Cənubi Qafqaz
Sarkisyanın Azərbaycana qəfil SƏFƏRİNİN SİRRİ - Badalyan yeni Qarabağ PLANINI AÇDI
Ermənistan prezidenti Armen Sarkisyan bu gün
Azərbaycanın işğal edilmiş Dağlıq Qarabağ bölgəsinə gəlib.
Publika.az xəbər verir ki, Sarkisyanın Azərbaycan
torpaqlarına gəlişinin Qarabağla bağlı yeni planla əlaqədar olduğu
deyilir.
Qarabağdakı qondarma rejimin “prezidenti” Bako Saakyan Xankəndidəki
etiraz aksiyalarından sonra “güc strukturlarının rəhbərlərini”
istefaya göndərdi, ardınca bəyan etdi ki, o, 2020-ci ildə
keçiriləcək “prezident seçkilərində” namizəd olmayacaq.
Erməni siyasi şərhçi Akop Badalyan iddia edir ki, Qarabağda
“seçkilər” daha tez keçiriləcək və Sarkisyanın səfəri də bununla
bağlıdır.
“Cəbhədə vəziyyət gərginləşir, Azərbaycan bir sıra ərazilərə
nəzarəti ələ keçirdiyini açıqladı. Buna paralel olaraq, Xankəndidə
“siyasi vəziyyət” qarmaqarışıqdır. Bu kontekstdə Armen Sarkisyanın
Qarabağa gedişi diqqət çəkir. Məqdəs Qarabağda vəziyyətə nəzarəti
ələ almaqdır”, - deyə o yazıb.
Erməni şərhçi son günlər regionda baş verən hadisələri xatırladıb
və qeyd edib ki, Armen Sarkisyanı Qarabağa Bako Saakyan dəvət edib:
“Görünür, Qarabağla bağlı hələki məlum olmayan hansısa plan
hazırlanır”.
Asif
-
Magazin203:43Həmin adı kürəyinə döydürmüşdü, indi yeni doğulan qızına qoydu - FOTO
-
Qoroskop00:00Günün ULDUZ FALI - Sevgi həyatınızda xoş sürprizlər ola bilər
-
Dünya17 Sentyabr 23:363I/ATLAS-la bağlı SİRR ÇÖZÜLÜR - Kometin quyruğunda nə aşkar edilib?
-
Cənubi Qafqaz17 Sentyabr 22:48Paşinyan rəqibinə aman vermir - Daha 2 ay...
-
Magazin117 Sentyabr 22:36Hüseyn əməliyyat olundu - FOTO
-
ABŞ17 Sentyabr 22:24Trampın reytinqi tarixi minimuma endi
-
Dünya17 Sentyabr 22:12DƏHŞƏTLİ QƏTL: Kişi yatmış arvadının başını kəsdi
-
Magazin217 Sentyabr 20:48CeyLonun həbsxanadakı oxşarının fotosu gündəm oldu



































.jpg)


