Xüsusi
20 Yanvar faciəsindən sonra gizlincə şəhərə keçdim, kimliyini bilsəydilər... - Deqati - FOTO
Publika.az tanınmış fransız fotojurnalisti Reza Deqati ilə müsahibəni təqdim edir.
- Reza bəy, Qanlı Yanvarın həm canlı şahidi, həm də bu qara xəbəri dünya mətbuatına yayan fotojurnalistsiniz. O günləri xatırlamağınızı rica edirəm.
- 20 Yanvar faciəsi xəbəri gələndə Parisdə idim. Tələsik sovet vizası alıb, fransız jurnalist kimi Bakıya gəlməyə qərar verdim. Amma Moskvadan Bakıya getməyimizə icazə vermədilər. Moskvadakı səfirliyimizə getdim. Orada da səfərimin imkansız olduğunu bildirdilər. Xatırlayıram, həmin vaxtlar rəhmətlik Ramiz Abutalıbov Parisdə yaşayırdı. Onun da mənə çox köməyi dəymişdi. Nəhayət, mən və bir neçə azərbaycanlı qatara minib Bakıya yollandıq. Düz 47 saat yol gəldik. Bakı vağzalında sovet ordusu gələn-gedən hər kəsi yoxlayırdı. Məni gətirən soydaşlarımızın köməyi ilə gizlincə şəhərə keçə bildim. Kimliyini bilsəydilər, heç yaxşı olmazdı. Bir neçə gün ərzində 20 Yanvar faciəsinin ən ağır məqamlarını obyektivə köçürdüm. Morqlara getdim, bütün faciələri gözümlə gördüm. Ailələr gəlib vəfat etmiş doğmalarını axtarırdılar. Xəstəxanalar bərbad durumda idi. Amma özümü Şəhidlər Xiyabanına çatdıra bildim. Orada şəhidlərimizin 3 mərasimi baş tutdu. Fotolar çəkirdik ki, dünya bu faciəni görsün.
src="/storage/files/upload/f6d431f6a235b2abf1ef5d3491b3a241866a9262.jpg" style="width: 429px; height: 589.875px;" class="fr-fic fr-dib fr-fil">
Parisə qayıdandan sonra məlum oldu ki, Qanlı Yanvar hadisəsi heç bir jurnal və ya qəzetdə dərc olunmayıb. Əhməd adlı türk dostum vardı. O da 20 Yanvarın ən gizli məqamlarının videolarını çəkmişdi. Əlimizdə olan bütün məlumatları Amerika, Avropa mediasında paylaşmağa başladıq. Bu xəbər bir anda hər yana yayıldı. Çünki bizim əsas məqsədimiz bu idi ki, dünya insanı 20 Yanvardan mütləq xəbər tutsun.
- Həmin dövrdə nəinki bu informasiyanı yaymağınız, hətta Bakıya gəlməyiniz də böyük təhlükə idi.
- Doğrudur, gəlməyim olduqca təhlükəli idi, amma bunu mən etməsəm, kim edəcəkdi?! Bütün şəhidlərimizin ruhu şad olsun. Onların xatirəsi əzizdir.
-
Ekologiya12:35Sabahın hava proqnozu açıqlandı
-
Maraq dünyası12:198-ci mərtəbədən yıxılan 5 yaşlı qız sağ qaldı - Möcüzə?
-
Magazin212:10Güven Kıraç 4 ildir münasibətdə olduğu Mervenur ilə ailə qurdu
-
Hadisə11:35Naxçıvanda ağır qəza olub: 6 nəfər xəsarət aldı - FOTO
-
Nida Xəbər 11:27Bakıda Kanaki–Yeni Kaledoniya və Fransız Polineziyası komandalarına dəstək aksiyası
-
Sağlamlıq08:36Səhərlər acqarına limonlu su içənlərə xəbərdarlıq edildi
-
Magazin207:30Ermənistan Avroviziya Uşaq Mahnı Müsabiqəsinin qalibi oldu - VİDEO
-
Ekologiya07:17Şimşək çaxacaq, yağış yağacaq - Hava proqnozu
















.png)
.jpg)



















