Xüsusi
Sərhəddəki təxribatın ardınca Mirzoyan Bayramova niyə zəng etdi? - DETALLAR
“İlk olaraq onu qeyd edim ki, bu, artıq Azərbaycan və Ermənistanın xarici işlər nazirləri arasında ikinci telefon danışığıdır. Yəni burada heç bir vasitəçi yoxdur. Azərbaycan və Ermənistan təmsilçiləri birbaşa danışıqlar həyata keçiriblər. İkincisi, dövlət sərhədinin Zəngilan istiqamətindəki erməni təxribatından sonra Ermənistan tərəfinin telefon açması və Azərbaycanın Xarici İşlər nazirini araması onu göstərir ki, Baş nazir Nikol Paşinyan başda olmaqla Ermənistan hökuməti bu təxribatların iştirakçısı deyil”.
Bunu Publika.az-a açıqlamasında politoloq Cümşüd Nuriyev deyib.
O, bildirib ki, təxribatı törədənlər başqa qüvvələr olsalar da Ermənistan bundan rəsmən imtina elədilər:
“Burada bir neçə qüvvə var. Ermənistan daxilindəki həmin təxribatçı qüvvələr Rusiyanın hərbi elitasındakı qüvvələrlə əlbirdirlər. Rusiyanın hərbi elitasındakı həmin qüvvələr bir növ Ukrayna cəbhəsindəki uğursuzluğu sığortalamaq istəyir. İranın hakimiyyətində narkoticarətlə məşğul olan narkobaronlar var idi. Azərbaycan Ordusu onların ticarətinə maneələr yaradıb. Daha doğrusu, onların bu istiqamətdəki fəaliyyətini sıfıra endirib. Onlar 30 illik narkotik ticarətini bərpa eləmək üçün bu cür təxribatlara əl atıblar. Orada da müəyyən qüvvələr var ki, bu işdə maraqlıdırlar. Ermənistanın daxilində də Fransanın və digərlərinin maraqlarına xidmət edən qüvvələr mövcuddur. Bütün bunların fonunda son təxribatlar gözlənilən idi”.
Ekspert həmin sərhəd təxribatlarının Azərbaycanla Ermənistan arasındakı danışıqlarına ciddi təsirinin olacağını düşünmür:
“Çünki tərəflər artıq sərhəd komissiyasının yaradılması ilə bağlı razılığa gəliblər. Eyni zamanda da sülh müqaviləsini hazırlamaq üçün işçi qrupunun yaradılması məsələsi ilə bağlı razılığa gəlinib. Deməli, artıq tərəflər arasında maraqlar toqquşmur. Əksinə, maraqlar üst-üstə düşür. Danışıqlar prosesində vasitəçilər, üçüncü tərəf olmadığına görə tərəflər özləri razılaşırlar. Konfliktologiyada buna konsensusun əldə olunması deyilir. Yəni tərəflər belə bir kompromisə gedirlərsə və konsensus əldə olunursa, bir növ kənar qüvvələrin təsirini izolyasiya və təcrid edirlər. Onu oyundankənar vəziyyətə, “ofsayd” duruma salırlar. Ona görə də Ermənistanda müəyyən qüvvələr siyasi “ofsayd”dadırlar. İnanmıram ki, onların bu məsələlərə təsiri olacaq. Bütün hallarda İrəvan başa düşməlidir ki, onu kimlər qızışdırırsa qızışdırsın, kimlərin hansı maraqları olursa olsun, Ermənistan bir dövlət kimi öz mənafelərinə xidmət eləməlidir”.
Cümşüd Nuriyevin sözlərinə görə, onlar çox gözəl bilirlər ki, əks halda Azərbaycan Ermənistanı dövlət kimi tanımayacaq:
“Bunu Prezident İlham Əliyev cənabları da dilə gətirdi. Bu da o deməkdir ki, Azərbaycan əraziləri Ermənistana qeyri-qanuni olaraq verilib. Ozamankı kommunist partiyası Azərbaycan xalqının razılığı və iradəsi olmadan Zəngəzur və Göyçəni Ermənistana verib. Azərbaycan bu iddianı ortaya qoydu. Hələ İrəvanı demirik, o 1918-ci ildə verilib. Yəni Azərbaycan Xalq Cümhuriyyətindən sonra da torpaqlarımız qeyri-qanuni şəkildə ələ keçirildiyinə görə Azərbaycan bu iddiaları ortaya qoyub özü öz problemini həll eləmək iqtidarındadır. Ermənistanda da bunu çox yaxşı başa düşürlər. Ermənistan yaradılanda cəmi 9 min kvadrat kilometr idi. İndiki kimi 29 min kvadrat kilometr deyildi. Həmin 9 min kvadrat kilometr də Azərbaycan torpağıdır. Onsuz da ermənilər özləri üçün Rusiya imperiyasının köməyi ilə bir dövlət yaradıblar. Əgər onun miqyasını yenidən kiçiltmək istəyirlərsə, buyursunlar”.
-
Yaxın Şərq02:12"Münaqişə istənilən an şiddətlənə biləra"
-
Sağlamlıq01:11Ağcaqanadlar ən çox onları SANCIR
-
Magazin200:15İtkin düşmüş rejissor döyüşlərdə həlak olubmuş...
-
Qoroskop00:00Günün ULDUZ FALI - Sərhəddə alov torpağa toxunur
-
Dünya19 Aprel 23:246,2 bal gücündə zəlzələ bu ölkəni SİLKƏLƏDİ
-
İdman19 Aprel 22:12Türkiyə klubu 5 ildən sonra geri dönür
-
Avropa19 Aprel 21:48Zelenskidən terror aktından sonra KRİTİK AÇIQLAMA - İslahatlar başlayır
-
Region19 Aprel 21:00ABŞ Hörmüz boğazına PUA-lar göndərdi





































