onları başqalarına ötürməklə bəslənir. Buna rezonans və ya güzgü effekti deyirlər. Əgər içimdə müsbət emosiyalar varsa, sizə baxanda da çiçək görəcəm. Yox əgər neqativ enerjilərə köklənmişəmsə, sizi də zəhərləyib tikanlayacam.
Xəyal gücümüzə neqativ enerji yollayan insanın qarşısına güzgü qoyaraq görünməz divar, qabıq, kapsula və ya aura yarada bilərik. Eyni zamanda müxtəlif simvol və talismanlarla özümüzü qoruya bilərik. İçimizdəki boşluqları da doldurmalıyıq ki, heç bir neqativ bizdə yer tapmasın.
- Dində astrologiyaya münasibət necədir?
- Din ruhumu açıbsa, mənim üçün müqəddəsdir. Astrologiya elmdir və heç bir şəkildə bir-birinə ziyan vermədiyini bilirəm. Bir şey bizi yaşadır və sevindirirsə, işıqlandırırsa, ona Allahın göndərdiyi işıq deyə bilərik. Əgər məhv edirsə, qaranlıqdır. Hər bir bəndə onu duyduğu kimi yaşamalıdır. İkisini bir-biri ilə qarışdırmıram, mənə xeyir verəcək dərəcədə izləyirəm.
- 2021-ci ildə hansı bürclərin şansı daha çox gətirəcək?
- Öküz torpaq ünsürlüdür. Balıq, Əqrəb və Xərçəng bürcləri torpağı bulandıra bilənlərdir. Bu bürclər torpağı yumşaldan və bərkidib daş edənlərdir. Öküz nə qədər rahatdırsa, su elementində olanlar bir o qədər səbirsiz enerjili, səbirsiz və impulsivdir. Odur ki, ilin himayədarı onları harmoniya və balansa çağıracaq. Əks halda maliyyə məsələlərində ziyana düşə bilərlər. Elə bir durum yoxdur ki, doğulduğumuz ilimizdən və ya bürcümüzdən asılı olsun. İdarə edə bilmədiyimiz heç bir vəziyyət yoxdur. Bu gün hər bir insanın həyatı istəyi və düşüncələrinin gücünə bağlıdır.
Od ünsürünə Şir, Qoç və Oxatanlar daxildir. Qoçun planeti Marsdır. Bu planet asıb-kəsməyi, savaşı sevən, aqressiv və partlayandır. Öküz bunu sevmir, çünki səbrinin daşması daha böyük nəticələrə səbəb ola bilər. Mars qırmızı olduğu üçün Öküz qırmızını görəndə qıcıqlanır. Odur ki, ağ, gümüş və qızılı rənglərdən istifadə edin.
Oxatanlar Yupiter planetindədir. Yupiter xoşbəxtlik planeti olduğu üçün çox firavan yaşayacaqlar. Qaydaları gözləyən Şirlər üçün də il gözəl keçəcək.
Buğa, Qız və Oğlaq bürcü torpaq elementləridir. Bu bürclər qonşudur, planetləri isə fərqlidir. Oğlaqlarda Saturndur. Saturn planeti çox sabit və nizamlıdır. Bu xüsusiyyətlər Öküz ilə uyğun gəlir.
Qız bürcündə Merkuridir, o da ağıllı planetdir. Odur ki, Öküz Qız bürclərinə də gözəl il vəd edir.
Hava elementində olanlar üçün il gərgin və təlaşlı olacaq. Çünki külək əsəndə torpağı toz-duman, fırtına bürüyür, ya da vulkan yaradır. Hava elementinə daxil olan Əkizlər, Dolça və Tərəzilər bir-birinə bənzər və ikili xarakterə malik bürclərdir. Buğa isə ciddiliyi və dürüstlüyü sevir. Yeni bir dövrə girməyimizə baxmayaraq, Buğalar ağır və stereotiplidir. Hava elementində olanlar isə hər saniyə dəyişkəndir.
Aytən Məftun
Foto: Ceyhun Rəhimov
-
ABŞ11:20
Tramp Putinlə gizli görüşüb: görün ona nə deyib... - ŞOK İDDİA
-
Elm və təhsil10:20
NASA-nın cəlilabadlı alimi: Ora necə gedib çıxıb?
-
Sosial09:55
"Balina"nı Bakıdan belə apardılar - VİDEO
-
Nəqliyyat09:36
Pulsuz ictimai nəqliyyat xidməti başa çatır
-
Hadisə09:10
70 kq qızılla tutulan diplomat Bakıya gətirildi
-
Magazin208:55
Kıvançla xanımından Toskanada maraqlı FOTOSESSİYA
-
Nəqliyyat08:40
Bu yollarda tıxac var
-
Ekopublika.az05:15
Azərbaycanda bu məhsullar UCUZLAŞDI