Maraq dünyası
Burada hamı lüt gəzir: kişilər istədikləri çılpaq qızı... - FOTOLAR
Böyük Britaniyada nudistlər cəmiyyətinin 13 min üzvü
çılpaq gəzmək üçün mübarizə aparır.
Publika.az xəbər verir ki, cəmiyyətin üzvləri ictimai
yerlərdə çılpaq gəzir və bunun normal qarşılanmasını istəyirlər.
Hətta onları məhkəməyə verənlər belə məğlub olublar.
11 dəfə məhkəməyə verildi və qalib gəldi
Misal üçün, nudist olan Rob Cenner çılpaq gəzdiyi üçün qonşuları
tərəfindən məhkəməyə verilir və o, məhkəmədə sübut edir ki, onun
lüt gəzməsi tamamilə qanunidir.
“The Daily Mirror” nəşrinə öz hekayəsini danışan Cenner Ekls
şəhərciyində yaşayır. 42 yaşlı Cenner özünü paltarda yaxşı hiss
etmədiyini deyir, lakin bağına qulluq edərkən çılpaq gəzmək
istəyəndə isə qonşuları şikayətlənir.
“Məni 11 dəfə şikayət ediblər. Bir də görürəm ki, qapı döyülür və
bilirəm ki, polislərdir. Onlar da məni xoşlamırlar, lakin mən öz
şəxsi evimdə ürəyim istəyini etmək hüququna sahibəm”, - deyə o
bildirir.
Onun vəkili Aleks Devi əmindir ki, müştərisi tamamilə çılpaq gəzmək
hüququna malikdir.
“Nudizm tamamilə qanunidir və özünü ifadə etmə azadlığı kimi qəbul
edilir”, – vəkil məhkəmə danışırdı.
Lakin Cennerdən şikayət edən qonşunun da öz arqumentləri var idi.
Qonşu bildirir ki, Cennerin çılpaq gəzməsi onda nifrət yaradır və
özünü narahat hiss edir.
Cenner məhkəmə işini udmağı bacardı, lakin yenə də yaşadığı yerdən
köçmək qərarına gəldi. Çünki ətrafında ona nifrətlə baxılmasını
istəmir. Onun yeni məkanı İspaniya olacaq.
“Orada iqlim yaşıdır, çoxlu çimərliklər var. Bundan başqa ispanlar
nudizmə daha liberal yanaşırlar”, - deyə o danışır.
Heteroseksual kişilər
London kollecinin alimlər çılpaq gəzməyi sevən insanları
araşdırmağa çalışırlar. Onlar 850 britaniyalı arasında onlayn sorğu
keçiriblər. Nəticə göstərir ki, əksəriyyət çılpaq gəzməkdən həzz
alırlar. Alimlər aydınlaşdırdılar ki, abır-həyanı itirmək üçün 20
dəfə soyunmaq lazımdır. Bundan sonra hər şey adiləşir.
Onlayn sorğu ilə yanaşı, kollecin alimləri çılpaq adamların getdiyi
yerlərə də baş çəkiblər. Onlar müəyyən ediblər ki, çılpaq gəzməyi
xoşlayanların əksəriyyəti orta yaşlı heteroseksual ağ kişilərdir.
Alimlər gələcəkdə onları öyrənməyi qərar alıblar.
Çevriliş
Bir müddət öncə Beynəlxalq Nudizm Federasiyasında (İNF) çevriliş
oldu. 8 il federasiyaya rəhbərlik etmiş İvo Ziqlind bədxərclikdə və
hakimiyyətlə yaxınlaşaraq, İNF-nin mənasız obrazını yaratmaqda
ittiham olunaraq, rəhbərlikdən uzaqlaşdırıldı. O, üzvlük haqlarını
xərcləməkdə də ittiham edilirdi. Təşkilata üzvlük haqqı ildə 8 min
funt strerliqndir. Bu isə təxminən 10 min dollar edir.
“The Telegraph”-ın məlumatına görə, İvonun yerinə Bryus Kendall
gəldi. Yeni sədr nudizmi bütün dünyada populyarlaşdırmağa
hazırlaşır.
Ehtimallara görə, nudizmin dünyada yayılmasına beynəlxalq
təşkilatlar da kömək edəcək.
Lüt xadiməçi
Böyük Britaniyada evlərin təmizlənməsi üçün çılpaq xadiməçi təklif
edən “Naturis Cleaners” şirkəti də açılıb. Çılpaq qadının bir
saatlıq təmizlik işi 55 funtsterlinqdir. Əlavə vaxt üçün daha çox
pul ödənilir. Arzu edənlər şirkətdən daha ucuz qiymətə olan
geyinmiş təmizlik işçisi də istəyə bilərlər.
Şirkətin qurucusu Lora Smit danışır ki, əvvəl məqsədləri yalnız
nudistlərə xidmət göstərmək olub. Lakin daha sonra potensial
auditoriyanın daha geniş olduğunu müəyyən ediblər.
Şirkət işə yalnız qadınları götürür. Müştərilər xoşlarına gələn
qadını seçmək hüququna malikdirlər.
Smitin sözlərinə görə, müştərilərin əksəriyyəti kişilərdir:
“Müştəri istəyir ki, onun evini çılpaq qız təmizləsin. Həmin vaxt
onlar da çılpaq soyunaraq, evi təmizləyən qızı müşahidə
edirlər”.
Nudistlər öz cəmiyyətlərini nə qədər genişləndirməyə çalışsalar da,
hələlik özlərini çox dar çərçivədə tanıda biliblər. Onların
mübarizəsi durmadan davam edir, lakin bunun hansı nəticə verəcəyi
müəmmalıdır.
Nəriman
-
Qoroskop00:34
Günün qoroskopu: axşam saatlarında pul gələcək...
-
İnanc00:01
Bu gün İlaxır çərşənbədir
-
Region18 Mart 22:55
Ərdoğan Putini təbrik etdi
-
MDB18 Mart 22:15
“Rusiya nüvə tərksilahına dair danışıqlara hazırdır” - Peskov
-
Magazin118 Mart 21:50
Renka qəza keçirdi - FOTO
-
Ekologiya18 Mart 20:15
Torpaq çərşənbəsində və Novruz bayramında hava belə olacaq - VİDEO
-
Nida Xəbər 18 Mart 19:30
Ordumuz bu ərazilərdə mövqelərini möhkəmləndirir - Zakir Həsənov
-
Səhiyyə18 Mart 18:40
Azərbaycanda dərmanlarla bağlı YENİ QAYDA