Nida Xəbər
Putin erməni naziri niyə Azərbaycana göndərdi? - Müharibə AÇIQ MÜSTƏVİYƏ KEÇİR
Ermənistanda prezident Serj Sarkisyanla baş nazir Karen
Karapetyan arasında vəzifə bölgüsünə görə əldə olunan razılışma
pozulandan sonra müharibə açıq müstəviyə keçir.
Publika.az xəbər verir ki, 2018-ci ilin işğalçı ölkə üçün
siyasi müstəvidə qanlı il olacağı gözlənilir.
Gələn ilin aprelində Sarkisyanın prezident səlahiyyətləri başa
çatır. Bundan sonra yeni konstitusiyaya əsasən ölkədə əsas söz
sahibi baş nazir olacaq. İqtidarı əldən vermək istəməyən Sarkisyan
məhz baş nazir olaraq hakimiyyətini davam etdirməyi planlaşdırır.
Lakin Kremlin adamı olan və birbaşa Rusiyadan Ermənistana
göndərilərək, bu ölkənin baş nazir postuna yerləşdirilən Karapetyan
bu prosesdə Sarkisyanın üçün ciddi əngələ çevrilib.
Sarkisyan oktyabrın 16-da Cenevrədə Azərbaycan lideri ilə keçirilən
Qarabağ görüşündən ölkəsinə qayıdan kimi Karapetyana “baş nazirin
birinci müavini olaraq hökuməti idarə etmək” təklifini verdi.
Məlumatlara görə, Karapetyan əvvəlcə razılaşmasa da, qarşı cəbhənin
“sən Azərbaycan lideri ilə Qarabağ danışıqlarını aparmaq gücündə
deyilsən” arqumentindən sonra təklifi qəbul edib. Razılaşmaya görə,
Sarkisyan baş nazir olaraq xarici siyasət və təhlükəsizlik
sektoruna, Karapetyan isə baş nazirin birinci müavini olaraq
hökumətə nəzarət edəcəkdi. Lakin sonradan razılaşma Karapetyan
tərəfindən pozuldu.
Böyük ehtimalla, razılaşmanın pozulması göstərişi Kremldən
verilmişdi. Çünki Sarkisyan noyabrın 15-də Moskvada Putinin
qəbulunda oldu və həmin görüşdə Dağlıq Qarabağdan tutmuş,
Ermənistanın daxili siyasətinə qədər bir çox məsələnin müzakirə
edildiyi haqda məlumatlar var. Ehtimallara görə, müzakirələr
Putinin istəyinə uyğun keçməyib. Ardınca Sarkisyan Rusiyanın
liderlik etdiyi Avrasiya İqtisadi İttifaqında təmsil olunmasına
baxmayaraq, Brüsselə getdi və Avropa İttifaqı ilə saziş imzaladı.
İddialara görə, bu məsələdə Rusiya Ermənistana təzyiq etməyib.
Lakin sazişin imzalanmasından dərhal sonra Kremlin Ermənistandakı
adamı Karapetyan Sarkisyanla vəzifə bölgüsünə dair razılaşmanı
pozdu və gələn il üçün təbliğat kampaniyasına başladı. Bu, Kremlin
Sarkisyanı cəzalandırmaq niyyətindən xəbər verir.
Sarkisyanın sonrakı gedişləri onun Putinin niyyəti ilə razlaşmaq
fikrində olmadığını deməyə əsas verir. Xüsusilə Minskdə Kollektiv
Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) iclasından qayıdan
kimi Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ bölgəsinə gəlməsi
diqqət çəkdi. Bu, Sarkisyanın Rusiyanın təzyiqinə rəğmən, Qarabağ
kartını gələcək hakimiyyəti üçün əsas rupora çevirdiyini və erməni
ictimaiyyətini məhz bu faktor üzərindən arxasına almaq istədiyinin
nümunəsi idi.
Ən maraqlı məqam isə Sarkisyanın Qarabağa gəlişindən sonra
Karapetyanın da işğal olunmuş ərazilərə səfər etməsidir. Baş
nazirin bu posta təyin olunandan sonra ilk dəfə qondarma rejimlə
Dağlıq Qarabağ münaqişəsi və təhlükəsizlik məsələsini müzakirə
etməsi də təsadüfi deyil. Bu, faktiki olaraq Karapetyanın
“təhlükəsizlik və Qarabağ” faktoru üzərindən hakimiyyətini davam
etdirməyi planlaşdıran Sarkisyana eyni faktorlar üzərindən
alternativ irəli sürməsi və postundan əl çəkməyəcəyi haqda açıq
mesaj verməsidir. Amma indiyə qədər bu mövzudan qaçan Karapetyanın
məhz Sarkisyanı cəzlandırmaq niyyətində olan Putin tərəfindən
Qarabağa göndərildiyi amili də diqqətdən qaçmamalıdır.
Göründüyü kimi, İrəvanda siyasi müharibə getdikcə qızışır və bu,
Ermənistan üçün “qanlı il”in yaxınlaşdığı deməkdir.
Asif
-
Nəqliyyat19:30Bakıda ictimai nəqliyyatda daha bir yenilik: üztanıma ilə ödəniş... - Foto
-
Hadisə18:30Səidə Bəkirqızı qəzaya düşdü - Video
-
Rəsmi xronika16:57İlham Əliyev fərman imzaladı
-
Cənubi Qafqaz16:28Fransa SEZAR-ları Ermənistana verdi – Bu tarixdə nümayiş olunacaq
-
Yaxın Şərq16:00Səfir təsdiqlədi: İsrail ərəb ölkəsində “Dəmir günbəz” yerləşdirib
-
Sosial14:00Onlara yüksək vəzifə verildi
-
MDB13:04Qonşumuzda qorxunc demoqrafik böhran: Hökumət təcili hərəkətə keçdi
-
Sosial11:48Bu ərazilərdə 3 gün su olmayacaq











.jpg)









.jpg)





.jpg)









