Xüsusi
Şəmsi Səmədzadə ilə bağlı 10 il əvvəl... - Çingiz Qənizadə

“Əvvəla onu deyim ki, cənab Prezidentin atdığı hər bir humanist addımı hüquq müdafiəçiləri ürəkdən dəstəkləyirlər. Sayından asılı olmayaraq, nə qədər insan əfv olunursa, biz sevinirik. Mən hər zaman demişəm ki, yüzlərlə məhkumla yanaşı, onların ailə üzvləri, qohumları, dostları, tanışları da sevinir və bu minlərlə insana sevinc bəxş etmək deməkdir. Ölkə başçısının imzaladığı sonuncu əfv sərəncamı ilə 213 nəfər əfv olunub”.
Bunu Publika.az-a açıqlamasında hüquq müdafiəçisi, Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri, hüquq üzrə fəlsəfə doktoru Çingiz Qənizadə deyib.
Ç.Qənizadə bildirib ki, onların içərisində bir çox mübahisəli məhkumlar var:
“Bəziləri onları siyasi məhkum adlandırırdılar, biz isə həbsləri, məhkəmələri mübahisə doğuran məhkumlar adlandırırıq. Onların da azadlığa çıxmasına sevinirik. Onların arasında bizim tanıdığımız bir çox adam var. Biz onların azadlığa çıxmasını çoxdan arzulayırdıq. Bu əfv sərəncamını ölkədə sülhə, barışığa atılan bir addım kimi dəyərləndirirəm. Çünki müxalifətin siyasi məhbus adlandırdığı şəxslərin azadlığa çıxması təbii ki, onlar tərəfindən dəyərləndirilməlidir və buna müsbət qiymət verilməlidir”.
O bildirib ki, ömürlük azadlıqdan məhrumetmə cəzası almış Şəmsi Səmədzadə artıq uzun müddətdir ki, hüquq-müdafiə təşkilatlarının monitorinq qrupunun siyahısında idi:
“Avropa Şurasının nümayəndəsinin iştirakı ilə keçirilən tədbirdə biz onun məhkumluğu, məsələnin araşdırılması və komissiyaya təqdim edilməsi ilə bağlı qərar qəbul etmişdik. Bu, 10 il bundan əvvəl olmuşdu. O zaman biz - həm hüquq müdafiəçiləri, həm də hakimiyyət tərəfdən olanlar belə qərara gəldik ki, Şəmsi Səmədzadənin əməlində cinayət tərkibi var, lakin ona verilmiş cəza əməlinə adekvat deyil. Həddən artıq cəza verilmişdi. Təbii ki, bu baxımdan, onun cəzasının dəyişdirilməsi istiqamətində addımlar atırdıq. Onun adı həmişə bizim siyahızda idi. Sonuncu əfv sərəncamından öncə Prezident Administrasiyasına təqdim etdiyimiz 30-dan çox siyahının içərisində Şəmsi Səmədzadənin də adı var idi. Biz dünən onun adının əfv sərəncamında olduğunu görüb çox sevindik. Belə hesab edirəm ki, əfv olunanların hər biri azadlığa çıxdıqdan sonra öz səhvlərini anlayacaqlar. Cəmiyyətə yararlı bir vətəndaş olmaq üçün səy göstərəcəklər. Allah hamısının qapısını açsın. Bəzi məhkumlar var ki, onların da azadlığa çıxacağını gözləyirik. Onların sırasında ömürlük azadlıqdan məhrum edilələnlər, cəzalarının 24-25 ilini çəkənlər də var. Onların əfvə düşməməsi bizdə təəssüf hissi doğurur. Ümid edirik ki, növbəti dəfə onlar da əfv olunanların siyahısına düşəcəklər”.

-
İdman01:20
DÇ-nin qalibini evə ekonom-klassla yola saldılar: Ölkədə etiraz başladı
-
Qoroskop00:55
Günün ulduz falı: gözlənilməz xərclər və ya gecikmələr ola bilər
-
Nida Xəbər 00:05
Azərbaycanda Dövlət Suverenliyi günüdür
-
Hadisə19 Sentyabr 23:41
Marneulidə gürcü dilini bilməyən azərbaycanlı şillələndi - Video
-
Region19 Sentyabr 23:25
İstanbulda sərnişin bərəsi gəmi ilə toqquşdu: Xəsarət alanlar var - Fotolar
-
Magazin119 Sentyabr 22:26
Alim Qasımovdan maraqlı açıqlamalar: “Anamla xanımıma rüşvət verirdim”- VİDEO
-
Art19 Sentyabr 22:12
"Grammy" mükafatlı sənətçi təyyarə qəzasında həlak oldu
-
ABŞ19 Sentyabr 19:20
Tramp yenə ölümdən döndü - Bu dəfə helikopterində nasazlıq yarandı