Yolçu
Ucuz qiymət, əsrarəngiz diyar, GÖZƏL QIZLAR: kim bura getməmək istər? - FOTO/VİDEO
Xristofor Kolumb 1492-ci ildə Dominikan Respublikası sahillərinə gələndə, o, deyib ki, dünyanın heç yerində belə gözəl adaya rast gəlməyib. Heç şübhəsiz ki, o haqlı idi! Hətta ən tələbkar turist üçün Dominikan Respublikası əsl cənnətdir!
Dominikan Respublikasının ilk növbədə bənzərsiz çimərlikləri, zərif ağ qumları, dəniz mənzərələri, əl dəyməmiş tropik meşələri, rifləri, pamla ağacları, əzəmətli dağları, çox xeyirxah insanları və əlbəttə ki, gözəl qızları hər kəsi məftun edəcək. Amma cənnət ölkənin üstünlükləri bunlarla bitmir.
Beləliklə, Publika.az-ın “Yolçu” layihəsi çərçivəsində bu həftə oxucuları Bakının şaxtalı havasını tərk edib bizimlə bir neçə dəqiqəlik isti Dominikan Respublikasına virtual səyahətə dəvət edirik. Odur ki, kəmərləri bağlayın, biz tam sürətlə uçuşa başlayırıq...
Dominikan Respublikası Karib dənizindəki Hispanyola adasında yerləşən kiçik ölkədir. Hispanyola Puerto Rikonun qərbində, Kuba və Yamaykanın şərqində yerləşir, dənizdən Venesuela ilə sərhəddir. Ölkənin paytaxtı Santo-Dominqo şəhəridir.
1-ci səbəb: Dərdi-qəmi unutduran çimərliklər...
Enli ağ çimərlikləri, palma çətirləri, mehriban günəş - bütün bunlar ümumilikdə cənnət kimi qeyri-real görünür. Amma gözəlliklərin real olduğunu dərk eləməyə başlayandan sonra insan buradan heç qayıtmaq istəmir... Dominikan çimərliklərində gecə-gündüz hamı üçün paritlər təşkil olunur.
Populyar səyahət saytının istifadəçilərinin versiyasına görə, “Playa bravo” ən yaxşı çimərliklərin onluğuna daxildir və 2015-ci ildə “Travellers Choice” mükafatına layiq görülüb. Ağ qumları və büllur kimi suyu yüksək ekologiya standartlara cavab verir, təhlükəsizliyi və infrastrukturu çimərliyin əsas fərqləndirici cəhətləridir. Nağıllarda təsvir edilən mənzərələri xatırladan çimərlik sadalanan keyfiyyətlərinə görə Mavi bayraq alıb. Ondan başqa Dominikanda daha 130 çimərlik beynəlxalq mükafatlara layiq görülüb və YUNESKO tərəfindən yüksək qiymətləndirilib. Kayt çimərliyi isə bu yaxınlarda fəal istirahət ekspertlərinin versiyası üzrə ən yaxşı çimərlik reytinqində dördüncü yeri tutub.
Qeyd edək ki, Hadisənin "Yaz günü" klipi də Dominikan Respublikasında çəkilib.
2-ci səbəb: Yeni dünyanın birinci küçəsində gəzməyə dəyər
Santo-Dominqoda Qərb yarımkürəsində Avropa sivilizasiyasının beşiyi və Amerikada ilk rəsmi şəhər sayılır. Bu şəhər müstəmləkə dövrünün ruhunu hiss etmək üçün yer üzərində ən yaxşı yerdir. Köhnə şəhərin müstəmləkə arxitekturası çox yaxşı qorunub saxlanılıb. Paytaxtın əsas görməli yerlərini ziyarət etmək üçün bir gün bəs etmir. Odur ki, 2 gününüzü tələsmədən həm ilk universiteti, həm ilk Kafedralı və əlbəttə ki, Kristofor Kolumun oğlu Diyeqo Kolumbun sarayını ziyarət etməyə ayırın. Avropanın adlı-sanlı ailələrinin nümayəndələrinin şərəfinə verilmiş Las Damas küçəsi də burada yerləşir.
3-cü səbəb: Dominikan respublikasının hər küncü selfie üçün idealdır
Çoxsaylı dəniz parklarında sizi təkcə gülərüz yerli sakinlər deyil, həm də zərərsiz köpək balıqları qarşılayacaq. Xüsusilə dəniz ulduzu ilə xatirə şəkli sizdə həmişə xoş hiss oyadacaq.
4-cü səbəb: Merenqe və baçatu oynamaq
Dominikanlar həyatdan zövq almağı yaxşı bilir. Onlar kasıb yaşayır, eyni zamanda özünü çox xoşbəxt hiss edir. Dominikanlar milli mahnılarını o qədər ürəkdən və şadlayanalıqla oxuyurlar ki, səslərindəki həyat sevinci dərhal hiss olunur. Dominikanların milli rəqsləri isə sadəcə turistləri əyləndirmək üçün vasitə deyil, bu, onların həyat tərzidir. Məsələn, oynaq ritmləri eşitsəniz, dərhal ətrafınıza nəzər salın, onda siz mütləq haradasa yaxınlıqda rəqs edən yerli sakinləri görəcəksiniz. Dayanıb boş-boş baxmaq əvəzinə siz də rəqs edənlərə qoşulun, onlar sizi böyük məmnuniyyətlə öz aralarına qəbul edəcək! Yeri gəlmişkən, şənlənmək və sonsuz həyat eşqi dominikanların milli xarakterinin ayrılmaz hissəsidir. Ümumiyyətlə, onlar çox vətənpərvərdir və öz ölkələri haqqında xüsusi ehtirasla danışmağı sevirlər.
5-ci səbəb: Kit balıqlarının kəbin oyunundan zövq alın
Yanvardan martadək Dominikanın şimal-qərbində yerləşən Samana yarımadası ən iri məməli dəniz heyvanı - kit balıqlarının ziyarət məkanına çevrilir. Belə ki, həmin ərəfədə balıqlar eyni adlı körfəzin isti sularında nəslini artırır. Vəhşi təbiətin əzəmətindən yorulmayan hər kəs üçün mütləq izlənməli heyrətamiz mənzərədir.
6-cı səbəb: Yerli siqar, qəhvə və rom...
Hamımız yaxşı bilirik ki, qəhvə, siqaret və spritli içkilər səhhətimiz üçün ziyandır. Amma Dominikan respublikasının yerli sakinləri onlarla fəxr edir, həm də böyük həcmdə dünyaya ixrac edir. Qiymətləri də olduqca ürəkaçandır. Odur ki, Dominikana gəlib yerli siqarın və romun dadına baxmadan getmək bağışlanmaz səhv olardı. Dominikan siqarları ixrac sayına görə dünyada birinci ölkədir. Elitar məhsulun istehsal xüsusiyyətləri ilə istənilən yerli tütün fabriklərinin birində tanış olmağa icazə verilir. Məsələn, “La Flor Dominicana”-da sizə bütün mərhələləri göstərəcəklər: becərilməsindən tutmuş bükülməsinə qədər. Bu ekskursiya kişilərin lap ürəyincə olacaq.
Qəhvə və rom da dominikanların qürur mənbəyidir. Dominikanda istehsal olunan ən məşhur rom markaları bunlardır: Bermudes, Bruqali və Barselo. Barlarda isə romdan çox dadlı kokteyllər hazırlayırlar. Ən yaxşısı - koko lokodur. Onu əsl kokos qabında verirlər, pino-koladanı isə ananasda hazırlayırlar.
7-ci səbəb: Akvalanqla Kapitan Kiddin gəmisinə tərəf üzün
1699-ci ildə sulara qərq olmuş əsl pirat gəmisi - “Kvedaq Merçant” 2007-ci ildə Katalin adalarından cəmi 20 metr aralıda akvalanqlar tərəfindən tapılıb. O, dənizin 3 metr dərinliyində yerləşir, odur ki, qorxmağa dəyməz, oraya hətta dayvinqə yeni başlayanlar da razahtlıqla üzə və onu öz gözləri ilə görə bilərlər.
8-ci səbəb: Kəhrəba daşı
Əgər Dominikanda kişilər üçün siqar və rom fabriklərini gəzmək xüsusilə maraqlıdırsa, qadınlar üçün bu məşğuliyyəti təbii daş-qaş mağazaları əvəz edəcək. Nadir bəzək əşyaları kolleksiyası toplayanlar burada kəhrəba daşından düzəldilən hər zövqə uyğun aksessuar tapa biləcək. Dominikanlar təkcə sarı kəhrəbası ilə deyil, mavi kəhrəbası ilə də öyünür. Təbii və ucuz mavi kəhrəbanı yalnız Dominikanda əldə etmək olar.
