Dünya
Sarkisyan Rusiyadan aldığı 100 milyonluq silahdan danışdı
Moskva yaxın vaxtlarda İrəvanla qüvvədə olan müqavilə çərçivəsində silah partiyasını Ermənistana çatdıracaq.
Publika.az xəbər verir ki, bu haqda Ermənistan prezidenti Serj Sarkisyan “RİA-Novosti” agentliyinə bildirib.
Onun sözlərinə görə, 100 milyon dollarlıq yeni kredit razılaşmasının reallaşdırılması bütün dövlətlərarası uyğunlaşdırmaların tamamlanmasından sonra başlanacaq.
“Bu ilin sonuna kimi əvvəlki müqaviləni reallaşdıracağıq. Bu günlərdə yeni çatdırmaları gözləyirik”, - Sarkisyan deyib.
Qeyd edək ki, Ermənistan hökumətinin oktyabrın 12-də bəyəndiyi razılaşmanın layihəsinə əsasən, Rusiya hərbi təyinatlı məhsulların çatdırılmasının maliyyələşdirilməsi üçün 100 milyon dollar dövlət ixracat krediti verəcək. Ermənistan kreditdən 2018-2022-ci illərdə istifadə etməlidir. Kredit 20 il müddətinə verilir. Bu müddətin 5 ilinin illik 3 faiz dərəcəsi ilə güzəştli olması nəzərdə tutulub. Kredit razılaşmasına əsasən, Ermənistan Müdafiə Nazirliyi və Rusiyanın “Rosoboroneksport” Açıq Səhmdar Cəmiyyəti arasında ayrı müqavilələr bağlanacaq, silahların və hərbi texnikanın çatdırılmasının müddətləri uyğunlaşdırılacaq.
Xatırladaq ki, 2015-ci ildə Moskva Ermənistana silahların və hərbi texnikanın alınması üçün 10 illik müddətə 200 milyon dollar kredit verib.
Ömər Dağlı
-
MDB10:45Rusiyada qadağa: Axşam heç kim çölə çıxa bilməyəcək - İlginc səbəb
-
Sosial10:03Məhsul var, qazanc yox: Fermer üçün çıxış yolu nədir?
-
ABŞ09:27Onun adı Trampın görüş siyahısına daxil edilmədi
-
Kriminal08:30Bakıda 17 yaşlı oğlan anasına 12 bıçaq zərbəsi vurdu
-
İdman06:46Maradonanın həkimindən şok açıqlama: Ölümündən əvvəl nə edib?
-
ABŞ02:19Qrenlandiya ilə bağlı böyük razılaşma: ABŞ-a geniş səlahiyyətlər verildi
-
Qoroskop01:40Günün ulduz falı: səbirsizliyiniz pik həddə çatacaq
-
Hadisə18 Sentyabr 21:26Sumqayıtda dəhşətli qəza: 4 yaşlı uşaq öldü





























.jpg)



