Xüsusi
Muğamı dinləyəndə bədənim titrədi - Conatan Çeyst
Ölkəmizi Avropada təbliğ edən əcnəbi dostlarımızdan biri də “France Global Intelligence” şirkətinin təsisçisi, politoloq Conatan Çeystdir.
Publika.az Conatan Çeystlə müsahibəni təqdim edir:
- Əziz Conatan, sizi oxucularımıza daha yaxından tanıtmaq istərdim.
- Karib dənizin sahilində, Fransanın Qvadelupa adasında dünyaya gəlmişəm. Uzun müddətdir Parisdə yaşayıram. İxtisasca hüquqşünas politoloqam. Həmçinin “France Global Intelligence” şirkətinin qurucusuyam. Bu şirkət zəka rəqabətli intellektual strateji qərarların qəbul edilməsinə yardım edən vasitədir.
- Oraq hüceyrəli anemiya xəstəliyi barədə cəmiyyətin maarifləndirilməsi üçün də çalışdığınızı bilirəm.
- Doğrudur. Cenni Hippokratın sədrlik etdiyi oraq hüceyrəli anemiya xəstəliyinin qarşısının alınması və məlumatlandırılması üzrə APIPD birliyinin könüllüsüyəm. Çoxu bu barədə məlumatsızdır. Amma hər il dünyada minlərlə insan bu bəladan dünyasını dəyişir. Həmçinin ilk genetik xəstəlik hesab olunur. Əsas məqsədimiz bu xəstəliklə bağlı geniş ictimaiyyəti maarifləndirmək, bu bəlanın kökünü kəsmək üçün sükutu pozmaqdır.
src="/storage/files/upload/280667776_10217677308363717_7239713103059854054_n.jpg?_nc_cat=102&ccb=1-7&_nc_sid=8bfeb9&_nc_ohc=3oezjOFHncsAX8eHwmI&_nc_ht=scontent.fgyd4-2.fna&oh=00_AT9DhpUJiOxdHaeSF-8RA-tZRxAuszcaRyvvL3OI3bxRrg&oe=62951F6B" alt="Peut être une image de 2 personnes, barbe, personnes debout, costume et plein air" class="fr-fic fr-dii">
- Çox gözəl təşəbbüsdur. Conatan, sizi daha çox mədəniyyətimizin Fransada təbliğatçısı kimi tanıyıram.
- Mədəniyyətiniz haqda nə desəm, hisslərimi tam ifadə edə bilməyəcəm. Musiqiçilərinizi çox bəyənirəm. Xüsusən də Fransada fəaliyyət göstərən pianoçu Etibar Əsədli, fleytanın usta ifaçısı Ağarəhim Quliyev, balabanın səsini sayəsində sevdiyim Ələfsər Rəhimovun adlarını çəkmək istərdim. Balaban haqda bir çox araşdırma etmişəm. Bilirəm ki, Azərbaycan folklorunun sütunlarından olan bu musiqi aləti bəşər mədəniyyətinin qeyri-maddi irsi siyahısına daxil edilib.
- Muğamımızı da çox sevdiyinizi eşitmişəm.
- Bu günlərdə Azərbaycanın Fransadakı Səfirliyində təşkil edilmiş konsert proqramında muğam dinlədim. Hadisələri qabartmadan deyə bilərəm ki, bədənim titrədi. Emosiyalarım o qədər fərqli və rəngarəng idi ki, hələ də təsirindən tam oyana bilməmişəm. Bizim adamızın rəqslərlə musiqinin vəhdətindən yaranan folklor nümunəsi var. Bu musiqi də bəşəriyyətin qeyri-maddi irsi siyahısına daxil edilib. Çox istərdim ki, Azərbaycanın etno-cazı ilə bizim kreol musiqisini sintez edib gözəl konsert proqramı təşkil olunsun. Əminəm ki, siz də bu ifaları sevərsiniz.
- Əlbəttə.
- Azərbaycan mədəniyyəti o qədər zəngindir ki, mən hələ təzə tanış oluram. Müxtəlif etnik qrupların ölkənizdə mehriban yaşadığını eşitmişəm. Din və dil rəngarəngliyi olan cəmiyyət idealdır. Azərbaycanı mənim kimi minlərlə fransıza belə qərəzsiz təbliğ etdiyi üçün ölkənizin Fransadakı səfiri Rəhman Mustafayevə, “Azərbaycan-Fransa Assosiasiyası”nın təsisçiləri Aytən Muradova və Günel Səfərovaya minnətdaram.
src="/storage/files/upload/261083839_10217053457207828_3588141797756379255_n.jpg?_nc_cat=107&ccb=1-7&_nc_sid=8bfeb9&_nc_ohc=dm30Wfq-RpUAX-p2y7e&_nc_ht=scontent.fgyd4-2.fna&oh=00_AT8OGe1KM5tors9fat0XBRUm0RrQ-FgOvI2mi8knIYsf4g&oe=6294F12C" alt="Peut être une image de 10 personnes, personnes debout et intérieur" class="fr-fic fr-dii">
Azərbaycanla tanışlığım məktəb illərimə gedib çıxır. Sovet hakimiyyəti yenicə dağılırdı. Dərsliklərimizdə Azərbaycana da yer ayrılırdı. Hətta magistr təhsili aldığım illərdə Azərbaycanı araşdırmağa başladım. Asiya və Avropanı birləşdirən qədim tarixə malik ölkə olduğunu öyrəndim. Hətta Tural Gəncəliyevlə, səfir Rəhman Mustafayevlə müsahibələr etdim. Dediyim kimi, ölkənizlə əlaqələrim sıx və səmimidir.
- Sizi tezliklə Azərbaycanda gözləyirik.
- Məmnuniyyətlə!
-
Magazin112:10
Həyatı faciəli sonluqla bitən aktyor: Bunu çoxları bilmir...
-
ABŞ11:20
Tramp Putinlə gizli görüşüb: görün ona nə deyib... - ŞOK İDDİA
-
Elm və təhsil10:20
NASA-nın cəlilabadlı alimi: Ora necə gedib çıxıb?
-
Sosial09:55
"Balina"nı Bakıdan belə apardılar - VİDEO
-
Nəqliyyat09:36
Pulsuz ictimai nəqliyyat xidməti başa çatır
-
Hadisə09:10
70 kq qızılla tutulan diplomat Bakıya gətirildi
-
Magazin208:55
Kıvançla xanımından Toskanada maraqlı FOTOSESSİYA
-
Nəqliyyat08:40
Bu yollarda tıxac var