Gəncə qubernatorunun beşayaqlı at sevgisi - GİZLİ TARİX
Bizi izləyin

Gizli tarix

Gəncə qubernatorunun beşayaqlı at sevgisi - GİZLİ TARİX

Gəncə qubernatorunun beşayaqlı at sevgisi - GİZLİ TARİX

Doğmalar arasında ögey həyatı

40-50 ci illər də Mustafa ağanın törəmələri üçün ağrılı keçməyə davam edir. KULAQ uşaqları xalq düşməni kimi quruluşun bütün təsisatlarından kənarda saxlanılır, daim nəzarət altında hərəkətlərinə göz qoyurlar. Hətta, partiyanın kənd iclasları zamanı heç birini kolxoz binasına girməyə qoymurlar.

Uzun müddət alçadıcı, təhqiramiz münasibət davam edir. Ən pisi də o idi ki, bunu ayri-seçkiliyi hansısa Rusiyadan gəlmiş İvan, Aleksey deyil,yerli əhalidən olan, ata-babası Mustafa ağa ilə çörək kəsmiş adamlar edirlər.

Mustafa ağnın oğlunu kəndin bütün ictimai işlərindən kənarda saxlamaqla yanaşı ounla salam-sağolda olan bütün şəxsləri nəzarətə alır və qorxudurlar.

Beləcə, hər günü imkan vermədən düşmən obrazında yaşamağa məhkum edilmiş insanın səbr kasası daşır.

İş o yerə çatır ki, yaxın qohum -qardaşı belə Sultan kişiyə baş çəkməyə gedə bilmir.

Günlərin birində Kolxozda rayonunun ı katibinin iclası olur.

Nə qədər çalışsalar da Sultan kişin içəridən çıxara bilmirlər.Katib çıxışından sonra kəndlilərin suallarına cavab verir və problemləri ilə maraqlanmağa başlayır.

Sultan kişi qabağa çıxır. I Katibin sus işarəsi ilə hər kəs sakit olur.

Sultan kişi bütün çətinliyi, ölümü gözünün önünə alır, ona qarşı edilən haqsızlıqları birbaşa, heç kəsdən çəkinmədən söyləyir.

Hər kəsin Sultan kişinin cəzalandırılacağını gözlədiyi anda I Katib fərqli qərar verir:

Sultan kişi Kolxoza üzv olmalıdır, özü də briqadir təyin edilir.

Uşaqlığını Mustafa ağanın qapısında nökərçiliklə keçirən birinci katib hörmətinin əvəzini bu yolla ödəmiş olur.

Beşayaqlı at

Keçən yazılarımızda Mustafa ağnın qardaşı olan Şəmil ağanın oğlu Siyaş bəy haqqında da bəhs etmişdik.

Cavan yaşlarında dünyasını dəyişən Şəmilin yurdundan cəmisi bircə uşaq qalır o da balaca Siyaş olur.

Uşağı himayəsinə alan Mustafa ağa onun yetkin insan olaraq ortaya çıxmasında müstəsna rol oynayır.

Balaca Siyaşa atasından yadigar cəmisi bir at qalır.

Atın qəribəliyi ondan ibarət idi ki, onun beş ayağı olub və qara rəngə malik olan at xüsusi cinsdən hesab edilirmiş.

Beşayaqlı atın sorağı bütün Gəncəbasarı bürüyür. Atın balalarını əldə etmək üçün üzü Gəncəyə qədər müştəriləri meydana çıxır. Ətək-ətək pul təkil edən ki, atı oğurlamağa çalışan kim...

Atın daha bir balası Məcid ağanın məşhur qara atı olub. Daha birisi isə Mustafa ağanın mindiyi at olub. Hansı ki, dağ cüssəli, başı buldlara çatan Mustafa ağa o zamana qədər hansı ata minirmişsə, atın beli ağırlığa davam gətirməyib sınır.

Beşayaqlı madyanın sorağı Gəncə qubernatoruna çatır.

Bir dəstə dövlət atlısı Mustafa ağanın qonağı olur. Qubernatorun atı hansı məbləğə desə alacağını söyləyirlər.

Mustafa ağa isə yaxşı bilir ki, Siyaş atını özündən də çox istəyir. Mustafa ağa isə uşağın qəlbini qırmaq istəmir və onları Siyaşla görüşdürür. Siyaş isə atını verməkdən imtina edir.

Bu dəfə qubernator Mustafa ağanı Gəncəyə çağırır.

Atı gətirməyi ona həvalə edir.

Mustafa ağanın sözündən çıxa bilməyən Siyaş məşhur beşayaqlını qubernatorun əsgərlərinə təhvil verir.

Uzun zaman başı qarışıq olan Mustafa ağanın Siyaşdan xəbəri olmur.

Əmisinin sözündən çıxa bilməyən və atını qubernatora göndərən uşağı huşsuz halda çayqırağında tapırlar. Bəxtindən daşqın sel onu aparmayıb, sahildəkı daşlığa atıbmış.

(Yazının əvvəli üçün link http://publika.az/p/17082)

Əziz Əlibəyli

(Davamı var)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm