• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

Asiyanın ən gözəl qadınları - FOTOLAR

  • Layihə
  • 14 İyul 2015 15:45
  • 4 742 Baxış
Asiyanın ən gözəl qadınları - FOTOLAR

Publika.az Elle.ru-ya istinadən "Şərq çariçası” tituluna iddialı olan tanınmış xanımların siyahısını təqdim edir:

Azərbaycan prezidenti İlham Əliyevin böyük qızı - Leyla Əliyeva təkcə Azərbaycanın deyil, həm də Asiyanın ən gözəl xanımlarından biri kimi tanınır.

Самые красивые азиатки 10

Leyla Əliyeva əkizlərini 2006-ci ildə dünyaya gətirib. Lakin qayğıkeş ana karyerasından imtina etməyib. Əliyeva fəal ictimai fəaliyyətlə məşğul olur. O, Heydər Əliyev Fondunun Rusiya filialının rəhbəri, Moskvada nəşr olunan "Баку" jurnalının baş redaktoru, Rusiya Azərbaycanlı Gənclər Təşkilatının (RAGT) sədri, "Ətraf mühitin mühafizəsi naminə beynəlxalq dialoq" İctimai Birliyinin təsisçisi kimi bir çox işlərin öhdəsindən layiqincə gəlir.

Azərbaycanın stil ikonası olan Leyla Əliyeva həm geyim tərzi, həm gözəlliyi, həm də ciddiliyi ilə fərqlənir. Onun qüsursuz üslubu heç kimin nəzərindən qaçmır. Fəal ictimai fəaliyyətlə məşğul olmaqla bərabər, o, özünəməxsus üslubu ilə seçilir. O, geyim üslubunda şərq motivlərini qərb tendensiyaları ilə uyğunlaşdıraraq, əsl şahzadə obrazı yaradır.

44 yaşlı İordaniya kraliçası Raniyə hər il planetin ən gözəl kral xanımları siyahısına daxil olur. Təəssüf ki, birinci yer uğrunda mübarizədə də Keyt Middlton və Şarlotta Kaziraqi onu mütəmadi olaraq qabaqlayır.

Самые красивые азиатки 2

Raniyə Əl-Abdullah İordaniya kralı II Abdullahın həyat yoldaşıdır. II Abdullah ilk baxışdan vurulduğu zərif və əsgər kimi intizamlı həyat yoldaşına olan məhəbbətini belə izah edir: “Mən bir dəfə ona baxdım və başa düşdüm ki, axtardığım məhz odur, mənə başqa heç kim lazım deyil. Raniyə kral Hüseynin vəfatından, rəsmi üç aylıq matəm bitdikdən sonra kraliça titulunu alır. 29 yaşında kraliça statusu alan gözəl dərhal xalqın sevimlisi olur. Bununla belə tarixdə ancaq öz valehedici görkəmi ilə deyil, həm də təhsil, xeyriyyə və humanitar missiyaları ilə qalmağa qərar verir. Şərq kraliçası haqqında digər maraqlı fakt ondan ibarətdir ki, o, şokolad dəlisi və 4 uşaq anası olmasına baxmayaraq, qüsursuz bədən quruluşuna malikdir.

Raniyənin gözəl qadın olmasına şübhə etmək olmaz, öz təvazökarlığı sayəsində o, dünyada qadınlar arasında hörmət və şöhrət qazana bilib. Buna inanmaq çətindir, lakin kraliça hər gün öz rəsmi saytında internetdə pərəstişkarları ilə ünsiyyətdə olur və onların suallarına nəzakətlə cavab verir. İnadcıl xarakterə malik olan Raniyə Əl-Abdullah gənc yaşlarından işgüzarlığa can atıb. Ailə vəzifələrinin dolğun qrafiki də Raniyəyə İordaniya Fondunun başçısı olmağa mane olmur. 1995-ci ildə təşkil etdiyi bu fond uşaqların və qadınların hüquqlarını qorumaq məqsədi daşıyır.

Qətərin birinci xanımı Şeyx Moza ərəb dünyasının ən nüfuzlu qadınlardan biridir. O, bütün çıxışlarında təmtəraqlı görünür, dünyanın ən gözəl və yaxşı geyinən qadınlarının siyahısına mütəmadi olaraq başçılıq edir. İnanılmaz səslənsə də, 55 yaşlı ledinin 7 övladı var.

Самые красивые азиатки 13

Xanım şeyx Moza 1995-ci ildə Qətər Elm, Təhsil və İctimai İnkişaf Fondunun sədri olub. 1998-ci ildən isə Ərəb Demokratiya Fondunun rəhbəri və Ailə Məsələləri Üzrə Ali Şuranın prezidenti vəzifələrində çalışıb. 2002-ci ildən Ali Təhsil Şurasının vitse-prezidenti, 2003-cü ildə UNESCO-nun xoşməramlı səfiri seçilib. Hazırda o, Veil Kornel Tibb Kollecinin idarə heyətinin üzvüdür.

Şeyx Moza əri Təmim bin Həməd Al Taninin hakimiyyətə gəlişi ilə cəmiyyətdə qadınların vəziyyətini yüngülləşdirən bəzi islahatlar həyata keçirib. Məsələn, qadınlara səsvermə hüququ verilir, həmçinin avtomobil idarə etmək hüququ və geyim seçimi hüququ ələ edirlər.

Ayşvariya Ray iyirmi ildən artıqdır ki, "Dünya gözəli 1994" gözəllik kraliçası adını qoruyub saxlayır. Nüfuzlu titulu Ayşvariya Ray üçün kino karyerasının başlanğıc nöqtəsi oldu. Gözəlin ilk cəhdi uğursuz olsa da, çəkildiyi ikinci “Və onlar bir-birini sevirdilər” filmində aktrisalıq qabiliyyətini göstərə bildi. Beləliklə, Bollivud tənqidçilərinin də rəğbətini qazandı. 2002-ci ildə isə artıq cazibədar hind aktrisa haqqında bütün dünya danışır.

