Xüsusi
İrəvana bir anda 3 nakaut zərbəsi: Ermənistanın iddiası buna görə puç oldu
Ermənistanın Azərbaycanla bağlı beynəlxalq məhkəmələrdə qaldırdığı iddialar bu dəfə də “suya düşdü”. Beynəlxalq Ədalət Məhkəməsi Ermənistanın əsas iddiası və məqsədi olan “müharibə məhbuslarının dərhal geri qaytarılmasına dair iddiasını” təmin etmədi. İrəvanın digər iddiası - Hərbi Qənimətlər Parkının bağlanmasına dair “həqiqətləri” də təmin olunmadı. Beynəlxalq Ədalət Məhkəməsi işğalçılara üçüncü zərbəni də vurub. Belə ki, Ermənistanın Azərbaycan tərəfindən müharibə cinayətlərinin araşdırılmasına dair iddiası da təmin edilməyib.
Ekspertlər hesab edir ki, bu 3 məsələ üzrə ermənilərin iddiasının təmin olunmaması Azərbaycan tərəfinin vaxtında və əsaslandırılmış şəkildə sübut-dəlilləri məhkəməyə təqdim etməsindən qaynaqlanır.
Politoloq İlqar Vəlizadə Publika.az-a müsahibəsində Ermənistanın Haaqa Məhkəməsindəki iddialarının təmin olunmamasının əsas səbəblərindən danışıb.
- Beynəlxalq Ədalət Məhkəməsi Ermənistanın əsas iddiası və məqsədi olan “müharibə məhbuslarının dərhal geri qaytarılmasına dair”, Hərbi Qənimətlər Parkının bağlanmasına ilə bağlı iddiası, eləcə də Ermənistanın guya Azərbaycan tərəfindən müharibə cinayətlərinin araşdırılmasına dair əsassız iddialarının təmin olunmaması əslində ədalətin təntənəsidir. Bunu açıq şəkildə demək lazımdır. Bilirik ki, Haaqa Məhkəməsi hansısa təsirlərə malik olan bir qurum deyil. Məsələlərə daha çox obyektiv yanaşır. Faktologiyaya – faktiki materiallara əsaslanaraq qərəzsiz yanaşma sərgiləyir. Bu, təkcə bizimlə bağlı bir məsələ deyil. Eyni zamanda, digər hadisələrlə bağlı da obyektiv qərarlar çıxardıqlarının şahidi olmuşuq. Misal üçün Bosniya və Hersoqovinada serb milliyətçilərinin törətdiyi Srebrenitsa qətliamı ilə bağlı da bunları söyləmək mümkündür. Həmin hadisə ilə bağlı da qərəzsiz bir qərar çıxarıblar. Bir çox cinayətlərə əli bulaşmış şəxslər Beynəlxalq Ədalət Məhkəməsinin qərarlarından sonra məhkəmə qarşısında cavab veriblər və ya verirlər.
- Bəs Ermənistan bütün bunları bilə-bilə niyə Haaqa Məhkəməsinə müraciət ünvanlamışdılar?
- Erməni tərəfinin bu quruma müraciəti və ondan müsbət nəticə gözləmələrinin özü böyük bir sualdır. Görünür, onlar xristian təəssübkeşliyinə və digər məsələlərə ümid ediblər. Ermənilər düşünüb ki, bu məhkəmədə də digər əsassız faktorlar rol oynayacaq. Amma bu məsələdə çox yanılıblar. Yenə də xatırladıram, Bosniyada məhz müsəlmanlara qarşı kütləvi cinayətlər baş verib. Haaqa məhkəməsi bu cinayətləri ədalətli şəkildə araşdırıb. Ermənistanın əsassız iddiaları ilə bağlı da ədalətli şəkildə araşdırma aparılıb. Faktlar ermənilərin xeyrinə olmayıb. Bunun nəticəsində də ermənilər uduzublar, məğlub olublar.
- Burada bizim 30 illik dəyişməz mövqeyimizin də rolu varmı?
- Bəli, bizim mövqeyimiz 30 ilin mövqeyidir. Bu 30 il ərzində bizim dövlət olaraq mövqelərimizdə köklü dəyişikliklər olmayıb. Yəni, 30 il öncə biz hansı iddialarla çıxış eləmişdiksə, indi də həmin iddialarla çıxış eləmişik, edirik. Çünki faktlar göz önündədir. Soyqırımılar, etnik təmizləmələr, etnik nifrət, eləcə də digər halların hamısından xəbərimiz var. Dünya ictimaiyyəti indiyə qədər bu məsələlərə bir qədər ikili standartlarla yanaşırdı. Haaqa Məhkəməsinin çıxardığı qərar ondan xəbər verir ki, Azərbaycanın ədalətli mövqeyi 30 il ərazində formalaşıb, konkret faktlara əsaslanıb. Eyni zamanda, bizim mövqeyimiz bu məsələdə yeganə əsaslı mövqedir. Bu da öz növbəsində hüquqi təsdiqini tapıb. Erməni tərəfi, onların havadarları bundan sonra nə edəcəklər?! Hansı iddialarla Azərbaycana qarşı çıxış edəcəklər?! Bu qərar onların əl-qolunu da müəyyən mənada bağlamış oldu.
- 44 günlük müharibədəki qələbəmiz bizim diplomatiyada, hüquqi müstəvidəki qələbələrimizə faktlara əlçatanlıq baxımından təsir etdimi?