9-cu səbəb: Dalğanı tut
Kabereta təkcə Dominikanın deyil, həm də Karib hövzəsinin sörfinq və kaytsörfinq paytaxtı sayılır. Təzələr üçün əla məktəb, bilicilər üçünsə yüksək dalğalar deməkdir.
10-cü səbəb: Gülməli qiymətlər
Dominikanda yalnız qəhvə və rom ucuz deyil, yeməklərin qiymətləri də sizi təəccübləndirə bilər. Məsələn, dəniz ilbizinin qiyməti onun üzərinə sıxılan limonun dəyərindən daha ucuzdur. Yeri gəlmişkən, ispanca bir neçə kəlmə, gözəl təbəssüm və bir neçə yerli xüsusiyyətlərini sadalamaqla siz füsunkar ölkədə istirahət xərclərinizi xeyli azalda bilərsiniz.
11-ci səbəb: Ləziz dəniz məhsulları
Təzə dəniz məhsullarının bolluğu, şirin ananas və manqo, papaya və yaşıl banan, qızardılmış klyar və quakamole sizə gözəl bədən quruluşu haqqında bütün xəyalları unutduracaq. Hindqozu südü və yaşıl bananlarla qızardılmış balıq ağzınızda əriyəcək.
“La Bandera Dominicana” (Dominikan bayrağı) - yerli yeməklərin ən populyarıdır. Onun tərkibinə ağ düyü, buğda bişirilmiş qırmızı lobya, buğda bişirilmiş toyuq (donuz əti, mal) daxildir. Yemək, bir qayda olaraq, salatla və ya qızardılmış xırçıldayan bananlarla verilir.
Ümumiyyətlə, ekzotik meyvələrlə dəniz məhsullarının məftunedici ətir və dadlarını təsvir etməyə çalışmaq faydasızdır. Bunun üçün Dominika getmək və onların dadına baxmaq lazımdır.
12-ci səbəb: Milyarderlərin sevimli oyunu
Ən yaxşı qolf-dizaynerlər və memarları Dominikanda tapmaq olar. Qolf oynamaq üçün nadir imkanlar il boyu bütün dünyanın qolf həvəskarlarını buraya cəlb edir. Heç kimə sirr deyil ki, qolf elitar təbəqənin sevimli oyunudur. Milyarderlər buraya həm təbiətdən, həm də oyundan zövq almaq üçün gəlir.
13-cü səbəb: Maykl Cekson və Liza Mariya Preslinin sevgi andını içdiyi kilsə
Sözügedən kilsə Altos-de-Çavonda adlı orta əsr şəhərciyində yerləşir. “Paramount” kinostudiyasının səxavətli təsisçisi Çarlz Bladorn onu dizaynla maraqlanan qızına hədiyyə edib. İndi burada Nyu-York Parsons filialı, amfiteatr, gözəl qalereyalar, yerli dizaynerlərin mağazalar və əlbəttə ki, Çavon çayının ovsunlayıcı mənzərələrini görə bilərsiniz
14-cü səbəb: Puerto-Platada kanat yolu
İzabel-de Torres dağının zirvəsində endemik bitkilərin yetişdiyi nəbatat bağı yerləşir və İsa heykəli ucalır. Oaraya ancaq kanat yolu ilə getmçək olar. Kanat yolu turistləri Dominikan Respublikasına yenidən vurulmağa məcbur edəcək və sonsuzadək unudulmayan təəssüratlar bəxş edəcək.
Aytən
-
Hadisə09:42
Azərbaycanın Əməkdar məşqçisi öldü - FOTO
-
Səhiyyə09:00
Əhalini SEVİNDİRƏCƏK XƏBƏR: Bu məhsulu pulsuz alacağıq - VİDEO
-
MDB08:24
Rusiyada DƏHŞƏTLİ QƏTL: körpə bacılarını öldürüb parka getdi
-
İdman07:47
Ronaldonun keçmiş evi satışa çıxarıldı - VİDEO
-
Magazin207:30
Hande Erçel: "Çox yaxında şad xəbər verəcəyəm"
-
İKT06:16
"X"ə yaşıl işıq yandırıldı, Maska TAPŞIRIQ VERİLDİ
-
İKT04:44
Durov "Telegram"dakı növbəti yenilikləri ELAN ETDİ
-
Magazin203:23
Bir reklam postunu 1 milyona paylaşır - FOTO