Nida Xəbər
Ter-Petrosyanın Heydər Əliyevlə Qarabağ sazişi imzalamasının QARŞISINI KİM ALDI? - 20 illik SİRR
“Ermənistanda radikal güclər Levon Ter-Petrosyana Dağlıq
Qarabağ münaqişəsinin həlli üçün Azərbaycanla saziş bağlamağa icazə
vermədi və onu istefaya getməyə məcbur etdilər. Bu, çox kədərli
faktdır”.
Publika.az xəbər verir ki, bu barədə ABŞ-ın Özbəkistandakı
və Ukraynadakı keçmiş səfiri, Vaşinqtonda “Atlantic Council”
analitik mərkəzinin Dina Patrisiya adına Avrasiya bölməsinin
direktoru Con Herbest deyib.
O, Ter-Petrosyanın münaqişəni həll etmək istədiyini xatırladıb.

“Mən 20 il öncə Dövlət Departamentində bu məsələlərin üzərində
işləyəndə Ermənistana ciddi dövlət xadimi Ter-Petrosyan rəhbərlik
edirdi. O, həqiqətən də sülh razılaşmasına nail olmaq istəyirdi.
Lakin o, Qarabağ münaqişəsiin həlli ilə bağlı plana razılıq verəndə
və Azərbaycanla sülh sazişi imzalamağa hazırlaşanda İrəvandakı və
erməni diasporundakı radikal güclər onu devirdilər”, - deyə o
bildirib.
Amerikalı diplomat əlavə edib ki, ermənilərin Qarabağ məsələsində
radikal mövqeləri özləri üçün çətin vəziyyət yaradıb və bu, onların
gələcələyinə ziyandır.
Qeyd edək ki, 1998-ci ildə Levon Ter-Petrosyan işğal olunmuş
ərazilərin azad olunmasını nəzərdə tutan sazişə imza atmağa
hazırlaşanda erməni millətçilər onu istefaya getməyə məcbur etdi.
Hazırda “Erməni milli konqresi” partiyasına liderlik edən siyasətçi
hələ də “Qarabağ münaqişəsi Ermənistanın inkişafının qarşısını
alır, münaqişə tezliklə həll olunmalıdır, əks təqdirdə erməniləri
yaxşı gələcək gözləmir” tezisini müdafiə edir. Lakin Ermənistanın
işğalçı rejimi bu tezisə görə onu “vətən xaini” adlandırır.
Asif
-
Magazin100:45Nanə Ağamalıyeva uzun aradan sonra - FOTO
-
Magazin200:15Maykl Duqlas Cek Nikolsonun hara yoxa çıxdığını AÇIQLADI
-
Qoroskop00:00Günün ULDUZ FALI - Tezliklə hər şey daha yaxşı olacaq
-
Sosial31 Oktyabr 23:36Onlara vaxtından əvvəl növbəti xüsusi rütbə verildi - FOTO
-
Hadisə31 Oktyabr 22:36Betonqarışdıran maşın körpüyə belə ziyan vurdu - VİDEO
-
Sağlamlıq31 Oktyabr 21:24Şəkərdən daha təhlükəli olan əvəzedicilər - Beyni sürətlə qocaldır
-
İdman31 Oktyabr 20:36“Qarabağ”ın futbolçuları oyun zamanı dalaşdılar - VİDEO
-
Sosial31 Oktyabr 19:12Kəmaləddin Heydərov polkovniki işdən azad etdi








.jpg)

























.jpg)
.jpg)
