Dünya
İki ölkə nüvə müharibəsinin astanasında – VİDEO
Pakistanın müdafiə naziri Xavaca Məhəmməd Asif Hindistanı nüvə silahı ilə məhv etməklə hədələyib.
Publika.az xəbər verir ki, bu haqda Britaniyanın “Daily mail” nəşri bildirib.
“Əgər Hindistan müharibəni bizim boynumuza qoymağa cürət edərsə, biz onu məhv edəcəyik. Pakistan ordusu Hindistan tərəfindən ediləcək istənilən hücuma cavab verməyə tamamilə hazırdır”, - Pakistanın müdafiə naziri bildirib.
Onun bu bəyanatı Pakistan-Hindistan sərhədində baş verən son hadisədən sonra verilib. Pakistan Hindistan əsgərlərini ötən gün sərhəddə atəş açmaqda ittiham edib. Atəş nəticəsində mübahisəli Kəşmir regionunda iki Pakistan əsgəri həlak olub. Pakistanlılar Hindistana artilleriya atəşi ilə cavab veriblər.
İslamabad Hindistanı açıq təcavüzdə ittiham edib. Hindistan sərhəd zolağının 10 kilometr dərinliyində olan bütün əhalinin təxliyəsinə başlayıb.
İki nüvə ölkəsi yeni müharibənin astanasına gəldiyi barədə fikirlər səslənir. “Daily mail” nəşri qeyd edir ki, ölkələrin arasında yeni müharibənin başlana biləcəyi barədə qorxuları artır.
Ömər Dağlı
-
Qoroskop01:20Günün ulduz falı: daxili səsiniz sizə ən doğru yolu göstərəcək
-
ABŞ6 Noyabr 23:05Heç kim bunu demək istəmir, amma... - Tramp İranın nüvə planından danışdı
-
Rəsmi xronika6 Noyabr 19:40Prezidentin Cəbrayıl və Zəngilan səfərindən görüntülər
-
Kriminal6 Noyabr 19:00Tərtərdəki dəhşətli qətlin detalları məlum oldu
-
Nida Xəbər 6 Noyabr 18:50İndiyədək qadınlara verilirdi: kişilər də yararlanacaq - Azərbaycanda yeni qayda
-
Rəsmi xronika6 Noyabr 16:06Cəbrayılın Soltanlı kəndinin birinci mərhələsinin açılışı oldu - FOTO / YENİLƏNDİ
-
Region6 Noyabr 11:42Kremldə müzakirə edilib: Rusiya İrana qaz kəməri çəkir
-
Dünya6 Noyabr 10:24Türkiyəyə qarşı cəbhə: İsrail, Yunanıstan və Cənubi Kiprin Afina görüşünün detalları














.jpg)

















.jpg)
