Bundan sonra ölülər belə dəfn olunacaq – - FOTO/VİDEO
Bizi izləyin

Maraq dünyası

Bundan sonra ölülər belə dəfn olunacaq – - FOTO/VİDEO

Bu günlərdə Böyük Britaniya məhkəməsi 14 yaşlı qızın xərçəng xəstəliyindən ölmüş bədənini dondurmağa icazə verdi.

Bu günlərdə Böyük Britaniya məhkəməsi 14 yaşlı qızın xərçəng xəstəliyindən ölmüş bədənini dondurmağa icazə verdi. Bu hadisə ölülərin dəfn edilməsinin müxtəlif üsullarını növbəti dəfə gündəmə gətirdi.

Publika.az xarici mediaya istinadən ölənlərin dəfn edilməsinin qəribə üsullarının “top-5”liyini təqdim edir.

Güclü şaxta

Britaniyalı yeniyetmə qız avqust ayında xərçəng xəstəliyinin son mərhələdə olduğunu öyrənir. Bədəninin dondurulma üsulu ilə qorunub saxlanması haqqında məhkəməyə müraciət edir. Məktubunda yaşamaq arzusunu, gələcəkdə xəstəliyinin müalicəsi tapılanda oyandırılmağı və şansını yoxlamaq istədiyini yazır. Oktyabr ayında ABŞ-da vəfat edir və Miçiqan ştatındakı Cryonics İnstitutunda dondurularaq mühafizə altında saxlanılır. Keçən həftə məhkəmə qızın tələbini qəbul edir, ancaq o, bu arzusunun gerçəkləşdiyini görə bilmir.

Qızın cəsədi maye azotla doldurulmuş kriostata yerləşdirdirilir və mənfi 196 dərəcəyə qədər soyudulur. Bu tempuratur insan bədənini çürüməyə qoymur. Bu texnologiya krionika adlanır. Dondurularaq dəfn olunmasını istəyənlər alimlərin nə vaxtsa ölənləri həyata qaytarmaq üsulunu tapacağana ümid edirlər.

Amma bu dəfn üsulu olduqca bahadır. “Cryonics Institute” (ABŞ) britaniyalı qızın bədənini 35 min dollara dondurdu. Bu qəribə bazarın lideri hesab edilən “Alcor” şirkəti kriostatda yer üçün təxminən 200 min dollar alır.

“Kriopasient” sözü sağalma imkanı deməkdir, amma bunun real olub-olmadığı böyük sualdır. Müasir krionika o qədər də elmə əsaslanmır. Şaxtanın işlədiyinə dair heç bir zəmanət yoxdur. Bundan başqa, həmişə təhlükə var ki, sınaq “işıqlı gələcək”dən daha sürətlə bitəcək. Şirkətlərin ilk sınaqlarından birində - 1979-cu ildə pul qurtarır və bütün dondurulmuşlar əridilərək dəfn olunur.

Göbələk-adamyeyənlər

63 yaşlı amerikalı Dennis Uayt öz gələcəyini dəqiq bilir. Sağalmaz xəstəliyi çox tezliklə onun beyinini vurmağa başlayacaq, danışıq qabiliyyətinin itirəcək və öləcək. Ölümdən sonra ona xüsusi göbələk sporlarla doldurulan balaxon (geniş uzun xələt) geyindirəcəklər. Uaytın bədəni yerin altında olanda göbələk sporları cücərəcək və onu yeyəcək.

Göbələk balaxonları Stenford Universitetinin əməkdaşları Cey Rim Li və Mayk Manın ixtirasıdır. Bu ixtira ölənlərin dəfninə daha ekoloji yanaşmadır. Onların fikrincə, göbələklər zəhərli maddələri neytrallaşdırır və cəsədlərin konservasiyası üçün tətbiq edilən ağır metallarla torpaq zəhərlənmir.

Dennis Uayt “Coeio” şirkətinin birinci müştərisi olacaq.

Qələvi vannası

1990-cı illərin əvvəllərində Böyük Britaniyada inək quduzluğu geniş yayılmışdı. Təxminən 180 min inək məhv oldu, hakimiyyət daha 4,4 milyon inəyi ehtiyat tədbiri kimi vurmağa qərar verdi. Sendi Salliven adlı şotlandiyalı məhv edilmiş heyvanları isti qələvidə həll etməyi təklif etdi.

İnək quduzluğu təhlükəsi keçəndən sonra Salliven eyni üsulla insanların dəfnini həyata keçirməyə hazırlaşdı. Onun əsasını qoyan “Resomation” şirkəti cəsədlərin həll edilməsi üçün maşınlar buraxır. Bədən xüsusi 160 dərəcəyə qədər qızdırılmış su və kalsium hidroksidin dövr etdiyi rezervuara yerləşdirilir. Üç saat sonra insandan yalnız nazilmiş sümüklər və qəhvəyi şirə qalır.

Ölü heykəllər

Ölənlərin dəfn edilməsinin daha bir üsulu ölü heykəllərdir. İnsan bədəninin sərginin eksponatına çevrilməsi uzun və çox zəhmətli prosesdir. Prosedurlar seriyasının köməyi ilə əvvəlcə qəfəslərdə suyu asetonla əvəz edirlər, sonra isə ultrabənövşəyi işıq və ya istiliyin təsiri altında maye polimerlə bərkiyir. Bundan sonra mərhuma lazımlı pozanı vermək və polimeri bərkimək qalır.

Alman anatomu Hünter Hagens 1995-ci ildən illüstrasiyanı xatırladan bədənlərlə qastrola çıxır. O, iddia edir ki, beləliklə insanları yeni üsulda ölümə baxmağı öyrədir. “Bu sərgi insanlara yaxşı əhval-ruhiyyədə ölümlə görüşməyə icazə verir”, - o deyir.

Ağac olmaq

İsveç bioloqu Süzanna Viq-Masak 20 il ərzində “promessiya” adlı dəfn metodunu hazırlayırdı. Bu metod üçün xüsusi maşın promator tələb olunur. Maşında ölünün bədəni maye azotun köməyi ilə mənfi 196 dərəcəyə qədər soyudulur. Sonra vibrasiya işə düşür və bədən çox xırda dənəçiklərə xırdalanır. Əmələ gəlmiş toz qarğıdalı nişastasından hazırlanmış konteynerə qoyulur və 30-50 santimetr dərinlikdə basdırılır. Bir neçə ay ərzində konteyner və onun içindəki qalıqlar tamamilə çürüyür.

Viq-Masak hesab edir ki, promessiya dəfnin adi metodları ilə müqayisədə daha zərərsizdir: insan təbiətlə tamamilə birləşir, qəbirdə yalnız endirilmiş ağac qalır.

İdeya mətbuat və İsveçin hakimiyyətinin marağına səbəb olub. Bioloq tərəfindən yaradılan “Promessa Organic” şirkəti öz texnologiyasını hələ ki yalnız donuzların üzərində yoxlayıb. Sınaqlar müvəffəqiyyətlə keçib.

Ömər

Oxumağa davam et
Reklam
Reklam

Gündəm