Nida Xəbər
Ermənistanı gözləyən DƏHŞƏTLİ 2018 SSENARİSİ: Qarabağda müharibə və... - Rusiya AÇIQLADI
2018-ci ildə Dağlıq Qarabağda müharibə başlaya
bilər.
Publika.az xəbər verir ki, Rusiyanın beynəlxalq əlaqələr
üzrə məsləhət şurası (RSDM) “Rusiyanın xarici siyasəti: 2018-ci il”
adlı hesabatda proqnozlarını açıqlayıb.
“2018-ci ildə Azərbaycanda və Ermənistanda seçkilər keçiriləcək.
Seçki ilində Qarabağ münaqişəsində ziddiyyətlər gözlənilir”, - deyə
hesabatda deyilir.
RSDM ekspertləri hesab edirlər ki, gələn il Ermənistan Avropa
İttifaqı və Avrasiya İqtisadi İttifaqı arasında qalacaq: “Lakin
istisna deyil ki, seçkilər fonunda Ermənistanda anti-Rusiya
əhval-ruhiyyəsi yüksələcək”.
Azərbaycana gəlincə, hesabatda qeyd olunur ki, Bakının Moskva ilə
münasibətləri qarşılıqlı əlaqələr fonunda davam edəcək.
“Böyük ehtimalla xalqın dəstəklədiyi Prezident İlham Əliyev
seçkinin qalibi olacaq. Moskvada keçiriləcək Rusiya, İran və
Azərbaycan liderlərinin sammiti ilin böyük hadisəsi olacaq”, - deyə
rus ekspertlər bildirib.
Hesabatda Dağlıq Qarabağ ətrafında ziddiyyətlərin davam edəcəyi,
münaqişə zonasında gərginliyin arta biləcəyi qeyd olunur: “Seçkilər
dövründə Qarabağ ətrafında ziddiyyətlər aktuallaşacaq. Müəyyən
fasilələrlə toqquşmalar baş verəcək. Hər iki tərəf müdafiə
xərclərini artıracaq”.
Asif
-
Art01:11Alyona Əliyeva Daş Salnamə Muzeyindən paylaşım etdi - FOTO
-
Magazin100:45Nanə Ağamalıyeva uzun aradan sonra - FOTO
-
Magazin200:15Maykl Duqlas Cek Nikolsonun hara yoxa çıxdığını AÇIQLADI
-
Qoroskop00:00Günün ULDUZ FALI - Tezliklə hər şey daha yaxşı olacaq
-
Sosial31 Oktyabr 23:36Onlara vaxtından əvvəl növbəti xüsusi rütbə verildi - FOTO
-
Hadisə31 Oktyabr 22:36Betonqarışdıran maşın körpüyə belə ziyan vurdu - VİDEO
-
Sağlamlıq31 Oktyabr 21:24Şəkərdən daha təhlükəli olan əvəzedicilər - Beyni sürətlə qocaldır
-
İdman31 Oktyabr 20:36“Qarabağ”ın futbolçuları oyun zamanı dalaşdılar - VİDEO








.jpg)
























.jpg)

.jpg)