Dünya
Əsəd ABŞ qarşısında geri çəkilir
Suriyanın şimalında “terror dəhlizi” yaratmağı planlaşdıran ABŞ Şimali İraqda Məsud Bərzani nümunəsinin yaşanmaması üçün Dəməşq ilə danışıqları sürəıtləndirib.
Publika.az “Yeni Şəfəq” nəşrinə istinadən xəbər verir ki, BMT-nin hesabatlarına da daxil edilən kimyəvi hücumlar ABŞ tərəfindən şantaj vasitəsinə çevrilir.
ABŞ-ın İŞİD-lə mübarizə üzrə beynəlxalq koalisiyadakı xüsusi nümayəndəsi Bret Makqurk “PYD-nin muxtariyyət tanıyın, əks halda kimyəvi fayllar açılacaq” şəklində Suriya hakimiyyətini təhdib edib. Suriyanın Kimyəvi Silahlar üzrə İdarənin keçmiş başçısı, general Zahir Sakitin sözlərinə görə, BMT-nin hesabatlarının da daxil edildiyi 37 kimyəvi fayl hazırda ABŞ-ın əlindədir. O, kimyəvi bombaların Hələb, Dəməşq, Xüms, İdlip və Dera kimi bölgələrdə müxalifət güclərinə qarşı istifadə edildiyini söyləyib.
2018-ci il yanvarın 18-də PYD-nin işğal etdiyi bölgələrdə referendum keçiriləcək. Bu hadisə öncəsi ABŞ və Suriya arasında artan görüşlərin gündəm maddəsi Suriyada qurulacaq federal bölgələrin Dəməşq tərəfindən tanınmasıdır.
Suriya kəşfiyyatının bir nömrəli adamı sayılan Əli Mehdi ilə Bret Makqurk arasında Hasekedə keçirilən görüşdən sonra Dəməşq tərəfindən verilən açıqlamada PYD muxtariyyətinin tanımağa hazır olduqları bildirildi. Açıqlamada deyilir ki, PYD bunun qarşılığında Rakka və Deyr-ez-Zorda ələ keçirdiyi bölgələrdən çəkilməlidir.
“Yeni Şəfəq” nəşrinin yazdığına görə, Bəşər Əsəd və PYD (PKK-nın Suriya qanadı hesab edilir –red.) vətəndaş müharibəsi ərzində açıq və gizli şəkildə əməkdaşlıq edib. Tərəflər arasında neft yataqlarının bölüşdürülməsi ilə bağlı da razılaşmanın təmin edildiyi bildirilir. Bundan başqa, PYD-nin nəzarətində olan bölgələrdə bütün maaşlar Suriya hakimiyyəti tərəfindən ödənilir.
Qeyd edək ki, Suriya kürdləri 2016-cı ilin martında onların silahlı dəstələrinin nəzarəti altında olan üç kantondan ibarət “Şimali Suriya Federasiyası”nın (Rojava) yaradıldığını elan edib. Dəməşq kürd regionunun yaradılmasını tanımayıb.
Ömər Dağlı
-
Sağlamlıq09:37Ürək sağlamlığı üçün 1 nömrəli qəlyanaltı
-
MDB09:19Rusiyada "Wildberries"in əsas obyektləri vuruldu - 7 ölü, 24 yaralı var
-
Hadisə08:55Xırdalanda binada yanğın - Yeniləndi
-
MDB08:24Rusiyaya alverə gedən azərbaycanlılara xəbərdarlıq
-
ABŞ08:00ABŞ İrana qarşı yeddinci gecə hücumlarını başa çatdırdı - Yeniləndi
-
Magazin107:15"İstirahət burnumuzdan gəldi" - Ayan xoşagəlməz hadisə ilə üzləşdi
-
ABŞ05:45ABŞ İsrailə yanacaqdaşıyan təyyarələr göndərdi - Nəyə hazırlıq gedir?
-
Qoroskop02:44Günün ulduz falı: Qızıl ortanı tapmaq çətin olacaq







.jpg)




.jpg)
.jpg)


















