Cənubi Qafqaz
Putin bir neçə günə… – Azərbaycanın yeni silahları ermənilərin ÜMİDLƏRİNİ DƏFN ETDİ
“Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı və Avrasiya İqtisadi İttifaqında Ermənistanın vəziyyəti çox mərhəmətsizdir. Yeni hakimiyyətin birinci şəxslərinin təminatlarına baxmayaraq, bu, Ermənistan-Rusiya münasibətlərində yeni keyfiyyətə gətirib çıxarmayıb”.
Publika.az xəbər verir ki, bunu “Birinci informasiya” saytında erməni şərhçi Sarqis Artsruni bildirib.
Onun sözlərinə görə, Ermənistanın nominal müttəfiqləri yalnız ictimai bəyanatlar səviyyəsində deyil, həm də işdə Azərbaycanı dəstəkləyirlər.
“Dünən məlum oldu ki, Belarus Azərbaycana müasir silahları çatdırıb”, - o əlavə edib.
Söhbət Azərbaycan Respublikası ilə Belarus Respublikası arasında hökumətlərarası razılaşmaya əsasən, ölkəmizə gətirilən 301 mm-lik “Polonez”lər ordumuzun silahlanmasına daxil edilməsindən gedir.
Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69
Sarqis Artsruni qeyd edib ki, Rusiyada erməni sürücülərinin hüquqları məsələsi həll olunmamış qalır, hərçənd, Putin istəkdən asılı olaraq, bu problemi günlər ərzində həll edə bilərdi.
Onun sözlərinə görə, Nikol Paşinyan hökumətinin bir ay ərzində həyata keçirdiyi siyasət faktiki olaraq, xarici siyasətin birtərəfli, yalnız Rusiya istiqamətində aktivləşəcəyini göstərir. Qeyd edilir ki, Brüsselə Paşinyanın ehtimal edilən səfərinin müddətləri haqqında ilkin danışıqlar yoxdur.
“Halbuki, Nikol Paşinyan dəfələrlə bildirib ki, onun hədəfi Avropa modeli üzrə dövlətin qurulmasıdır. Problem ondadır ki, Ermənistanın yeni hakimiyyətinin birinci şəxslərindən yalnız Ermənistan-Rusiya münasibətləri haqqında eşidirik və faktiki olaraq, onlar Ermənistanın Avropa siyasətinin hansı məzmuna malik ola biləcəyi barədə məlumatlandırılmayıblar. Yeni hakimiyyətin rəhbər şəxsləri daim bəyan edirlər ki, Ermənistanın xarici siyasət vektorlarında dəyişikliklər olmayacaq. Bütün yollar Moskvaya aparır: Robert Köçaryan və Serj Sarkisyan hakimiyyəti illərində də belə idi və “məxməri inqilab”dan sonra da belədir. Xarici siyasətdə tək yol mütləq dalana aparır. Hesab edirik ki, bu, yeni hakimiyyətin birinci şəxslərinə də yaxşı məlumdur”, - erməni şərhçi bildirib.
Ömər Dağlı
-
Magazin219:00Cırıq və çirkli cins şalvarda reklam üçün poza verdi - FOTO/VİDEO
-
Yaxın Şərq17:56Xamenei dəfnə qatılmaq istəyir, təhlükəsizlik qüvvələri isə "yox!" deyir
-
Hadisə16:56Yasamaldakı dəhşətli partlayışın kamera görüntüləri yayıldı - VİDEO
-
Hadisə16:48Ağdamda faciə - Ata və azyaşlı övladı su anbarında batdı
-
İKT15:23Kalinin öldü - Rusiyanın əsas İT biznesmenlərindən idi
-
Magazin115:00Azərbaycanlı aktrisa 47 kilo arıqladı - FOTO
-
Hadisə14:30“Arzum"un törətdiyi qəzada ölən Amal narkotikə görə tutulubmuş - Foto
-
Hadisə12:20Ağsuda aqrotexnik qaydada çətənə yetişdirən şəxs həbs olundu
































.jpg)





