İki dəfə zəhərlənən Atambayevin XƏSTƏLİK TARİXÇƏSİ
Bizi izləyin

Dünya

İki dəfə zəhərlənən Atambayevin XƏSTƏLİK TARİXÇƏSİ

Bazar ertəsi Qırğızıstan prezident Almazbek Atambayev BMT Baş Assambleyasının 71-ci sessiyasında iştirak üçün ABŞ-a yola düşüb. Nümayəndə heyəti İstanbulun Atatürk hava limanında təyyarəni dəyişməni planlaşdırırdı. Ancaq prezident sinəsindəki ağrıdan şikayət edib və bu səbəbdən ABŞ-a gedə bilməyib. O, hazırda Türkiyədə xəstəxanalardan birində müalicə alır.

Publika.az xəbər verir ki, “Sputnik” agentliyinin Qırğızıstan redaksiyası prezidentin xəstəlik tarixi haqqında məlumat verib.

Agentliyin yazdığına görə, açıq mənbələrdə indiki dövlət başçısının səhhətindəki problemlər haqqında dəfələrlə məlumatlar çıxıb. 11 may 2007-ci ildə baş nazir olarkən Atambayev zəhərlənir. O, iş yerində bir stəkan su içdikdən sonra şüurunu itirib və iki gün özünə gəlməyib. Atambaev Türkiyədə Gülhanə Hərbi Tibb Akademiyasında müalicə keçib.

O, Ankaradakı klinikalarından birində 2008-ci ildə qida borusundan əməliyyat edilib. 2009-cu ildə prezident seçkiləri kampaniyasının gedişatında onu yenidən zəhərlədilər. Müxalifətin nümayəndələrinin məlumatına görə, çıxışlardan birində o, güc, koordinasiya və nitqin tam itkisini hiss etdi.

2011-ci ilin payızında Atambayev prezident seçkilərini uddu və 1 dekabrdakı inaqurasiya mərasimindən sonra dövlət başçısı oldu. Bundan sonra bir neçə dəfə onun səhhəti barədə informasiya çıxdı. Atambayev 2013-cü ildə qısamüddətli məzuniyyət götürdü və işçi səfərlə Türkiyənin o vaxtkı prezidenti Abdullah Gülün dəvəti ilə Türkiyəyə uçdu. Ölkə liderləri ikitərəfli münasibətləri müzakirə etdilər. Bundan başqa, Atanbayev həkimlərin tövsiyəsi ilə ona yaxşı tanış olan Gülhanə Hərbi Tibb Akademiyasında tibbi müayinədən keçdi. 2014-cü ilin fevralında prezident Moskva klinikalarından birində diz oynağından əməliyyatı keçirdi. Dövlət başçısı bir müddət əl ağacı ilə gəzdi.

KİV-in məlumatına görə, 2005-ci ildə qırğız liderinin səhhətində iki dəfə problem aşkar edildi. İddiaya görə, o, pis əhvala görə Abdullah Gülün oğlunun toyuna iştirakdan imtina edib. KİV noyabrda yazırdı ki, Atambayev Çinə müalicə üçün yola düşüb. Ancaq bu məlumatlar rəsmən təsdiqlənməyib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm