Xüsusi
İlk zəfər qurultayı niyə Şuşada keçirilir? - Dünyaya MÜHÜM MESAJ
Dünya Azərbaycanlılarının V Qurultayının keçirilməsi ilə bağlı hazırlıq işləri yekunlaşmaq üzrədir. Qurultayın qüdrətli ordumuzun düşmən işğalından azad etdiyi, Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərində keçirilməsi nəzərdə tutulur. Tədbirdə 65 ölkədən 400 nəfərə yaxın diaspor nümayəndəsinin iştirakı gözlənilir. Dünya Azərbaycanlılarının V Qurultayı son illər yüksək təşkilatlanma və birlik nümayiş etdirən, beynəlxalq ictimaiyyətin Azərbaycan həqiqətləri ilə bağlı məlumatlandırılmasında xüsusi rol oynayan diasporumuzun Qarabağın azad olunmasından sonra ilk böyük görüşü olacaq.
Qurultayın rəsmi açılış mərasimindən sonra Diasporla İş üzrə Dövlət Komitəsinin fəaliyyətinə dair hesabat verilməsi, “Post-müharibə dövründə Azərbaycan diasporunun qarşısında duran vəzifələr”, “Qarabağın bərpası və yenidən qurulmasına Azərbaycan diasporunun töhfələri” mövzularında müzakirələrin təşkili planlaşdırılır.
Bəs bu qurultayın dünyaya ötürdüyü mesajlar nələr olacaq? Ümumiyyətlə, belə bir qurultayın Şuşada gerçəkləşməsi nədən xəbər verir?
Suallarımızı politoloq Cümşüd Nuriyevə ünvanladıq. Politoloq Cümşüd Nuriyev Publika.az-a müsahibəsində söyləyib ki, indi vəziyyət dəyişib və bu qurultaydan sonra yeni çağırışlar olacaq.
- Cümşüd müəllim, ilk zəfər qurultayının Şuşada keçirilməsinin nə kimi əhəmiyyəti var. Belə bir böyük tədbirin Şuşada baş tutması onun dünyadakı nüfuzuna hansı formada təsir göstərəcək?
- Əvvəla onu qeyd edim ki, bu bütün dünyaya səpələnmiş azərbaycanlıların beşinci qurultayıdır. Bu qurultay digərlərindən onunla fərqlənir ki, o Azərbaycanın uzun müddət arzusunda olduğu, həsrətində qaldığı Şuşa şəhərində keçiriləcək. Bu, çox önəmlidir. Çünki dünya azərbaycanlılarının ən böyük arzusu məhz Qarabağın, Şuşanın işğaldan azad olunması idi. Həmin tədbirin Şuşada keçirilməsi, planlaşdırılması dövlətin atdığı çox uğurlu bir addımdır. Təşkilatçı da təbii ki, Diasporla İş üzrə Dövlət Komitəsidir. İkincisi, Şuşa dünyanın hər tərəfinə səpələnmiş azərbaycanlıların eyni müstəvidə, eyni məkanda və zamanda “Azərbaycan!” deyəcəyi, azərbaycançılıq ideyasını gündəmə gətirəcəyi bir məsələ olacaq. Bilirsiniz ki, bu ideyanı ilk dəfə rəhmətlik ulu öndər Heydər Əliyev gündəmə gətirib. Bu gün də onun siyasi varisi İlham Əliyev həmin siyasəti uğurla davam etdirir. Üçüncüsü, Şuşadakı zəfər qurultayına gələnlər müxtəlif dillərdə danışan azərbaycanlılardır. Onlar problemin kökünü də çox gözəl bilirlər. Onlar Qarabağda – işğaldan azad olunmuş ərazilərdə aparılan quruculuq, abadlıq işlərini öz gözləri ilə görəcəklər. Eyni zamanda, erməni vandallarının törətdiyi vəhşiliklərin birbaşa şahidi olacaqlar.
- Bəs əvvəllər – yəni müharibədən sonrakı ilyarım ərzində bu missiya kimlərin üzərinə düşürdü?
- Əvvəllər bu yükün ağırlığı siyasi müstəvidə daha çox cənab prezidentin, fotoqraf kimi Rza Deqatinin üzərinə düşürdü. Eyni zamanda, Prezident Administrasiyası, Xarici İşlər Nazirliyi səfirləri, xaricdən jurnalistləri dəvət edib gətirirdilər. Amma bir də var halına yananlar, yəni zəfər qurultayına dəvət olunanların hamısı Vətən sevgisi ilə alışıb-yanan bacı-qardaşlarımızdır. Təbii ki, onlar Azərbaycanın bu məsələsini dünyanın hər yerinə çatdıracaqlar. İmkanları olduqca işğaldan azad olunmuş ərazilərdə gördüklərini yaşadıqları ölkələrin mətbuatında dərc etdirəcəklər.
- Sizcə, indiki diasporumuz erməni diasporunun yalanlarını ifşa edəcək qədər güclüdürmü?
- Mən əminəm ki, hazırkı Azərbaycan diasporu yüz illər əvvəl formalaşmış Azərbaycan diasporundan dəfələrlə güclüdür. Onlar bu gücü həm də Şuşadan alacaqlar. Bunun başqa bir siyasi tərəfi də ondan ibarətdir ki, diasporumuz 44 günlük müharibə dövründə Azərbaycanın yanında oldu. Dövlətimiz də onları dəyərləndirdi. Bundan sonra Azərbaycan Prezidentinin diaspora müraciəti birmənalı şəkildə azərbaycanlıların qısa zaman kəsiyində bir araya gəlməsi ilə nəticələnəcək. Eləcə də bu, Azərbaycan həqiqətlərinin dünyaaya çatdırılmasına gətirib çıxaracaq. Çünki biz 44 günlük müharibəyə qədər ancaq ölkə daxilində təbliğat aparırdıq. Torpaqlarımız işğal altında idi. Düşünürdük ki, diasporumuz xaricdə əyi təbliğ etsinlər?! Danışmağa utanırdıq. Şükürlər olsun ki, Ali Baş Komandanımızın komandanlığı altında bizim ordumuz zəfər çaldı. Millətimizin qəddi, qaməti düzəlib. Diasporumuzun üzvləri də qalib ölkənin, müzəffər millətin nümayəndələri kimi Azərbaycanın haqq işini bütün dünyaya çatdıracaqlar. Bu, çox önəmlidir və çox mühüm bir məsələdir.
- Şuşadakı zəfər qurultayı ilə dünyaya hansı mesajlar ötürülə bilər?
- Bu qurultay Azərbaycanı kiçik görmək istəyənlərə də bir növ siyasi mesaj olacaq. Yəni, dünya görəcək ki, Azərbaycan heç də buradakı 10 milyonluq əhalidən ibarət deyil. Altmış milyonluq Azərbaycan diasporu var. Onların maddi imkanları da çox böyükdür. Onların vətəni və vətəndə onları sevən milyonlarla insan mövcuddur. Onları bu Vətəndə qarşılayanlar və uğurlayanlar da bu vətəndədir. Biz onlarla fəxr edirik. Nə yaxşı ki, bizim yüksək səviyyəli, yüksək mədəniyyətli diaspor nümayəndələrimiz var. Onların Azərbaycan üçün etdikləri işlər də çoxdur. İnşallah ilk dəfə Şuşada baş tutacaq zəfər qurultayından sonra onların görəcəyi işlər daha da çox olacaq. Mən indidən qurultay iştirakçılarını təbrik edirəm. Onlara uğurlar arzulayıram. Diaspordakı fəallarımız bilsinlər ki, biz onlarla fəxr edirik.
-
Region03:13İran ələ keçirilən gəminin qisasını belə aldı
-
Yaxın Şərq02:12"Münaqişə istənilən an şiddətlənə biləra"
-
Sağlamlıq01:11Ağcaqanadlar ən çox onları SANCIR
-
Magazin200:15İtkin düşmüş rejissor döyüşlərdə həlak olubmuş...
-
Qoroskop00:00Günün ULDUZ FALI - Sərhəddə alov torpağa toxunur
-
Dünya19 Aprel 23:246,2 bal gücündə zəlzələ bu ölkəni SİLKƏLƏDİ
-
İdman19 Aprel 22:12Türkiyə klubu 5 ildən sonra geri dönür
-
Avropa19 Aprel 21:48Zelenskidən terror aktından sonra KRİTİK AÇIQLAMA - İslahatlar başlayır





































