Xüsusi
O, Azərbaycanda gözübağlı şəkildə bunu edərək göstərdi ki... - Baba Məmmədovla MÜSAHİBƏ
- Əslində İdarə Heyətinin üzvləri elə federasiyanın idmançıları və üzvləridir, kənar şəxslər deyil. Bu federasiyanın klub vaxtından, bünövrəsindən iştirak edənlərdir. Hansı ki, illərin sınağından keçmiş, heç bir qarşılıq ummadan, təmənnasız şəkildə federasiyamızın yaranma və inkişafına qatqısı olan şəxslərdir. Burada Asif Sayadov federasiyanın fəaliyyətində qatqısı olan şəxsləri qiymətləndirir. Yeni qatılan şəxslər olduqda da o zaman artıq hər birimizin məsləhəti ilə seçilir. Burada artıq biz ailəyik.
- Maraqlıdır, bəs sizin federasiyaya nə kimi qatqılarınız olub?
- Bizim şöbənin rəsmi fəaliyyəti Zəfər günündən başladı. Həmin gün artıq vəsiqələrimiz təqdim olundu. Ondan sonra şöbə olaraq ilin yekun tədbirini biz hazırladıq. Bizim şöbə fəaliyyətə başladıqdan sonra yeniyetmə və gənclərdən ibarət olan dünya çempionatlarımız var ki, onlar idmançı olmaqla yanaşı, sosial aktivdir, sosial aktivlik isə piar və marketinq üçün çox önəmli faktordur. Həmin tələbələr bizə könüllü şəkildə dəstək olurlar. Hesab edirəm ki, gələcəkdə federasiyanın İdarə Heyətinin üzvləri də məhz elə onlardır. Hazırda onlar federasiyanın saytında da qeydiyyat linki hazırlayıblar ki, ora gəlmədən sayt vasitəsilə qeydiyyatdan keçmək mümkündür. İlin yekun tədbiri, o cümlədən 20 Yanvar günü ilə əlaqəli biz tədbir və yarışlar keçirdik və o gənclər könüllü olaraq təşkilatçı qismində çıxış edirlər. Hətta o gənclər elə güclü və professional idmançılardır ki, yarışlarda hakim qismində də çıxış edə bilirlər. Həmin o tədbirlərlə yanaşı, 4 yaşımız münasibətilə təşkil etdiyimiz tədbir planında nələr olacaqsa, məsələn, çıxışlar, oyunlar, səhnələr, şoular biz həmin o gənclərlə birgə çalışırıq və onlarla mütəmadi əlaqə qurub, işlərini qiymətləndiririk. Bizdə Şəhanə xanım var ki, "Access" proqramı vasitəsilə bizim aylıq hesabatımızı yaradıb. Hansı ki, illik hesabatlarımızı belə professional şəkildə izləyə bilirik. Düşünürəm ki, çox federasiyada belə bir şey yoxdur. Və biz yenilik etməyə çalışırıq. Bundan əlavə, Vinq Çuna təkcə hobbi olaraq deyil, karyera kimi baxmaq lazımdır. İdmana gələn tələbələr bir müddət sonra artıq müəllim olmaq istəyir. "IP Man" filminə baxırlar və artıq "Ip Man"i kumir olaraq görüb başlayırlar peşəkar şəkildə fəaliyyət göstərməyə. Bir işdə peşəkarlıq varsa, burada artıq hobbidən daha çox karyeradan danışmaq olar.
- Bəs yaxşı, federasiya sizə nəyi öyrətdi?
- Federasiyadan öncə elə Asif Sayadovdan danışmaq istəyərəm ki, o bizə burada sədrlik etmədi, təkcə idman müəllimi olmadı, ailə oldu, həmçinin ailə olmağı, birlik olmağı öyrətdi, arada nə olursa olsun, yumruq kimi olmağı öyrətdi. Biz federasiya olaraq bu günədək bir ailəyik.
- Hazırda federasiyanın inkişafı ilə bağlı hansı işləri həyata keçirirsiniz?
- Bizdə təkcə marketinq sahəsi üzrə deyil, eyni zamanda beynəlxalq əlaqələrin inkişafı ilə bağlı işlər görülür. Beynəlxalq yarışların təşkili, o cümlədən Təşkilat komitəsi bir sıra yarışların təşkil edilməsi üçün işlər görür. Biz də bu tədbirlərdən piar və marketinq şöbəsi olaraq debat şoular hazırlayırıq. Öncə federasiyanın güclü və zəif tərəflərini müəyyən edirik, onları görmək üçün daha aktiv tələbələrdən, üzvlərdən ibarət iki qrup yaradırıq və onlar zəif və güclü tərəfləri sayır. Və beləcə, mübahisəli şəkildə müzakirə olunur. Ən sonda inkişaf etdirməli olduğumuz tərəflərimiz barəsində düşünürük.
- Yekun olaraq qiymətləndirmə necə?
- Yekunda bizim tərəfimizdən seçilmiş hakimlərimiz tərəfindən qiymətləndirmə olur və ən sonda Asif müəllimin qərarı olur. Bundan əlavə, psixoloji seminarlarımız mütəmadi olaraq baş tutur. Vinq Çun sıradan döyüş sənəti deyil, o, eyni zamanda psixologiyaya, fəlsəfəyə söykənir. Burada psixoloji inkişaf və özgüvəndən söhbət gedir. Həmçinin Vinq Çunu tanıyanlar bilir ki, o, həyat tərzidir.
- Vinq Çundan söz düşmüşkən, çox rastlaşıram ki, hər kəs bu sənət növü ilə məşğul ola bilər deyirlər. Bəs əlilliyi olanlar necə?
- Vinq Çun döyüş sənəti sərhəd tanımır. İlk dəfə Dünya Vinq Çun Assosiasiyasının rəhbəri Samuel Kvok Azərbaycana gələndə orada gözübağlı şəkildə şou xarakterli döyüş göstərdi və sübut etdi ki, gözübağlı, görməyən şəxslərdə instinkt daha çox olur. Onlar hissiyyatları ilə döyüşürlər. Əlil insanlar aktiv tərəfləri ilə hərəkət edirlər.
- Komanda şəklində fəaliyyətinizdən danışardıq.
- Əslində ümumi olaraq danışdıq, növbədə yubiley ilimiz olduğu üçün 4 yaşla bağlı tədbirimizə hazırlaşırıq ki, hər şey mükəmməl səviyyədə olsun. Keyfiyyətimizdən söz ola bilməz, lakin hər şey düzgün şəkildə ictimaiyyətə çatmalıdır. Bunun üçün də sosial olaraq, piar olaraq çalışırıq.
-
ABŞ05:45ABŞ-da təyyarə evə çırpıldı - Ölən var
-
Magazin105:15Müğənni Pünhan nişanlandı - FOTO
-
Region03:13İran ələ keçirilən gəminin qisasını belə aldı
-
Yaxın Şərq02:12"Münaqişə istənilən an şiddətlənə biləra"
-
Sağlamlıq01:11Ağcaqanadlar ən çox onları SANCIR
-
Magazin200:15İtkin düşmüş rejissor döyüşlərdə həlak olubmuş...
-
Qoroskop00:00Günün ULDUZ FALI - Sərhəddə alov torpağa toxunur
-
Dünya19 Aprel 23:246,2 bal gücündə zəlzələ bu ölkəni SİLKƏLƏDİ





