Самые красивые азиатки 1

O, Kann kinofestivalının münsiflər heyətinin üzvü olub, “LOREAL” kosmetika brendi ilə müqavilələr imzalayıb, Hollivudda və nüfuzlu nəşrlərin üz qabığına çəkilib. Bir sözlə, şöhrət qazanıb. Onu hətta Culiya Roberts də dünyanın ən gözəl qadını adlandırır. Ayşvariya Ray ana olandan sonra az qalmışdı ki, gözəllik kraliçası tacını əlindən düşürsün. Amma tənqidlərdən aldığı çəkilərdən xilas olan kimi azad olur. Bir müddət sonra isə 25 kq arıqlayaraq əvvəlki gözəlliyinə qovuşur.

Lü Ven planetin ən uğurlu asiyalı modelidir. O, vaxtilə models.com saytının ən yaxşı modelləri reytinqində altıncı yeri tutub. Ötən il Şərq model biznesində Lü Ven "bələdçi" rolunda çıxış edib. Məsələn, “Estee Lauder” kosmetika brendi və “Victorias Secret” qadın alt paltarı brendinin reklam kampaniyasına çəkilən ilk asiyalı gözəl olub.

Самые красивые азиатки 3

Pekin universitetinin elm və texnika fakültəsinin məzunu Can Çzilin 2007-ci ildə "Dünya Gözəli" titulu alıb. Tarixə də bu titulu qazanan birinci çinli kimi düşüb. Şərq qadınlarının ən miniatür bədən quruluşuna sahib olması təsdiqlənsə də, Can Çzilin müsabiqədə ən hündürboylu iştirakçı idi: Onun boyu 182 sm-dir.

Самые красивые азиатки 4

Can Çzıi əvvəlki gözəlin həmyerlisi və adaşı. Mələk üzlü bu gözəl Asiyanın çox qazanan aktrisalarından biridir. O, “Oğurlanmış pələng, gizlənmiş əjdaha”, “Uçan xəncərlərin evi”, “Geyşaların memuarı” filmlərində çəkilib.

Самые красивые азиатки 5

Frida Pinto dünya şöhrəti qazanmış portuqal əsilli hind aktrisasıdır. 30 yaşlı rəqqasə “Oskar”a layiq "Xarabalıqdan çıxmış milyonçu” filmində baş rola çəkildikdən sonra Cənubi Asiyanın ən gözəl qadınlarının siyahısında Ayşvariya Rayı sıxışdırır.

Самые красивые азиатки 6

Leysan Utyaşeva möhtəşəm teleaparıcı, bədii gimnastika üzrə dünya və Avropa çempionudur. Başqırdıstan sakini olsa da, Rusiya onu özünün qüruru hesab edir. Leysanla ömründə bir dəfə də olsa, ünsiyyətdə olan hər kəs etiraf edir ki, ekran və fotolar onun ecazkar gözəlliyini və zərifliyini layiqincə göstərə bilmir.

Самые красивые азиатки 7

2013-ci ildə "Dünya gözəli" tacı 23 yaşlı Filippin sakini Meqan Yanqa qismət olub. O, vətənində gözəlliyi ilə çox məşhurdur. Hələ müsabiqədə qalib gəlməzdən əvvəl Meqan aktrisa, teleaparıcı və model kimi işləyib.

Самые красивые азиатки 8

Yay Vensiya da mötəbər gözəllik müsabiqəsinin qalibi olub. Çinli qız "Dünya gözəli" tacını 2012-ci ildə qazanıb. Maraqlıdır ki, model karyerası barədə düşünmür, aktrisa olmağı arzulamır. O, musiqi müəllimi olmaq niyyətindədir.

Самые красивые азиатки 9

Formal olaraq Devon Akoi əlbəttə ki, amerikalıdır. Amma əslən yaponiyalıdur. Ekzotik xarici görünüşü, sarsılmaz, özünə əmin olan bu ciddi, sərt xarakterli modelin boyu 165 sm-dir. 90-cı illərin ən çox tələb olunan modellərindən biri idi. O, “Calvin Klein” brendinin reklam çəkilişlərinə çox böyük süni kirpiklər və sarı qaşlarda gəlmişdi. Üstəlik, stilistlərə onun tərzində nəyisə dəyişməyi çox ciddi qadağan etmişdi. Akoi “Günahlar şəhəri” filmində özünü aktrisa kimi də sınayıb.

Самые красивые азиатки 11

Oğlan saçlı xarizmatik yapon modeli Tao Okamato “Elite” agentliyi ilə müqavilə bağlayıb və Emanuel Ungaro və Martin Grant dəfilələrində gurultu oyatmışdı. Bu gün isə gözəl asiyalı modelin dəvət olunmadığı moda evlərinin sayı-hesabı yoxdur. Onlardan bəziləri: “Moschino”, “Ralph Lauren”, “H & M”, “Gap” və “Zac Posen” və s.

Самые красивые азиатки 12

33 yaşlı Klaudia Links iranlıdır. Onu vətənində qeyri-adi gözəlliyinə görə, "İran ilahəsi" adlandırırlar. Əslində isə İranın milli gözəllik rəmzinin adı Şaqayaq Əlizadədir. Onun cazibədar zahiri görkəmi isə istedadlı plastik cərrahların xidmətidir.

Самые красивые азиатки 14

Aytən

Xəbər lenti

DAHA ÇOX XƏBƏR