Nida Xəbər
Bakı heç kimin gözləmədiyini edərsə... - Ərazilərin azad olunması üçün DÖRD AMİL
Bir neçə gün öncə “Washington Times” nəşri ABŞ
prezidenti Donald Trampın Dağlıq Qarabağ münaqişəsini həll edərək,
Nobel mükafatı almaq imkanının olduğunu yazdı. Nəşrin bu
məqaləsindən sonra Trampın Qarabağ münaqişəsi ilə bağlı hansı
siyasi xətti izləyəcəyi haqqında suallar yaranıb.
Publika.az xəbər verir ki, rusiyalı politoloq Pavel Klaçkov Trampın
Qarabağla bağlı siyasətini proqnozlaşdırarkən, bir neçə amilə
diqqət çəkib.
“Birinci amil: əminəm ki, Trampın xarici siyasəti
sərt praqmatizm üzərində qurulacaq. Barak Obama idealist və
xəyalpərəst idi, Tramp isə praqmatikdir.
İkinci amil: Dağlıq Qarabağla bağlı danışıqlarda
ABŞ Rusiya ilə əlaqələndirilmiş addımlar atacaq. Heç şübhəsiz ki,
Vaşinqton Moskva ilə dialoq apararaq, bu məsələni həll edəcək.
Çünki ABŞ və Çin arasında qarşıdurma artır, bu baxımdan, indi
Moskvanın neytral mövqe tutması Vaşinqton üçün əhəmiyyətlidir.
Üçüncü amil: Trampın iş üslubu da Qarabağ
münaqişəsindəki vəziyyətə təsir edə bilər. Tramp improvizasiya
etməyi sevir. Mümkündür ki, o, başqa regiondakı problemlərin
həllinin yolunu tapa bilsin. İlk növbədə Tramp münaqişə ətrafında
gərginliyin azalmasına çalışacaq. Bu, münaqişənin nizama salınması
üçün yaxşı perspektiv vəd edir. Dağlıq Qarabağın timsalında Tramp
Vaşinqtonun belə münaqişələri həll etmək potensialını nümayiş
etdirə bilər. Lakin onu da qeyd etməliyik ki, Dağlıq Qarabağ
münaqişəsi Tramp üçün birinci prioritet olmayacaq. Bu baxımdan,
onun münaqişənin həllini tamamilə öz üzərinə götürəcəyini demək
çətindir. Onun əsas prioriteti Yaxın Şərq, İsrail-Fələstin
münaqişəsi, Meksika, Avropa İttifaqı və İranla bağlı məsələlər
olacaq.
Dördüncü amil: Ötən ilin dekabrında İsrailin baş
naziri Benyamin Netanyahu Azərbaycana səfər etdi. Bu gün
İsrail-Azərbaycan əlaqələri, o cümlədən Netanyahu-İlham Əliyev
münasibətləri çox gözəldir. Mən bura diqqət çəkmək istəyirəm.
Netanyahu dünyada kifayət qədər nüfuzlu şəxsdir. Artıq qeyd
etdiyimiz kimi, Tramp üçün Yaxın Şərq əhəmiyyətli məsələdir. Burada
ABŞ-İsrail-Azərbaycan üçbucağı meydana çıxa bilər. Çünki Tramp
Yaxın Şərqə baxanda burada İsrail və Azərbaycana bel bağlaya bilər.
İsrail də Azərbaycanın maraqlarının lobbiçiliyini edə bilər.
Azərbaycan Prezidenti İlham Əliyev çox gözəl diplomatdır və güman
ki, o, bu kartı oynayacaq”, - deyə politoloq bildirib.
Politoloq qeyd edib ki, bu amillər Trampın Dağlıq Qarabağla bağlı
siyasətində əsas ola və münaqişənin həllinə təsir edə bilər.
Onun fikrincə, rəsmi Bakı sonuncu amildən – ABŞ-İsrail-Azərbaycan
üçbucağı – yararlanaraq, vəziyyəti tamamilə dəyişə bilər.
Asif
-
Magazin203:43Həmin adı kürəyinə döydürmüşdü, indi yeni doğulan qızına qoydu - FOTO
-
Qoroskop00:00Günün ULDUZ FALI - Sevgi həyatınızda xoş sürprizlər ola bilər
-
Dünya17 Sentyabr 23:363I/ATLAS-la bağlı SİRR ÇÖZÜLÜR - Kometin quyruğunda nə aşkar edilib?
-
Cənubi Qafqaz17 Sentyabr 22:48Paşinyan rəqibinə aman vermir - Daha 2 ay...
-
Magazin117 Sentyabr 22:36Hüseyn əməliyyat olundu - FOTO
-
ABŞ17 Sentyabr 22:24Trampın reytinqi tarixi minimuma endi
-
Dünya17 Sentyabr 22:12DƏHŞƏTLİ QƏTL: Kişi yatmış arvadının başını kəsdi
-
Magazin217 Sentyabr 20:48CeyLonun həbsxanadakı oxşarının fotosu gündəm oldu









.jpg)

.jpg)

























.jpg)


