Dünya
İlk zərbə ilə düşmənin həyat damarları kəsiləcək – ƏMƏLİYYAT PLANI
Türkiyə Silahlı Qüvvələri və Azad Suriya Ordusu PYD-nin (PKK terror təşkilatının Suriya qanadı - red.) işğalında olan Suriyanın Afrin bölgəsini təmizləmək üçün hazırlıqlarını davam etdirir.
Publika.az Türkiyənin “Sabah” nəşrinə istinadən xəbər verir ki, Türkiyənin təlim verdiyi Azad Suriya Ordusunun 20 minlik hərbi gücə Afrin əməliyyatı üçün “hazır olun!” təlimatı verilib.
Məlumata görə, “Fərat Qalxanı” əməliyyatından sonra nizami orduya keçən Azad Suriya Ordusunda 30-ya yaxın alt qrup birləşdirilib. Əməliyyat üçün sərhəd xəttində hərbi texnika və canlı qüvvənin toplanması davam etdirilir. Sərhəddə səhra xəstəxanaları qurulub.
Əməliyyat planına görə, Türkiyə ordusu və Azad Suriya Ordusu Azez, Kel Gibrin və Maredən başlayaraq, PYD/YPG tərəfindən işğal olunmuş bölgələrə irəliləyəcək. Afrin əməliyyatı türk bazalarının olduğu Salvah və Seman bölgələrindən, həmçinin Hatay ilə Kilis arasındakı nəzarət məntəqələrində yerləşdirilən haubitsalar və tank atəşləri ilə dəstəklənəcək.
Əməliyyatın birinci mərhələsində “Mehmetçik” və Azad Suriya Ordusu Tel Rıfat və Minnak hərbi hava bazasını ələ keçirərək Afrində yerləşən terrorçuların həyat damarlarını kəsəcək.
Ömər Dağlı
-
Dünya04:44Ueynrayt hərbi bazasındakı partlayış 4 can aldı - 40 yaxın yaralı var
-
Səhiyyə03:43Qazlı içkilər və fastfud beyni gizli şəkildə belə məhv edir - Araşdırma
-
Dünya01:41Kim Çen Inın lüks yaxtası - Peyk görüntüləri araşdırıldı
-
Qoroskop00:00Günün ULDUZ FALI - Böyük məbləğdə pul daxilolması gözlənilir
-
Magazin118 Oktyabr 22:48Xəyalə Quliyeva övladları ilə - FOTO
-
Avropa18 Oktyabr 22:36Makron iğtişaşlara qarşı tədbir görülməsini tələb etdi
-
Avropa18 Oktyabr 21:48Parisdə iğtişaşlar yenidən alovlandı
-
Magazin218 Oktyabr 21:00Ebru Gündeş səhnəyə həmin 100 min dollarlıq kəmərlə çıxdı - VİDEO





























