Dünya
Yüzlərlə İŞİD terrorçusu Türkiyəyə göndərilib - ABŞ kəşfiyyatının ŞOK PLANI
Türkiyə təhlükəsizlik güclərinin peşəkar fəaliyyəti nəticəsində İŞİD terror qruplaşmasının ölkə ərazisində fəaliyyəti tamamilə məhdudlaşdırılıb.
Publika.az Türkiyə KİV-inə istinadən xəbər verir ki, Türkiyə Milli İstihbarat Təşkilatının (MİT) əldə etdiyi kəşfiyyat məlumatları İŞİD-in ölkə ərazisində terror aktları törətməsinin qarşısının alınmasında mühüm rol oynayıb.
Məlumata görə, ABŞ-ın Türkiyədəki keçmiş səfiri Con Bassın bəyanatı bu baxımdan, həqiqəti əks etdirmir. Əksinə, ABŞ kəşfiyyatı 2016-cı il 15 iyul dövlət çevrilişinə cəhddən sonra ölkədə qarışıqlıq yaratqmaq üçün yüzlərlə İŞİD terrorçusunun Türkiyəyə daxil olmasına kömək edib.
Bildirilir ki, ABŞ kəşfiyyatı Türkiyəyə göndərdiyi İŞİD terrorçularının koordinasiya edilməsini Şimali Avropada yerləşən ölkələrdən birinin kəşfiyyatına həvalə edib və bununla da maskalanmağa çalışıb.
Xatırladaq ki, ABŞ və Türkiyə arasında viza böhranının əsas səbəbkarlarından biri kimi göstərilən ABŞ-ın Türkiyədəki səfiri Con Bass Ankaradan getməzdən əvvəl - oktyabrın 11-də İŞİD terror təşkilatı ilə bağlı qalmaqallı bəyanat vermişdi. Amerikalı diplomat 9 aydan çoxdur ki, İŞİD terror təşkilatının Türkiyədə terror aktları törətməməsini qabartmışdı.
O bildirmişdi ki, İŞİD-in son 9 ayda Türkiyəyə qarşı ciddi bir hücum həyata keçirməməsinin səbəbi heç də terror təşkilatının bundan vaz keçməsi ilə bağlı deyil. Səfirin sözlərinə görə, İŞİD-in Türkiyədə terror aktları törətməməsinin səbəbi iki ölkənin əməkdaşlığının nəticəsidir. Diplomat bununla da İŞİD-in iplərinin ABŞ-ın əlində olduğunu etiraf etmişdi.
Ömər Dağlı
-
MDB10:45Rusiyada qadağa: Axşam heç kim çölə çıxa bilməyəcək - İlginc səbəb
-
Sosial10:03Məhsul var, qazanc yox: Fermer üçün çıxış yolu nədir?
-
ABŞ09:27Onun adı Trampın görüş siyahısına daxil edilmədi
-
Kriminal08:30Bakıda 17 yaşlı oğlan anasına 12 bıçaq zərbəsi vurdu
-
İdman06:46Maradonanın həkimindən şok açıqlama: Ölümündən əvvəl nə edib?
-
ABŞ02:19Qrenlandiya ilə bağlı böyük razılaşma: ABŞ-a geniş səlahiyyətlər verildi
-
Qoroskop01:40Günün ulduz falı: səbirsizliyiniz pik həddə çatacaq
-
Hadisə18 Sentyabr 21:26Sumqayıtda dəhşətli qəza: 4 yaşlı uşaq öldü





























.jpg)



