Dünya
Bu ölkə yenidən qaranlığa qərq oldu
Kubanın milli elektrik şəbəkəsində növbəti dəfə tammiqyaslı qəza baş verib.
Publika.az xəbər verir ki, bu barədə Kubanın Energetika və Mədən Nazirliyi məlumat yayıb.
Nazirlik “X” sosial şəbəkəsində ölkə üzrə elektrik enerjisinin tamamilə kəsildiyini və bərpa protokollarının tətbiq olunduğunu bildirib.
Məlumata görə, qəza ölkənin mərkəzi hissəsində yüksək gərginlikli ötürücü şəbəkədə baş verən nasazlıq nəticəsində qeydə alınıb.
Hazırda elektrik enerjisinin bərpası mərhələli şəkildə davam etdirilir. Bərpa işləri çərçivəsində bir sıra generasiya qurğuları yenidən işə salınıb. İlk növbədə xəstəxanalar, rabitə mərkəzləri və su nasos stansiyalarının enerji ilə təmin olunmasına başlanılıb.
İlkin məlumatlara əsasən, paytaxt Havanada abonentlərin yalnız 18,2 faizinin elektrik təchizatı bərpa edilib. Bərpa prosesinin ölkənin qərb hissəsindən mərkəzə, daha sonra isə şərqə doğru aparıldığı bildirilir.
Qeyd edək ki, Kubanın elektrik şəbəkəsi sonuncu dəfə iyul ayında tamamilə sıradan çıxıb. Həmin vaxt 10 gündən az müddətdə üç belə hal qeydə alınıb və ölkənin böyük hissəsi uzun müddət elektriksiz qalıb.
-
Kriminal08:30Bakıda 17 yaşlı oğlan anasına 12 bıçaq zərbəsi vurdu
-
İdman06:46Maradonanın həkimindən şok açıqlama: Ölümündən əvvəl nə edib?
-
ABŞ02:19Qrenlandiya ilə bağlı böyük razılaşma: ABŞ-a geniş səlahiyyətlər verildi
-
Qoroskop01:40Günün ulduz falı: səbirsizliyiniz pik həddə çatacaq
-
Hadisə18 Sentyabr 21:26Sumqayıtda dəhşətli qəza: 4 yaşlı uşaq öldü
-
Magazin118 Sentyabr 20:36Əməkdar artist vəfat etdi - Yeniləndi
-
Kriminal18 Sentyabr 18:50Adnan Əhmədzadə 1 ildir içəridədir - Nələr baş verdi?
-
Nəqliyyat18 Sentyabr 18:20Bakıda axşam tıxacı: 27 yol keçilməz oldu - Siyahı








.jpg)






















.jpg)



