Xüsusi
Özgür Bacaksız işğal altında olan Nüvədi üçün hərəkətə keçdi - VİDEOMÜSAHİBƏ
Budəfəki qonağımız qardaş ölkədən, Türkiyədəndir. Ölkəmizə birhəftəlik səfərə gəlib. Özü də əlidolu - bir sıra layihələrlə Azərbaycana təşrif buyurub.
Publika TV-nin bugünükü qonağı türkiyəli kinorejissor, şair-publisist Özgür Bacaksızdır. Kinorejissor Özgür Bacaksız bildirib ki, 44 gtünlük Vətən Müharibəsindən sonra Azərbaycan həqiqətlərinin türk dünyasına, eləcə də bütün dünyaya çatdırmaq üçün işğaldan azad olunmuş ərazilərdə silsilə filmlər çəkməyi düşünür.
Həmsöhbətimiz onu da xüsusi vurğulayıb ki, Azərbaycan erməni terrorçuları tərəfindən dağıdılmış mədəni, mənəvi irsi və abidələri ilə bağlı sənədli seriallar çəkməyi də planlaşdırır. Ən əsası, tarixi Azərbaycan, türk torpaqları olan Qərbi Azərbaycan, Zəngəzur həqiqətlərini də dünyaya çatdırmaq üçün film çəkməyi planlarına daxil edib.
Söhbət Zəngəzurun qapısı adlandırılan tarixi Azərbaycan kəndi olan Nüvədinin tarixi və 1991-ci ilin 8 avqustunda ermənilərin soydaşlarımızı oradan zorla qovması, azərbaycanlıların etnik təmizləməyə məruz qalması ilə bağlı sənədli film də çəkmək üçün Bakıda danışıqlar apardığını söyləyib.
Özgür Bacaksız azərbaycanlı şair-publisist Oktay Hacımusalı ilə bir il əvvəl Türkiyədə gerçəkləşdirdiyi ankarabaku.com media platforması ilə bağlı məlumat da verib. Kinorejissor bildirib ki, bu media platforması 44 günlük Vətən Müharibəsi dövründə Azərbaycan həqiqətlərinin türk dünyasına və eləcə də region ölkələrinə, dünyaya çatdırılmasında operativ şəkildə xidmətləri olub.
Özgür Bacaksızın Publika TV-yə müsahibəsini təqdim edirik:
Tural Turan,
Foto: Pərviz Həşimi,
Video: Röyal Adıgözəlov,
Montaj: Ramazan Vəliyev
-
Nida Xəbər 09:15Deputatın oğlunun adı keçən kütləvi dava ilə bağlı 13 nəfər həbs edildi - RƏSMİ
-
ABŞ08:12ABŞ İran yaxınlığında hərbi fəallığını artırdı - Son bir həftədə nələr dəyişdi?
-
İdman07:55“Qızıl top”un qalibləri kimlər oldu? - Siyahı|Yeniləndi
-
Ekopublika.az05:45Bakının bu ərazilərində ucuz mənzillər satılır - Video
-
Qoroskop02:19Günün ulduz falı: İş yükü sizdə zehni gərginlik yaradacaq
-
Nida Xəbər 01:40Azərbaycanın “arzuolunmaz şəxs” elan etdiyi Türkiyə vətəndaşı İstanbulda saxlanıldı
-
Nida Xəbər 26 Oktyabr 21:51“Qardaşlığımıza dinamit qoymaq istəyənlərin qarşısında birlikdə dayanacağıq” - Ərdoğandan sərt mesaj
-
Nida Xəbər 26 Oktyabr 19:00Bu işçilərin vəzifə maaşları təsdiqləndi - Cədvəl

























.jpg)









