Nida.az
Əyləncəli, ağıllı, eqoist, tədbirli... Qubad İbadoğlu kimdir? - “Fizioqnomiya” testi
Publika.az Müsavat başqanlığına seçkilərin aktuallığını nəzərə alaraq, 4 namizədin hər biri haqqında “Fizioqnomiya” testi və bədən dillərinin təhlilinin köməyi ilə xarakteristikasını təqdim edir.
Qeyd edək ki, üz kodlarına əsaslanan bu elm sayəsində hər bir
insanın xarakterini açmaq mümkündür. NLP Master Babək Bayramovla
birlikdə başqanlığa namizəd Qubad İbadoğlunun “Fizioqnomiya”
testini təqdim edirik:
Arayış: Qubad İbadoğlu Bayramov 1971-ci ildə anadan olub. Orta
məktəbi Bakıda, fizika-riyaziyyat təmayüllü 1-li internat məktəbdə
bitirib. 1987-ci ildə fizika üzrə respublika olimpiadasının qalibi
olub. Həmin il Azərbaycan Xalq Təsərrüfatı İnstitutuna qəbul olunub
və 1992-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetini (fərqlənmə
diplomu ilə) və 1996-cı ildə aspiranturasını bitirib. Namizədlik
dissertasiyasını müvəffəqiyyətlə müdafiə edərək, iqtisad elmləri
namizədi adına layiq görülüb.
1999-2000-ci illərdə Varşavada Ali İqtisad Məktəbində, 2004-2005-ci
illərdə Budapeştdə Mərkəzi Avropa Universitetində tədqiqatlar
aparıb. 2008-2009-cü tədris ilində ABŞ-ın Kanzas və Şimali Karolina
Universitetlərində ixtisasartırma kursları keçib və elmi tədqiqatla
məşğul olub. 1995-1999-cu illərdə “Ekonomiks” iqtisad qəzetinin baş
redaktoru olub. 2002-ci ildən İqtisadi Tədqiqatlar Mərkəzi İdarə
Heyətinə sədrlik edir. 2007-ci ildən İctimai Birliklərin Mədən
sənayesində şəffaflığın artırılması Koalisiyasının
əlaqələndiricisidir. 2008-ci ildə Ödədiyini Açıqla Beynəlxalq
Koalisiyasının Strateji Məsləhət Qrupuna, 2009-cu ildə isə Qara
Dəniz QHT Forumunun İdarə Heyətinə üzv seçilib.
Müsavat başqanının müşaviri vəzifəsində çalışıb.
Sentyabrın 12-də Müsavat başqanlığına namizədliyini irəli
sürüb.
Bundan sonra həm partiyada, həm də QHT sektorunda tutduğu
vəzifələrdən istefa verib.
Qubad İbadoğlu:
Baş: Başın önə doğru əyilməsi təkmilləşmiş zəkanın
göstəricisidir.
Alın: Alnın enliliyinə diqqət edəriksə, çox ağıllı
bir insan modeli ilə qarşı-qarşıya gəldiyimizi görərik. Tərs
piramida forması isə melanxoliya, hiyləgərlik, yalançılıq, və
eqoistliyə meyilliliyi göstərir.
Demək olar ki, qırışsız bir alın isə öz sahibinin əyləncəyə meyilli
olduğunu bildirir.
Burun: Böyük buruna malik insanlar əsasən
təkəbbürlü, şöhrətpərəst olurlar. Burunun enliliyi, öz sahibinin
başqaları ilə ünsiyyətdə gözəl ahəng qurma bacarığının olmasını
bildirir.
Gözlər: Böyük, yumru və geniş qapaqları olan
gözlərin ağında kiçik qan damarları görünməkdədir. Gözün ağı isə
xəstəliyi xatırladan, bəzən sarımtıl bir maye ilə örtülür. Bu
tiplər tez hirslənsələr də, daha çox içində saxlayırlar, ancaq
insan sevgisindən, daxili sevgidən məhrum deyillər.
Dodaqlar: Kənarları bilinən və yüngül ətli
dodaqlar gözəl qəlbli, səmimi və əsasən pis vərdişlərdən çox yaxşı
vərdişlərə meyilli olan tiplərdir.
Qulaqlar: Qulaqların dikliyi xəstəliyə meyilli
olduqlarını göstərsə də, yastılığı sahiblərinin tədbirli,
soyuqqanlı və iradəli olduqlarından xəbər verir.
Çənə: İrəli çıxmış çənə böyük ehtimalla sahibinin
enerjili və iradə gücü yüksək, azad, alicənab, dürüst, inadkar və
sərt olduğunu deyir.
Qeyd: Burada haqqında danışılan şəxsin qəbul etmədiyi
məqamlar ola bilər. Qarşı tərəfin fikirlərini yayımlamağa
hazırıq.
Asif Nərimanlı
-
Hadisə17 Aprel 23:11
Aytən Səfərovanın düşdüyü qəzada ölən gəncin FOTOSU
-
Sosial17 Aprel 22:58
Sosial şəbəkələrdə satılan soyuq silahlarla bağlı DİN-dən AÇIQLAMA - VİDEO
-
Magazin117 Aprel 22:24
Azərbaycanlı bloqer Dubayda çətin vəziyyətdə qaldı - VİDEO
-
Səhiyyə17 Aprel 22:12
"Kliniki ölüm insanı “tərəvəz”ə çevirir" - Çingiz Abdullayevdən ilk açıqlama
-
Magazin117 Aprel 20:58
İş adamı Manaf Ağayevə ev bağışlayıb? - Özü danışdı
-
Nəqliyyat17 Aprel 19:40
Baş nazir elektrik mühərrikli avtomobillərlə bağlı iclas keçirdi - FOTO
-
Dünya17 Aprel 18:47
Rusiya Çerniqovu vurdu: çoxlu sayda ölü və yaralı var
-
Yaxın Şərq17 Aprel 17:47
İsrail qərar verdi: İranın hücumuna belə cavab verəcəklər