Qırmızı.az
Professor Vaqif Arzumanlı vəfat etdi
Modern.az saytının xəbərinə görə, tanınmış filoloq-tarixçi, politoloq Vaqif Arzumanlı vəfat edib. Məlumatı V.Arzumanlının çalışıdığı AMEA-nın Nizami adına Ədəbiyyat İnstitutundan da təsdiqləyiblər.
Yaxınlarından əldə etdiyimiz xəbərdə bildirilir ki, Vaqif Arzumanlı
məzuniyyətdəymiş və Nabrandakı bağ evində dünyasını dəyişib. Hadisə
zamanı onun yanında heç kim olmayıb.
Professor Vaqif Arzumanlı 1947-ci ildə Quba rayonunda anadan
olub.
1964-1969-cu illərdə Bakı Dövlət Universitetinin filologiya
fakültəsində təhsil alıb. 1969-1972-ci illərdə AMEA-nın, M.Qorki
adına Dünya Ədəbiyytı İnstitutunun və Litva EA-nın
aspiranturalarında oxuyub.
V.Arzumanlı 1991-2002-ci illərdə Azərbaycan Elmlər Akademiyası
Milli Münasibətlər İnstitunun (2000-ci ildən Beynəlxalq
Münasibətlər İnstitutu) direktoru işləyib. 2002-ci ildən AMEA
Nizami adına Ədəbiyyat İnstitutunun "Xarici ölkələr ədəbiyyatı və
ədəbi əlaqələr" şöbəsinə rəhbərlik edir. 2011-ci ildən AMEA-nın
Nizami adına Ədəbiyyat İnstitutunun Beynəlxalq Əlaqələr üzrə
direktor müşaviridir.
V.Arzumanlı 1973-cü ildə namizədlik, 1984-cü ildə doktorluq
dissertasiyası müdafiə edib, 1991-ci ildən professor adı alıb,
Beynəlxalq Eko- İnformasiya Akademiyasının akademikidir (1996),
V.Arzumanlı 1974-cü ildən Bakı Dövlət Universitetinin müəllimi və
professorudur (1989). 1973-1974-cü illərdə M.F. Axundzadə adına RDƏ
İnstitutunda (indiki Slavyan Universiteti), 1976-1987-ci illərdə
İrəvan Pedaqojı İnstitutunun Azərbaycan bölməsində dərs deyib.
Elmi əsərləri, kitab, monoqrafiya və məqalələri rus, Ukrayna, alman, türk, Litva, latış, eston, belarus, polyak, ərəb, fars, ingilis və başqa dillərdə nəşr edilib.
V.Arzumanlı 2000, 2005 və 2010-ci illərdə Azərbaycan Respublikası
Milli Məclisinin deputatliğına namizəd kimi qeydə alınıb. Üç dəfə
AMEA-nın müxbir üzvlüyünə namizədliyi irəli sürülüb (2001, 2007,
2012).
Litva və Belarus Respublikaları Ali Sovetlərinin, Respublikamızın
bəzi elm və təhsil ocaqlarının,ayrı-ayrı təşkilatların Fəxri
Fərmanları, eləcə də Azərbaycanın, Litvanın, Latviyanın,
Estoniyanın, Ukraynanın, İraqın, Tatarıstanın bir sıra ədəbi
mükafatları və medalları ilə (1964-2012) təltif olunub, Milli
qəhrəman Əlif Haciyev adına və görkəmli türkoloq Bəkir Çobanzadə
adına Beynəlxalq mükafatlara, eləcə də "Qızıl qələm" və "Mir Cəlal
Paşayev" mükafatlarına layiq görülüb.
V.Arzumanlı 35 kitab və monoqrafiyanın, həmçinin 1500-dən artıq
elmi və publisistik məqalənin, müsahibənin müəllifidir. 60-dan
artıq elmi əsərin redaktoru və ön sözün müəllifidir. Ədəbi əlaqələr
və milli münasibətlər sahəsində gənc alimlərin və mütəxəssislərin
yetişdirilməsində fəal iştirak edib, 30-dan artıq aspirant,
dissertant, doktorantın elmi rəhbəri, elmi məsləhətçisi olub.
Allah rəhmət eləsin..
-
Nida Xəbər 14:21Qənimət Zahidov Baş Prokurorluğa çağırıldı
-
Dünya13:25Türkiyənin siyasəti nəticə verir: Qərb onlar üçün qapılarını bağladı
-
Region13:06İrandan sensasion iddia: Bu zavodun yerini İsrailə onlar deyib, orada olmuşdular
-
Sosial12:47Azərbaycanda ən yaşlı icra başçısı odur - FOTO
-
Köşə12:05Şahruddin Qurban Qurbanova qarşı üsyan qaldırdı
-
Dünya11:45Məmdaninin qələbəsi Nyu-Yorku "silkələdi": Yəhudilər silahlanırlar
-
MDB11:20Almatı sakinləri səhər partlayış səsinə oyandılar: Nə baş verib?
-
Sosial11:14Sürücülük vəsiqəsi almaq istəyənlərin NƏZƏRİNƏ - Bundan sonra...































