Nida.az
Ağdamdan Zəngilana qədər olan ərazilər... – Putini “mat” edən PLAN
"Dağlıq Qarabağ möhkəmləndirilmiş status alır, lakin
müstəqil olmur. Ermənistan tərəfi işğal olunmuş beş rayonu – Ağdam,
Füzuli, Cəbrayıl, Zəngilan və Qubadlı – qaytarır. Ardınca vəziyyətə
nəzarət etmək və digər ərazilərin taleyini müəyyən etmək üçün
bölgəyə sülhməramlılar daxil olur".
Publika.az xəbər verir ki, bu barədə "Yaxın
Şərq-Qafqaz" tədqiqatlar mərkəzinin direktoru, rusiyalı politoloq
Stanislav Tarasov Minsk qrupunun həmsədrlərinin regiona səfərini
şərh edərkən mümkün ssenarini açıqlayıb.
Ermənilərin dostu olaraq tanınan Tarasov "atəşkəsə nəzarət
mexanizminin" qurulmamasına diqqət çəkərək, bunun vacibliyindən
danışıb.
Lakin daha sonra o, real vəziyyəti və Bakının diplomatik
manevrlərinin verəcəyi nəticələri etiraf etməyə məcbur olub.
"Əlverişsiz hadisələr zamanı Bakı Qarabağa öz statusunu verə bilər.
Hansı ki, bu geniş muxtariyyətdən ibarətdir. Yaxud "aralıq status"
əvəzinə rayonların azad olunmasına nail ola bilər. Fikrimcə,
Azərbaycan hədəfinə nail olmaq üçün Avrasiya kartını oynayacaq və
Moskvanı Qarabağı öz tərkibində muxtariyyət verilməsinə razı
salacaq. Qərbin əks həmləsi olarsa, Bakı danışıqlar prosesində üç
maddədən biri olan "öz müqəddəratını təyin etmə" prinsipindən
ümumiyyətlə, imtina edərək, hərəkətə keçəcək. İndi bütün bu
gözləntilər fonunda Moskvada və İrəvanda nələrin baş verəcəyidir",
- deyən Tarasov Bakının uğurlu manevrlərinin nəticəsində İrəvanın
zərər çəkəcəyindən narahatlığını dolayısı ilə dilə gətirib.
Asif
-
MDB11:51Kasyanov 87 yaşında vəfat etdi
-
Region11:17Ermənistan prezidenti ölən hərbçilərin sayını bilmir - Administrasiya üzr istədi
-
İdman11:00Günün oyunları - AFİŞA
-
Avropa10:43Ukraynalı qaçqınlar kütləvi şəkildə Polşanı tərk edirlər
-
MDB09:38Ukraynanın metallurgiya zavodları vuruldu
-
İqtisadi gündəm08:30Azərbaycanda yeni qayda qüvvəyə mindi - Detallar
-
Dünya02:19Ukrayna ordusuna əmr verildi: 4 gün atəş açılmayacaq
-
Qoroskop01:20Günün ulduz falı: Açıq fikirli olmağınız yeni qapılar açacaq








.jpg)




.jpg)






.png)













