"Formula 1" həvəskarlarına xoş xəbər - FOTO
Avtoqraf sessiyası və "Pit" zolağında gəzinti yenidən Bakı yarışında!
Publika.az">Publika.az xəbər verir ki, "Formula 1" azarkeşlərinin səbirsizliklə gözlədiyi avtoqraf sessiyası iki illik fasilədən sonra Azərbaycan Qran Prisinə qayıdır. Avtoidman həvəskarları yarış həftəsi, şənbə günü dünyaca məşhur pilotlarla yenidən görüşmək imkanı qazanacaqlar.
11 iyun tarixində bütün bilet sahibləri "Formula 1" şəhərciyi ərazisində baş tutacaq avtoqraf sessiyasında öz sevimli ulduzlarını görə biləcəklər.
"Formula 1"in üçüncü sərbəst yürüşündən öncə nəzərdə tutulan avtoqraf sessiyasında azarkeşlər kral yarışlarının ulduz sürücüləri ilə görüşmək, xatirə şəkli çəkdirmək və xüsusi imzalı kartları özləri ilə götürmək imkanı əldə edəcək, bu möhtəşəm görüşdən xoş təəssüratlarla ayrılacaqlar.
Bilet sahiblərindən avtoqraf sessiyalarının bir hissəsi olmaq və avtoidmanın məşhurları ilə görüşmək üçün əvəzolunmaz şansı əldən verməmək üçün Azarkeş Zonasına erkən gəlmələri xahiş olunur.
Avtoqraf sessiyaları ilə yanaşı, bu ilin bilet sahibləri "Pit" zolağında gəzə biləcəklər. "Pit" zolağı gəzintisi 9 iyun tarixində nəzərdə tutulub.
Xatırladaq ki, yalnız üç günlük bileti olan tamaşaçılar "Pit" zolağında gəzə biləcəklər.
Bakı Şəhər Halqası yarışı yaxından izləmək və unudulmaz anlar yaşamaq istəyən tamaşaçıları 2022 "Formula 1" Azərbaycan Qran Prisinə dəvət edir, bunun üçün hər kəsi bilet almağa səsləyir.
-
Qoroskop00:00Günün ULDUZ FALI - Sevgi həyatınızda xoş sürprizlər ola bilər
-
Dünya17 Sentyabr 23:363I/ATLAS-la bağlı SİRR ÇÖZÜLÜR - Kometin quyruğunda nə aşkar edilib?
-
Cənubi Qafqaz17 Sentyabr 22:48Paşinyan rəqibinə aman vermir - Daha 2 ay...
-
Magazin117 Sentyabr 22:36Hüseyn əməliyyat olundu - FOTO
-
ABŞ17 Sentyabr 22:24Trampın reytinqi tarixi minimuma endi
-
Dünya17 Sentyabr 22:12DƏHŞƏTLİ QƏTL: Kişi yatmış arvadının başını kəsdi
-
Magazin217 Sentyabr 20:48CeyLonun həbsxanadakı oxşarının fotosu gündəm oldu
-
Nida Xəbər 17 Sentyabr 19:50Nəsimi buranı görsə, hüsnünə heyran olardı - VİDEO





























.jpg)






.jpg)


