Xüsusi
İki qardaş iki şəhid qardaşa heykəl hazırladı: "Anasına demədik ki..."
Publika.az İkinci Qarabağ müharibəsi şəhidlərinin büstlərini hazırlayan gənc heykəltəraş Müstəqil Balayevin Teleqraf.com-a müsahibəsini təqdim edir:
- Müstəqil bəy, sonuncu hazırladığınız şəhid Əli və İslam qardaşlarının heykəli sosial şəbəkədə xeyli paylaşıldı. İdeya haradan qaynaqlanmışdı?
- Heykəli qardaşım Aqşin Balayevlə hazırladıq. Biz əvvəllər də bir neçə şəhidin heykəlini hazırlamışdıq. Qərara aldıq ki, növbəti Əli və İslam qardaşlarının heykəlini işləyək. Onlar 27 sentyabr döyüşlərində ilk şəhid olan qardaşlardır. Bu da bizi kədərləndirdi.
Şəhidlərin anası da təkdir, evdə heç kimi yoxdur. Biz bu addımı şəhidlərə hörmət əlaməti olaraq, xatirələrini əbədiləşdirmək məqsəilə etdik.

- Onların ailəsinin, qohumlarının heykəldən xəbəri varmı? Sizinlə əlaqə saxladılarmı?
- Doğrusu, anası pis olar deyə əlaqə saxlamağa tərəddüd etdik. Heykəlin fotosu paylaşıldıqdan sonra şəhidlərin anası bizimlə əlaqə saxlayıb təşəkkür etdi.
- Heykəli ailəyə nə zaman təqdim edəcəksiniz?
- Hələlik işlər yekunlaşmayıb. Yekunlaşdıqdan sonra təqdim etməyi planlayırıq.
- Ailə heykəli harada qoyacağı barədə sizə məlumat verib?
- Xeyr. O haqda özümüz də nəsə soruşmadıq. Ailə haranı məsləhət görsə, heykəli orada yerləşdirəcəyik.
- Daha əvvəl hansı şəhidlərin heykəlini hazırlamısınız?
- Mən özüm İkinci Qarabağ müharibəsi şəhidi Arəstə Baxışovanın heykəlini hazırlamışam. Qardaşımla şəhid qardaşlar İman və Bəhramın heykəlini hazırladıq. Təkcə heykəl yox, barelyeflər də düzəldirik. Masallıda atamla birlikdə 5 şəhidin büstünü hazırlamışıq.
- Şəhid ailələrindən heykəl sifarişi verənlər olur?
- Biz heykəltəraşıq, gəlirimiz də bundandır. Amma sırf mənəvi borc olaraq şəhid heykəllərini təmənnasız hazırlamışıq.

- Heykəltəraşlıq sənətini necə seçdiniz?
- Qardaşımla mən Rəssamlıq Akademiyasından məzun olmuşuq. Amma atam heykəltəraş olduğu üçün uşaqlıqdan bu işdəyəm. Atam İlqar Balayev bu işi incəliklərinə qədər öyrədib, ilk onun tələbəsi olmuşam. Atamın tələbəsi Rahib Qarayev də Rəssamlıq Akademiyasında heykəltəraşlıq sənəti üzrə dərs deyir.
- Bəs hazırladığınız heykəllər arasında ən çox zövqünüzü oxşayan hansıdır?
- Hazırladığımız bütün heykəllərdən zövq alırıq. Əgər işimizi sevməsək, bunu etməzdik.
- Hazırda hansı heykəlin üzərində işləyirsiniz?
- Şəhid Əli və İslam qardaşlarının heykəllərini yekunlaşdırmağa çalışırıq. Növbəti heykəlin kimə aid olacağını zaman göstərəcək.
-
Kriminal00:45Dilqəm Əsgərova qarşı cinayət işi açıldı
-
Hadisə28 Avqust 22:18Azərbaycanda 11 yaşlı qız əməliyyatdan sonra öldü
-
Elm və təhsil28 Avqust 19:50DİM sədri şad xəbər verdi: 600-dən çox bal toplayıb kənarda qalanlar...
-
Nida Xəbər 28 Avqust 19:30Bu ölkənin səfiri Azərbaycan XİN-ə çağırıldı - Qərəzli süjetə etiraz
-
Hadisə28 Avqust 19:10Bakı metrosunda həyəcanlı anlar: qadın qatar yoluna düşdü
-
Nəqliyyat28 Avqust 18:30Bakıda axşam tıxacı: 18 yol keçilməz oldu
-
Yaxın Şərq28 Avqust 14:33İsrail hökumətində qarşıdurma: Netanyahu ilə onun arasında savaş gedir
-
Region28 Avqust 13:16Paşinyanın dəmir yolu planı Moskvanı qəzəbləndirdi - Görün Lavrov necə reaksiya verdi

























.jpg)








.jpg)

.jpg)
