Dünya
Sarkisyanın yaxın ətrafı yeni partiya yaradır – Putinin İrəvan üçün yeni SSENARİSİ
Ermənistanda prezident aparatının sədr müavini Viktor
Dallakyan vəzifəsindən istefa verib.
Publika.az Ermənistan mediasına istinadən xəbər verir ki,
Dallakyan istefasının şəxsi qərarı əsasında olduğunu bildirib.
V. Dallakyanın yeni partiya yaradacağı haqda məlumatlar var. Onun
“aktiv siyasətə qoşulacam” deməsi də bunu deməyə əsas verir.
Dallakyan vaxtilə müxalifətdə olan “Ədalət” partiyasının sədri
olub. Sonra o, hakim Respublika Partiyasına keçib və parlamentin
deputatı olub. Daha sonra yüksək postda təmsil olunub.
Onun hakim partiyadan istefa verərək “İnkişaf naminə dönüş” adlı
yeni partiya yaradacağı deyilirdi.
Dallakyanın vəzifəsindən istefa verməsi və “aktiv siyasətlə” məşğul
olacağını deməsi bu məlumatları doğrulayır.
Yeni yaranacaq partiya Rusiya tərəfindən maliyyələşəcək.
Məlumatlara görə, partiyaya informasiya dəstəyi vermək üçün
“politinfo.am” saytı yaradılacaq. Sayt yaxın günlərdə fəaliyyətə
başlayacaq.
Ən maraqlı məqam isə keçmiş müdafiə naziri Seyran Ohanyanın
Dallakyanın partiyasına sədrlik etməsi haqda deyilənlərdir.
Məlumatlara görə, Dallakyan Ohanyana belə bir təklif verib.
Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) baş katib
getməkdən imtina edən Ohanyanın bu təklifi qəbul etdiyi
deyilir.
Kulislərdə gəzən söhbətlərə görə, Sarkisyanın vəzifədən çıxardığı
şəxslər Ohanyanın liderliyi altında birləşirlər.
Rusiyanın Ermənistanda Sarkisyana müxalif olan partiyaya dəstək
verməsi də suallar yaradır.
“Lragir” saytı yazır ki, Putin Ermənistan siyasətini yeniləyir.
Hansı ki, aprel müharibəsindən sonra Ermənistandakı proseslər
Kremlin ürəyincə olmadı.
“Ermənistan Rusiyanın forpostu rolunu oynayır. Lakin görünür Kreml
əlavə variantlar da hazırlayır. Əgər hakimiyyət yanlış yol tutarsa,
onun yerinə gələ biləcək güc də Putinin əlində olmalıdır”, - deyə
sayt qeyd edib.
Asif
-
İdman06:46Maradonanın həkimindən şok açıqlama: Ölümündən əvvəl nə edib?
-
ABŞ02:19Qrenlandiya ilə bağlı böyük razılaşma: ABŞ-a geniş səlahiyyətlər verildi
-
Qoroskop01:40Günün ulduz falı: səbirsizliyiniz pik həddə çatacaq
-
Hadisə18 Sentyabr 21:26Sumqayıtda dəhşətli qəza: 4 yaşlı uşaq öldü
-
Magazin118 Sentyabr 20:36Əməkdar artist vəfat etdi - Yeniləndi
-
Kriminal18 Sentyabr 18:50Adnan Əhmədzadə 1 ildir içəridədir - Nələr baş verdi?
-
Nəqliyyat18 Sentyabr 18:20Bakıda axşam tıxacı: 27 yol keçilməz oldu - Siyahı
-
Magazin118 Sentyabr 15:28Elçin Cəfərov Tacir Şahmalıoğlu barədə paylaşım etdi - FOTO







.jpg)


.jpg)


















.jpg)