- Bəli, tamamilə doğrudur. Biz 30 il ərzində ermənilərin bizə qarşı vəhşiliklərini deyirdik, amma onu isbat edə bilmirdik. Ermənilərin işğal altındakı ərazilərimizdəki vandallıqları ilə bağlı faktlar öz təsdiqini tapmışdı, amma onu isbat etməkdə çətinlik çəkirdik. Üzə çıxarmaq mümkün olmurdu. Çünki ərazilərimiz ermənilərin əlində idi. Biz həmin əraziləri geri qaytardıq. Beləliklə, faktiki materialların sayı çoxaldı. İndiyə qədər biz daha çox qaçqın və məcburi köçkünlərimizin ifadələrinə söykənirdik. Əlimizdə olan məhdud sayda materialları ön plana çəkirdik. Peyklərdən çəkilən şəkilləri təqdim edirdik. Amma hər zaman erməni tərəfi iddia qaldırırdı ki, bizim təqdim etdiyimiz materiallar guya, təhrif olunub. Hətta “qurama” adlandırırdılar. İndi isə faktlar göz önündədir. Burada video və foto materiallar var. Müxtəlif şahidlərin regiona gəlməsi, diplomatik nümayəndələrin, jurnalistlərin 30 il erməni işğalı altında ərazilərimizə səfər etmələri artıq əlimizi gücləndirən amillərdəndir. Bunlar artıq göz önündədir. Hətta biz yerində araşdırmaq üçün müxtəlif peşəkar ekspert qruplarının fəaliyyətinə də şərait yaratmışıq ki, erməni vəhşiliklərini gəlib yerindəcə araşdırsınlar. Biz bunu həmişə demişik, indi də deyirik. Əlbəttə, 44 günlük müharibənin uğurlu nəticələri olmasaydı, biz bunu edə bilməzdik. Yerində olan faktlar, onların üzə çıxması bizim mövqeyimizi durmadan artırır. Yeri gəlmişkən, hələ də işğaldan azad edilmiş ərazilərdə işlər gedir.
- Hətta Qarabağda kütləvi məzarlıqlar da tapılır...
- Təəssüflər olsun ki, biz bəzi yerlərdə ermənilər tərəfindən azərbaycanlılara qarşı kütləvi qırğınların əlamətlərini görürük. Kütləvi məzarlıqlarda külli miqdarda məzarlar aşkar olunur. Çox güman ki, onların hamısı ermənilərin etnik təmizləmələri ərəfəsində baş verib. İnsanlar güllədən qaçırdılar, kimsə yolda ölürdü, məcburi köç prosesində ermənilər ölən insanları toplu şəkildə haradasa basdırırdılar. Ona görə də düşünürəm ki, işğaldan azad olunan ərazilərdə hələ neçə-neçə faktlar üzə çıxacaq. Bu faktlar isə erməni tərəfinin xeyrinə olmayacaq.
- Ermənilərin əsas “narahatlığı” Hərbi Qənimətlər parkı ilə bağlı idi. Bağlanmasını tələb edirdilər. Hətta fransızlar belə onlara dəstək verirdilər. Haaqa Məhkəməsi onların bu planının da üstündən xətt çəkdimi?
- Bəli. Ermənilər istəyirdilər ki, Hərbi Qənimətlər Parkındakı dəmir “kaskalar”, dəbilqələr yığışdırılsın. Erməni əsgərlərinin mankenlərinin yığışdırılmasını tələb edirdilər. Digər iddialar da irəli sürürdülər. Biz dəbilqələri oradan götürdük. Mən Hərbi Qənimətlər Parkında olmamışam, amma həyat yoldaşım, uşaqlarım ziyarət ediblər. Hətta onlar da mankenləri orada görməyiblər. Digər məsələlərlə bağlı da ermənilər iddia irəli sürürdülər. Ermənilər hərbi texnikaların nümayişilə bağlı onlar Azərbaycana qarşı heç bir iddia qaldıra bilməzlər. Ona görə ki, Avropanın bir çox açıq məkanda olan muzeylərində nasistlərin hərbi texnikaları, onların əşyaları açıq şəkildə sərgilənir. Həmin muzeylərlə bağlı heç kəs iddia qaldırmır. Onlar üçün fərqli, bizim üçün də ayrı qanunlar olmalıdır?! Ermənilər də nasistlər kimi işğalçıdırlar. Onlar da nasistlər kimi bir sıra hərbi cinayətlər, qətliamlar törədiblər. Hətta bəzi hallarda ermənilər nasistlərdən də qatı cinayətlər gerçəkləşdiriblər. Çünki onlar bunu müasir dövrdə həyata keçiriblər. Digər tərəfdən, beynəlxalq muzeylərdə bu praktika tətbiq edilir. Bizim Hərbi Qənimətlər Parkında da həmin beynəlxalq praktika öz əksini tapıb. Həmin praktika ilə bağlı bizə heç kəs heç nə deyə bilməz.
Tural Turan
-
Dünya11:23
Şimali Koreyanın Rusiyaya hərbi dəstəyi: Görün Moskva əvəzini nə ilə ödəyib
-
Region10:40
Ermənistanda soydaşımıza hücum etdilər - VİDEO
-
MDB10:05
Rusiya Ukraynanı ballistik raketlə belə vudu: Medvedev VİDEO yaydı
-
Kriminal09:50
İcra başçısının birinci müavini vətəndaşı məhkəməyə verdi
-
İdman09:16
Fernandu Santuş Rövşən Nəcəfin görüşünə gedir: İstefaya göndərilir - DETALLAR
-
Nəqliyyat08:12
Sərnişinin halı pisləşdi, təyyarə Bakıya təcili eniş etdi
-
Nida Xəbər 07:30
Qaiser Navabdan MESAJ: Azərbaycan elə bir gücə malikdir ki...
-
Ekologiya07:17
Bu gün hava necə olacaq? - PROQNOZ