Nida Xəbər
Rusiya tanklarımızı vurmaq üçün İrəvana LAZER SİLAHI VERDİ - ÜÇ SİRLİ MƏQAM
Ermənistan tank əleyhinə ən müasir silah sayılan “Kornet
- E” raket kompleksini nümayiş etdirib.
Publika.az xəbər verir ki, rəsmi İrəvan raket kompleksini
Rusiyanın Ermənistana verdiyini açıqlayıb.
Raket kompleksi lazer şüası ilə idarəetmə qabiliyyətinə və 5,5
kilometr uzaqlıqda olan hədəfi məhv etmə gücünə sahibdir.
Rusiyada ermənipərəst “Reqnum” agentliyi yazır ki, raket kompleksi
Azərbaycanın tanklarını asanlıqla sıradan çıxara bilər.
Lakin bu informasiya Ermənistan ictimaiyyətində inandırıcı
qarşılanmayıb.
1. Raket kompleksi Gümrüdə nümayiş olunub, hansı ki, Rusiyanın
102-ci hərbi bazası bu şəhərdə yerləşir. Ehtimal olunur ki, raket
kompleksi Rusiyanın hərbi bazasına aiddir, sadəcə olaraq, erməni
ictimaiyyətini aldatmaq üçün Ermənistana verildiyi görüntüsü
yaradılır.
2. Raket kompleksinin Ermənistana verilməsi xəbəri “Reqnum”
agentliyində yayılıb. Rusiyada ermənipərəst mövqeyi ilə tanınan bu
agentlik Kremlin nəzarətindədir və bu informasiya da məhz Kremlin
istəyinə uyğun olaraq məqsədli şəkildə yayılıb.
3. Ən nəhayət, raket kompleksinin Ermənistana verilməsi xəbəri
Rusiyanın yanvarın 19-da Azərbaycana yeni hərbi texnika satmasından
sonra erməni ictimaiyyətində yaranan narazılığı sakitləşdirmək
gedişidir.
Bu baxımdan, Ermənistan ictimaiyyəti raket kompleksinin erməni
ordusuna məxsus olduğuna inanmır.
Asif
-
Magazin100:45Nanə Ağamalıyeva uzun aradan sonra - FOTO
-
Magazin200:15Maykl Duqlas Cek Nikolsonun hara yoxa çıxdığını AÇIQLADI
-
Qoroskop00:00Günün ULDUZ FALI - Tezliklə hər şey daha yaxşı olacaq
-
Sosial31 Oktyabr 23:36Onlara vaxtından əvvəl növbəti xüsusi rütbə verildi - FOTO
-
Hadisə31 Oktyabr 22:36Betonqarışdıran maşın körpüyə belə ziyan vurdu - VİDEO
-
Sağlamlıq31 Oktyabr 21:24Şəkərdən daha təhlükəli olan əvəzedicilər - Beyni sürətlə qocaldır
-
İdman31 Oktyabr 20:36“Qarabağ”ın futbolçuları oyun zamanı dalaşdılar - VİDEO
-
Sosial31 Oktyabr 19:12Kəmaləddin Heydərov polkovniki işdən azad etdi








.jpg)

























.jpg)
.jpg)
