Dünya
“Əgər Hələb itirilərsə...” – Vaşinqtonda Suriya “müharibəsi”
ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (CİA) Suriya müxalifətinə silah çatdırılması barədə təklifi prezidenti Barak Obama administrasiyasında şübhə ilə qarşılanır.
Publika.az xəbər verir ki, bu haqda “The Washington Post” nəşri yazıb.
Nəşrin məlumatına görə, sözügedən məsələ dövlət başçısının milli təhlükəsizlik komandası ilə bu yaxınlarda keçirdiyi görüşündə müzakirə edilib. Amma təklif nə rədd, nə də qəbul edilib.
“The Washington Post” qeyd edir ki, loyal müxalifətin silahlandırılması və onlara hərbi təlim keçirilməsi Suriya prezidenti Bəşər Əsədə təzyiq göstərməyə və onu postundan getməyə məcbur edən strategiyanın mərkəzi elementidir. “Amma Amerika məmurları bu təklifə şübhə ilə yanaşırlar. Onların fikrincə, plan müvəffəqiyyət qazanmayacaq”, - qəzet yazıb.
Təşəbbüsün tənqidçiləri həmçinin bildirirlər ki, müxalifətin silahlandırılması zorakılığı genişləndirəcək. Bundan başqa, Rusiya hərbçiləri həlak ola və bu Moskvanı qarşıdurmaya təhrik edə bilər.
Müxalifətin silahlandırılmasının tərəfdarları isə qeyd edirlər ki, əgər Hələb itirilərsə, ABŞ tərəfindən dəstəklənilən müxalifət daha etibarlı müttəfiqləri axtarmağa başlayacaq. Onlar hesab edir ki, nəticədə regionda Birləşmiş Ştatların imici pisləşə bilər.
Təşəbbüsü xüsusi halda CİA-nın direktoru Con Brennan və müdafiə naziri Eşton Karter dəstəkləyir. Vəziyyətlə tanış mənbələr iddia edirlər ki, Barak Obama açıq hərbi gücdən istifadənin əleyhinədir, amma bütün variantlara baxılır.
Ömər Dağlı
-
Sağlamlıq07:35Kosmosdan çəkilən fotolar həqiqəti üzə çıxardı - Yerin rəngi dəyişdi, psixologiyamız pozulur
-
Dünya06:16“Qiyamət günü” bu ölkələr məhv olmayacaq
-
Magazin205:45Gözəllik müsabiqəsinin qalibi 22 yaşında vəfat etdi - Foto
-
ABŞ00:45Tramp İranla müharibənin nə vaxt bitəcəyini açıqladı
-
Qoroskop00:27Günün ulduz falı: böyük bir mübahisənin qarşısını alacaqsız
-
Hadisə9 Sentyabr 20:48Şəkidə tros qırılmayıbmış: Faciənin əsl səbəbi - Video
-
Nida Xəbər 9 Sentyabr 20:12Gömrükdən keçirilən malların və avtomobillərin bəyan edilməsi qaydaları dəyişdirildi
-
Hadisə9 Sentyabr 18:10Toyda kütləvi zəhərlənmənin səbəbi açıqlandı






.jpg)















.jpg)





.png)





