Nida Xəbər
Lavrov Qarabağ razılaşmasınının detallarını açdı və erməniləri SUSDURDU
Rusiya xarici işlər naziri Sergey Lavrov ATƏT-in
fəaliyyətdə olan sədri Ancelino Alfano ilə görüşün yekunlarına həsr
olunmuş mətbuat konfransında Dağlıq Qarabağda ATƏT-in müşahidə
missiyasının genişləndirilməsi ilə bağlı məsələni şərh edib.
Publika.az xəbər verir ki, Lavrov bunun münaqişənin nizama
salınması ilə bağlı ATƏT sədrinin şəxsi nümayəndəsinin ofisinin
genişləndirilməsindən çox, təmas xəttində müşahidəçilərin sayının
artırılması olduğunu deyib.
Lavrov qeyd edib ki, münaqişə zonasında etimad tədbirlərinin
gücləndirilməsi ilə bağlı danışıqlar 2010-cu ildən davam edir.
“2016-cı ildə təmas xəttində baş verən məlum insidentlərdən sonra
Azərbaycan və Ermənistanın Vyana görüşü təşkil olundu, həmin ilin
iyununda isə prezidentlər Rusiya prezidenti Vladimir Putinin
iştirakı ilə Sankt-Peterburqda görüşdü. Bu görüşlərdə etimadın
möhkəmləndirilməsi ilə bağlı konkret addımların atılması haqda
razılıq əldə olundu. Bu razılığa əsasən təmas xəttində ATƏT-in
müşahidə missiyasına 6-7 nəfər əlavə olunmalı idi. İndiyə qədər bu
işlər aparılıb. Bu razılığın həyata keçirilməsi istiqamətində
ATƏT-in operativ addımlar atacağına ümid edirik”, - deyə o
bildirib.
Lavrov təmas xəttində müşahidə missiyasının sayının artırılmasının
münaqişənin həllinin dondurulması ilə nəticələnəcəyi haqda səslənən
fikirlərə də münasibət bildirib.
“Bütün münaqişələrdə təhlükəsizlik tədbirlərinin gücləndirilməsi
ilə siyasi nizama salınma prosesi paralel aparılır”, - deyən Lavrov
məsələnin iddia edildiyi kimi münaqişənin həllinin dondurulmasına
bəhanə olmayacağını diqqətə çatdırıb.
Qeyd edək ki, ATƏT-in müşahidə missiyasının sayının artırılmasını
Ermənistan tərəfi israrla istəyir. İrəvan düşünür ki, bu, “atəşkəsə
nəzarət mexanizmi”nin yaradılması ilə nəticələnəcək. Hansı ki, bu
mexanizmlər ABŞ-da erməni lobbisi tərəfindən gündəmə gətirilib və
məqsədi münaqişənin həllinin dondurulması, mövcud status-kvonun
saxlanılmasıdır. Rəsmi Bakı əvvəldən bu prosesə qarşı çıxır. Lakin
belə mexanizmlərin yaradılması Moskvanın da maraqlarına uyğun
deyil. Çünki Vaşinqton bu mexanizmlə Donetsk münaqişə zonasında
olduğu kimi vəziyyəti tam nəzarətə götürməyi planlaşdırır.
Bu baxımdan, Lavrovun “müşahidə missiyasının sayının artırılması
münaqişənin nizama salınması ilə bağlı deyil” sözləri də Moskvanın
İrəvanın, həm də Vaşinqtonu istədiyi ssenarinin reallaşmasına imkan
verməyəcəyini göstərir.
Asif
-
Rəsmi xronika17:48Prezident açılışdan sonra sükan arxasına keçdi - VİDEO
-
Rəsmi xronika16:08Prezidentdən Ülvi Quliyevlə bağlı sərəncam
-
Nida Xəbər 15:31Baş nazir qərar imzaladı
-
Maraq dünyası13:40Maskın 78 yaşlı anası qarajda yatır: Başının üstündəki dama şükür edir - FOTO
-
ABŞ12:10Trampın sərvəti açıqlandı: Görün əsas gəlir mənbəyi nədir
-
Nida Xəbər 11:55Gürcüstanda əsgərlik şərtləri: 6 ay xidmət, 560 dollar maaş və...
-
Rəsmi xronika11:38İlham Əliyev bu şəxsləri "Tərəqqi" medalı ilə təltif etdi - SİYAHI
-
Dünya09:48Türk iş adamının təyyarəsinin qalıqları tapıldı - Dağın yamacına çırpılıb

































.jpg)


