Region
Ərdoğan “bitdi” demişdi – ABŞ-dan Ankaraya SENSASİYALI TƏKLİF
Türkiyənin Rusiyadan S-400 zenit-raket kompleksinin almaqdan imtina etdirməyə çalışan ABŞ-ın Ankaraya sürpriz bir təklif etdiyi ortaya çıxıb.
Publika.az Türkiyə KİV-inə istinadən xəbər verir ki, ABŞ “Patriot” hava hücumundan müdafiə sisteminin Türkiyəyə satışı, birgə istehsalı və modernləşdirilməsini nəzərdə tutan “niyyət memorandumu”nun layihəsini Ankaraya təqdim edib.
Layihəni Ankaraya ötən həftə ABŞ Dövlət Departamentində hərbi və diplomatik əlaqələr departamentindən məsul səfir Tina Kaydanov gətirib. Tina Kaydanov “Ankaraya cəlbedici təklifi təqdim edəcəyəm” söyləmiş, lakin təklifin detalları barədə məlumat verməmişdi. Təklifin detallarını isə ABŞ Dövlət Departamentinin adı açıqlanmayan rəsmilərindən biri açıqlayıb.
Türkiyənin təklifə hansı cavab verdiyi barədə detallı informasiya olmasa da, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın aprelin 3-də Ankaraya səfər edən rusiyalı həmkarı Vladimir Putinlə görüşdən sonra verdiyi bəyanat amerikalı diplomatın əliboş yola salındığını göstərir.
Ərdoğan S-400 məsələsinin artıq bitdiyini, komplekslərin planlaşdırılan vaxtdan daha tez təhvil alına biləcəyini və buna Rusiyanın müsbət baxdığını dilə gətirmişdi.

Putin isə bildirdi ki, Türkiyəyə S-400-lərin verilməsi Moskva və Ankara arasında hərbi əməkdaşlığın prioritetidir.
Türkiyə-Rusiya Yüksək Səviyyəli Əməkdaşlıq Şurasının toplantısında aparılan müzakirələr isə müsbət nəticə verib. Tərəflər komplekslərin 2019-cu ilin iyulunda Türkiyəyə çatdırılması barədə razılaşıblar.
Qeyd edək ki, ümumi dəyəri 2,5 milyard avro olan 4 diviziya “S-400” kompleksinin 2020-ci ilin martında təvil verilməsi planlaşdırılırdı.
ABŞ-da isə hesab edirlər ki, Türkiyənin Rusiyadan S-400 kompleksləri almasını “Amerikanın düşmənlərinə sanksiyalar vasitəsilə müqavimət haqqında” (CAATSA) qanununun pozuntudur. Vaşinqton bu qanun çərçivəsində Türkiyəyə qarşı sanksiyaların tətbiqini istisna etmirlər.
Ömər Dağlı
-
Hadisə18 Sentyabr 21:26Sumqayıtda dəhşətli qəza: 4 yaşlı uşaq öldü
-
Magazin118 Sentyabr 20:36Əməkdar artist vəfat etdi - Yeniləndi
-
Kriminal18 Sentyabr 18:50Adnan Əhmədzadə 1 ildir içəridədir - Nələr baş verdi?
-
Nəqliyyat18 Sentyabr 18:20Bakıda axşam tıxacı: 27 yol keçilməz oldu - Siyahı
-
Magazin118 Sentyabr 15:28Elçin Cəfərov Tacir Şahmalıoğlu barədə paylaşım etdi - FOTO
-
Dünya18 Sentyabr 14:16Cümə namazı zamanı partlayış: 15 ölü, 50-dən çox yaralı
-
Dünya18 Sentyabr 13:18Aral gölü necə məhv edildi? - Ekoloji fəlakətə səbəb olan şok faktlar
-
Cənubi Qafqaz18 Sentyabr 11:10Azərbaycan sərhədin bu istiqamətində mövqelərini genişləndirib? - İDDİA












.jpg)
.jpg)

.jpg)













.jpg)




.jpg)




