Dünya
Dünyanın ən təhlükəli əsgərlərindən MƏHVEDİCİ ZƏRBƏ - “Mehmetcik”in müharibə planının DETALLARI - VİDEO
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın “ordu qurduğunu hesab edənlər, bir həftə keçmədən necə darmadağın edəcəyimizi görəcəklər” sözləri ilə anonsunu verdiyi Afrin əməliyyatının detalları məlum olub.
Publika.az “Sabah” nəşrinə istinadən xəbər verir ki, Türkiyə ordusu Afrinı tamamilə müşahidə edə bilən 4 strateji nöqtədə yerləşdirilib.
Beləliklə, Afrin cənubdan mühasirəyə alınıb. “Fərat Qalxanı” əməliyyat bölgəsində yerləşən Türkiyə Silahlı Qüvvələrinin bölmələri və Türkiyə tərəfindən dəstəklənən müxalifət gücləri hazırlıqlarını başa çatdırıblar. Terrorçular cənubla yanaşı, “Fərat Qalxanı” bölgəsindən - şərq istiqamətindən mühasirəyə alınıb. Azez, Mare və Əl-Babda yerləşən türk tanklarının lülələri Afrinə tuşlanıb.
Sərhədin Reyhanlıdan Kilisə qədər olan 100 kilometrlik ərazidə yerləşdirilən hərbi bölmələri yüksək hazırlıq vəziyyətinə gətirilib.
Məlumata görə, Türkiyə Silahlı qüvvələri və kəşfiyyat qurumları Afrində aylar əvvəl əldə etdiyi məlumatlar əsasında xəritələr hazırlayıb. YPG və “Suriya Demokratik Gücləri” (SDG) terror təşkilatlarının, xüsusilə Afrinin şərqində - Kilis sərhədindəki Bursa dağında yerləşdirildiyi müəyyən edilib. YPG-nin mövqeləri, tunellər, keçid marşrutları, mağara və sığınacaqları, silah-sursat anbarları, döyüşçülərin sayı və təlim düşərgələri nəzərə alınaraq əhatəli hücum əməliyyatı planı hazırlanıb. Koordinatları müəyyən edilən mövqelər və strateji obyektlər tək-tək məhv ediləcək.
Plana görə, xüsusi təyinatlı qüvvələrin (“Bordo Beretlilər”, sualtı hücum (SAT) və sualtı müdafiə (SAS) – red.) hərəkətə keçməsi ilə əməliyyat başlanacaq. Dünyanın ən yaxşı xüsusi təyinatlı qüvvələrdən olan “Bordo Beretlilər”, həmçinin yaradıldığı 1960-ci illərdə “dünyanın ən təhlükəli əsgərləri” adlandırılan SAT/SAS birlikləri ilə terrorçulara ağır zərbələrin endirilməsi planlaşdırılır.
İdlib-Afrin sərhəd xəttində yerləşən 4 müşahidə nöqtəsindəki qüvvələrlə “Fərat Qalxanı” bölgəsindəki zirehli qoşun bölmələri eyni vaxtda hücuma keçəcək.
Ömər Dağlı
-
Sosial18:00"Azərişıq"da kadr dəyişikliyi
-
Magazin117:24Boşanma xəbərlərindən sonra ilk dəfə bir araya gəldilər - FOTO
-
İKT16:36Ən təhlükəli brauzerlərin adı açıqlandı
-
ABŞ15:25Zelenski gələn həftə Trampla görüşəcək
-
Yaxın Şərq15:18İki həftəlik müharibə ABŞ ordusuna nə qədər ziyan vurdu? - İran 20 milyard deyir
-
Avropa13:16Xəbərdarlıq: Güclü leysan yağışları, ildırım, dolu və saatda 90 kilometrə çatan külək...
-
Magazin212:48Aktrisanın çimərlik görüntüləri müzakirələrə səbəb oldu - FOTO
-
Ekologiya12:36Sabah 40 dərəcə isti olacaq - HAVA PROQNOZU

































