Xüsusi
O, durnanı gözündən vurmağın SİRRİNİ bilir - Şahintürklə MÜSAHİBƏ/FOTO
Türk Oxçuluq Fondu və Oxçuluq Araşdırma İnstitutunun koordinatoru Həsən Şahintürkün sözlərinə görə, durnanı gözündən vurmaq üçün gündə ən azı 500 ox atmalısan. Bundan başqa, təbii materiallardan hazırlanmış ox və kamanı dərhal istifadə etmək olmaz. 2 il gözləmək lazımdır ki, kaman elastiklik qazansın.
Publika.az Həsən Şahintürklə müsahibəni təqdim edir:
- Həsən bəy, əvvəlcə fondun tarixi barədə məlumat verərdiniz.
- Fond oxatma sənətini hərtəfəli şəkildə yenidən canlandırmaq məqsədilə qurulub. Oxçuluğun inkişafı üçün bir sıra işlər görürük. Fondun daxilində oxuçuluğa aid kitabxana, araşdırma bölümü, həm də muzey fəaliyyət göstərir. Eyni zamanda burada oxçuluq təlimləri təşkil olunur.
Qurumun təxminən 600 illik tarixi var, onun yaranması İstanbulun fəthi ilə bağlıdır. İstanbulun fəthindən dərhal sonra müharibədə uğur qazanan oxatanlar üçün Ox meydanında Fateh Sultan Mehmetin əmri ilə Oxçular Evi qurulub. Eyyup Sultan, Ayasofya və Ox meydanı insanların müharibə və ya fəlakətlərdə birlikdə dua etdikləri müqəddəs yerlər olub. Həm də şahzadələrin sünnət mərasimləri, böyük ziyafətlər və nümayişlər bu ərazidə keçirilib. Əsrlər boyu salamat qalmış bu tikili zaman-zaman saxlanılıb və təmir olunub, eyni zamanda bəzi əlavələr edilib. Ox və kaman döyüş meydanlarındakı funksiyasını itirsə də, sultanların, mühüm dövlət xadimlərinin, əsgərlərin və ictimaiyyətin həmişə diqqətində olub. Beləliklə, qurum sonralar idman növü kimi fəaliyyətini davam etdirib.
Cümhuriyyət dövründə yaşanan maliyyə çətinlikləri ucbatından Oxmeydanı və Oxçular Köşkü baxımsız vəziyyətdə qalıb. Köşk və ona bağlı strukturlar 2007-ci ildə bərpa edilməyə başlanılıb və 2013-cü ildə tamamlanaraq Oxçular Fondu adı ilə ictimaiyyətin xidmətinə verilib.
Oxçuluq türklərinin sosial həyatının ayrılmaz bir hissəsi olub. Odur ki, ox və kamanın divan ədəbiyyatında, şeirlər, ata sözlərində və digər ədəbi nümunələrdə yer alması təsadüfi deyil.
- Müasir dünyada bu sənətə marağı necə qiymətləndirmək olar?
- Türkiyənin bir çox şəhərlərində ox meydanları var, insanların oxçuluğa olan marağı heç vaxt ölməyib. Qurumun hədəfi bu yolda daha da irəliləməkdir. 2013-cü ildən başlayaraq çox layihələrə imza atmışıq. Günümüzdə oxçuluğa rəğbət olduqca böyükdür. Son 20 ildə, xüsusilə Mete Qazozun Olimpiya çempionu olmasından sonra bu maraq daha da böyüdü.
Hazırda təlimlərimizə yazılan o qədər çox uşaq var ki, yetişdirə bilmirik. Bunun üçün Türkiyədə həm də Oxçuluq Federasiyası və onun nəzdində milli komandalar yaradıldı. Olimpiyadalarda yüksək dərəcə alacaq idmançılar yetişdirmək Oxçuluq Fondunun qarşıya qoyduğu əsas hədəflərdən biridir.
- Türk ox və kamanı digər xaqların bu silah növündən nə ilə seçilir?
- Əsas fərqi odur ki, türk yayı çox qısadır. İngilis oxları çox böyükdür, at belində gedərkən digər tərəfdən gələn düşməni hədəfə almaq üçün 3 metrəlik oxu qaldırıb o biri istiqamətə çevirmək lazım gəlir. Amma türk yayı elə deyil, qısa olduğu üçün onu həm önə-arxaya, həm yan istiqamətlərə rahatlıqla atmaq olar.
Avropa yayı sadəcə bir elementdən ibarət olur. Türk yayı isə bir neçə elementdən hazırlanır. Sinirlər buynuzla taxta arasındakı sürtünməni əngəlləyir.
- Bəs oxun və yayın hazırlanma müddəti nə qədər çəkir?
- Təxminən iki il. İplə bağlanmış bir yayı hazır olduqdan sonra, onu iki il o vəziyyətdə saxlamaq lazımdır ki, çeviklik və elastiklik qazansın. Daha sonra ipini dərhal açmaq olmaz, santimetrlə açmalısınız. Əks halda partlaya bilər.
- Bir çox qədim əmək və silah əlatlərinə ehtiyac qalmadığı üçün onlarla məşğul olan sənətkarlar da tapılmır. Oxçuluqda vəziyyət necədir?
- Bəli, sənətkarların sayı azalıb. Türkiyədə bu işlə məşğul olan üç-dörd nəfər qalıb. Təəssüflər olsun ki, 80-90 il unuduldu, heç kim ox hazırlamadı. Oxatma idman növünün populyarlaşması ustaların da sayının artmasına səbəb oldu.
- Həsən bəy, bəs mükəmməl ox atmağın sirri nədir? Durnanı gözündən vurmaq üçün nə etməliyik?
- Səbirlə çalışmalısınız. Hər gün ən azı 500 ox atmalısınız ki, qol əzələləriniz yaxşı inkişaf etsin.
- Həsən bəy, bu yaxınlarda Macarıstanda keçirilən Hun-Türk Qurultayında siz də iştirak edirdiniz. Qurultay barədə təəssüratınızı bilmək istərdik.
- Çox yaxşı təşkil olunmuş tədbir idi. Xalqlar öz milli mədəniyyətini nümayiş etdirmək üçün gözəl fürsət tapdı. Orada yaşayan türklərlə tanış olmaq, söhbət etmək imkanı bizi xüsusilə sevindirdi. Eyni zamanda macar qardaşlarımızın atçılıq, oxçuluq kimi milli idman növlərinə böyük sevgisini gördük.
Aytən Məftun
-
Magazin221:24
Türkiyənin ən varlı məşhurları onlar imiş... - ADLAR
-
İdman20:24
Arda Gülerin yeni klubu AÇIQLANDI
-
Sosial20:00
Pensiya alanların NƏZƏRİNƏ: ödəniş yekunlaşdı
-
Avropa19:48
Qızın adından görüşə dəvət edib başına elə oyun açdılar ki... - 7 nəfərdən DƏHŞƏTLİ ƏMƏL
-
Mistika19:24
Ərə getmək istəyən qadın falçıya yazdı, 22 mini getdi: "Mənimlə evlənəcəksən"
-
Magazin118:36
“DNT testi verib sübut edəcəyəm ki, uşağın atası mənəm” - FOTO
-
İdman18:24
Soyuqdan qorxan futbolçu görün hansı üsula əl atdı
-
Rəsmi xronika17:48
İlham Əliyev fərman imzaladı