Sərhəddəki təxribatların arxasında BU QÜVVƏLƏR dayanır - Türk generaldan ŞOK
Bizi izləyin

Xüsusi

Sərhəddəki təxribatların arxasında BU QÜVVƏLƏR dayanır - Türk generaldan ŞOK

Azərbaycan və Türkiyə sülh, sabitlik, əmin-amanlıq, iqtisadi yüksəliş desə də, qarşılığında Ermənistandan mərmi və terror fəaliyyəti gəlir. Bu isə hər iki dövlətlə münasibətlərə çox pis təsir göstərəcək.

Bu fikirləri Publika.az-a müsahibəsində Türkiyənin Azərbaycandakı Səfirliyinin keçmiş hərbi attaşesi, istefada olan general-mayor Yücel Karauz deyib.

Müsahibəni təqdim edirik:

- Ermənistan sərhəddə təxribatlara əl atmaqla nəyə nail olmaq istəyir? Bunun arxasında nə dayanır?

- Ermənistan həmişə başqaları tərəfindən idarə olunan bir dövlət olub. Son əl atdıqları təxribatlar və sərgilədikləri davranışlar da məhz Ermənistanın daxilində mövcud olan qanla qidalanan keçmiş hərbi və siyasi qrupların maraqlarına uyğundur. Eyni zamanda bölgəyə sülhün və sabitliyin gəlməsini istəməyən Qərb ünsürləri var. Atəşkəs anlaşmasının sülh müqaviləsinə çevrilməsini istəməyən, problemin davam edərək hər kəsin Qərbə, imperialist qüvvələrə möhtac olmasını istəyən qüvvələr mövcuddur. Bu təxribatlar da məhz onlara xidmət edir.

- Qarabağda sülhməramlıların komandanının dəyişməsi ilə sərhəddəki təxribatların eyni vaxtda baş verməsi arasında hansı əlaqələr var?

- Qarabağdakı sülhməramlıların komandanının dəyişməsi ilə eyni vaxtda təxribatların da törədilməsi əlamətdardır. Çünki Brüssel görüşməsi öncəsi də eyni taktikadan istifadə etmişdilər. Ermənilər dünyaya mesaj verməyə çalışırlar ki, guya Azərbaycan-Ermənistan sərhədində gərginliklər var və bu gərginliklərə Qərb də müdaxilə etsin. Ermənistan müharibədə itirdiyi, Azərbaycanın haqq və hüquq normaları çərçivəsində tarixi torpaqları olan ərazilərin azad edilməsi hərəkatı ilə azad etdiyi, 30 illik haqsız və hüquqsuz yerə əldə etmiş olduğu xüsusları mühafizə etməyə, Azərbaycan qarşısında əlini gücləndirməyə çalışır. Sülhməramlıların komandanına da mesaj verirlər ki, baxın, burada davamlı gərginlik və münaqişə mühiti var və bu məsələlər üzərinə daha çox vaxt ayırın.

src="/storage/files/upload/24ebb75f2015b008f91ddd8ade7d98f089967c56.jpg" style="width: 750px; height: 500px;" class="fr-fic fr-dib fr-fil">

- Ermənistanın bu cür təxribata əl atması Türkiyə-Ermənistan münasibətlərinə və Azərbaycan-Ermənistan arasındakı proseslərə necə təsir göstərəcək?

- Bu cür terror fəaliyyətləri beynəlxalq hüququ çeynəməkdir. Bu, həm Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşmasına və sülh müqaviləsi məsələsinə, həm də Türkiyə-Ermənistan münasibətlərinə böyük təsir göstərəcək. Bu hadisələrin Ermənistanla münasibətləri müzakirə edəcək olan Türkiyə diplomatı Serdar Kılıçın təyinatının ötən gecə rəsmi Türkiyə qəzetində yayımlandığı günə təsadüf etməsi də əlamətdardır. Azərbaycan və Türkiyə sülh, sabitlik, əmin-amanlıq, iqtisadi yüksəliş desə də, qarşılığında Ermənistandan mərmi və terror fəaliyyəti gəlir. Bu isə hər iki dövlətlə münasibətlərə çox pis təsir göstərəcək.

- Azərbaycanın Ermənistana sülh əlini uzatdığı bir müddətdə Ermənistanın sərhəddə təxribat törətməsi sülh müqaviləsinin imzalanmasını gecikdirməyə və ya təxirə salmağa hesablana bilərmi?

- Düşünürəm ki, bu təxribatlara görə sülh müqaviləsinin imzalanması prosesi gecikəcək. Çünki sülhə, hüquqa qarşılıq olaraq terrorla, mərmi ilə, qanla cavab verən Ermənistana layiq olduğu cavab mütləq verilməlidir.

- Həm meydanda, həm də masada bu təxribatlara qarşılıq Azərbaycanın cavabı necə olmalıdır?

- Allah son təxribatlarda şəhid olan qardaşımıza və bütün şəhidlərimizə rəhmət etsin! Azərbaycan Ordusu və dövləti həm masada, həm də hərbi əməliyyatlar sahəsində, sərhəddə lazım olanı yerinə yetirir. Hər azərbaycanlı əsgərin tökülən qanının qisası alınmalıdır, alınır da. Ermənistan tərəfindən Azərbaycan əsgərinə, torpağına açılan atəşə, törədilən terror fəaliyyətinə qat-qat artıq şəkildə qarşılıq verilir. Belə də edilməlidir. Əgər onlara belə bir şəkildə cavab verilməzsə, istənilən uğur və səmərəlilik əldə edilə bilməz.

Akqabay Mıradov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm