İrəvan ermənilərdə QALMAYACAQ: Azərbaycan o TORPAQLARI da... - Akdemir
Bizi izləyin

Xüsusi

İrəvan ermənilərdə QALMAYACAQ: Azərbaycan o TORPAQLARI da... - Akdemir

“Osmanlı dövründə yaşayan satqın ermənilər Osmanlı İmperiyasına xəyanət edib, dövlətə qarşı üsyan edib, iğtişaşlar törədib, soyqırımlar həyata keçiriblər. Bu səbəblə 1915-ci ildə Göndərmə və Məskunlaşma Qanunu qəbul edildi. Bu, Birinci dünya müharibəsində Osmanlı ordusu ilə qarşılaşa biləcək daxili ünsürləri dövlətin əli ilə döyüş bölgələrindən uzaq yerlərə göndərmək üçün Osmanlı hökuməti tərəfindən 1915-ci il mayın 27-də qəbul edilmiş köç qanunudur. Osmanlı dövləti bütün bu xainliklərin qarşısını almaq və türk vətəndaşlarının can və mal təhlükəsizliyini təmin etmək, üsyançıların birləşməsinə mane olmaq və onları aidiyyəti bölgələrdən uzaqlaşdırmaq üçün köçürmə qanunu çıxararaq bu icmaları başqa təhlükəsiz bölgələrə təzliyə etmək istəyirdi”.

Bu sözləri Publika.az-a Qərbi Azərbaycan İcmasının Ankara təmsilçisi, araşdırmaçı-yazar Dr. Derya Akdemir bildirib.

“Bu, tarixin ən həyasız və ən böyük yalanlarından biri idi”

Doktor qeyd edib ki, köçürmə qanununun qüvvəyə minməsi ilə ermənilər bütün imperialist güc mediasını da özləri ilə apardılar və “aprelin 24-də türklər bizə qarşı soyqırım törətdilər” başlıqlı manşet yayımladılar:

“Bu, tarixin ən həyasız və böyük yalanlarından biri idi. Anadolunun bir çox şəhərində başladıqları iğtişaşlarda körpələri, uşaqları, qocaları, qadınları süngüləyib kütləvi məzarlıqlara səbəb oldular, hər yeri yandırıb yıxdılar. Qafqazda baş verən böyük soyqırımlar daha erkən tarixdə baş verib. Azərbaycanlılara qarşı ən böyük soyqırımlarını ermənilər 1917-1918-ci illərdə həyata keçiriblər. SSRİ tərəfindən 1947-1953-cü illərdə Qərbi Azərbaycandan Aran-Muğan bölgəsinə mülki əhalinin məcburi köçü həyata keçirilib”.

Araşdırmaçı-yazar xatırladıb ki, Türkiyədən köçən ermənilərin bir qismi Rusiya tərəfindən o dövrdə işğal olunmuş Şərqi Anadoludan Qərbi Azərbaycan torpaqlarına köçürülüb: “Bəzi qərəzli və pulla satın alınan tarixçilər və yazarlar Türkiyə ilə Azərbaycan arasındakı münasibətləri korlamaq üçün çirkin böhtanlar atırlar. Onlar qərəzli şəkildə yazırlar ki, guya bu torpaqlara erməniləri Osmanlı imperiyası köçürüb. Bu, qəbuledilməzdir”.

“Zəngəzur və Göyçə ermənilərə bəxşiş edilməyib”

Derya Akdemir vurğulayıb ki, Zəngəzur və Göyçə Azərbaycandan bir bəxşiş olaraq ermənilərə verilməyib, əksinə, Qərbi Azərbaycan Moskva idarəçiliyinin təcavüzü nəticəsində ermənilərə verilib: “1988-ci ilə qədər orada yaşayan Azərbaycan türkləri doğma yurdlarından qovulub və 300 minə yaxın soydaşımız Azərbaycana pənah gətirib. İndiki Ermənistan ermənilərə məxsus deyil".

“Bizim olan bizə qayıdacaq”

Ermənilər millət deyillər ki, onların vətəni olsun. Onlar hay adlı cəmiyyətin üzvləridirlər. Millət olmağın bəzi xüsusiyyətləri var. Gəlin onları ardıcıllıqla sübut edək. Millətlərin çox qədim tarixi var. Hayların qədim tarixi yoxdur. Millətlərin dili var, hayların dili yoxdur. Başqa xalqların dillərindən ləhcələr götürərək özlərinə dil düzəldiblər. Millətlərin bayraqları var. Onların heç bayrağı da yoxdur, Kolumbiya bayrağını götürüb tərs çevirib özlərinə bayraq düzəldiblər. Ən əsası onların vətən torpaqları yoxdur. Qərbi Azərbaycan torpaqlarını işğal edib özlərinə vətən ediblər. Türkün Vətəni haylarda qalmayacaq. Azərbaycan o torpaqları azad edəcək. Bizim olan bizə qayıdacaq. Buna tam inamım var. Millətlərin mədəniyyətləri olur. Mədəniyyət o millətin kimliyidir. Azərbaycandan, Türkiyədən mədəniyyət qoparıb əlavə etməklə mədəniyyət yaranmır. Düşünürəm ki, bunun adı oğurluqdur”.

D.Akdemir qeyd edib ki, Qərbi Azərbaycan torpaqlarından türklərin izini sildikcə, torpaq özü Azərbaycan türklərinin Vətəni olduğunu bütün dünyaya sübut edir: “Bir sözlə, Qafqazda Türk birliyinin qarşısını almaq və maneə yaratmaq üçün erməniləri Rusiya, İran və Fransa yem kimi istifadə edir. Bu torpaqlar Türk yurdudur. Eynilə Qarabağdakı kimi Qərbi Azərbaycanın da bütün torpaqlarını geri alıb Türk Birliyini reallaşdıracağıq. Bizə ərəb və ya Avropa birliyi yox, Türk Birliyi lazımdır”.

“Avropa tarix boyu “üç meymun”u oynayıb”

D.Akdemir UNESCO-nun Ermənistanda məhv edilən Azərbaycan xalqının milli-mədəni, tarixi irsinə biganə yanaşmasına, ölkəmizə qarşı qərəzli münasibət ortaya qoymasına da münasibət bildirib.

“Bizim dağıdılan tarixi abidələrimizin Avropada əks-sədası olmayacaq. Avropa tarix boyu “üç meymun”u oynayıb, görmür, eşitmir, danışmır. Türklərə gələndə eyni tamaşanı oynayırlar. Onlar Türk vətənlərinin birləşməsindən qorxurlar. Biz türklər dünyanın ən böyük ailəsiyik. Onlar bunu bizdən yaxşı bilirlər. Düşünürlər ki, bu, onlar üçün böyük təhlükədir. Biz öz dəyərlərimizi qorumalı, dünyanın ən uzaq yerindəki Türk qardaşlarımızı bağrımıza basmalıyıq. Hər birimizin vəzifəsi Türk birliyi qalasına bir kərpic qoymaqdır. Bir gün qoyduğumuz kərpiclər qalanı tamamlayacaq və XXI əsr Türk əsri olacaq. Bütün yaralı vətənlərin azadlığı mütləqdir!” – araşdırmaçı yazar qeyd edib.

Akqabay Mıradov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm