Krallığın gəlinləri geyimləri ilə diqqət mərkəzində - FOTO
Xəbər verdiyimiz kimi, Londonda kraliça II Yelizavetanın platin ildönümü qeyd olunur: o, taxta çıxmasının 70 illik yubileyini qeyd edir.
Publika.az xəbər verir ki, dünən Müqəddəs Paul Katedralında kral ailəsinin üzvlərinin iştirak etdiyi mərasim keçirilib.
Mərasimdə şahzadə Uilyam, Keyt Middlton və şahzadə Harrinin müşayiəti ilə Meqan Markl, şahzadə Edvard və həyat yoldaşı Sofi, Uesseks qrafinyası, uşaqları Ledi Luis Vindsor və Ceyms, şahzadə Yevgeniya, Zara Tindall, Enn və Timoti Laurens iştirak edib.
Təntənəli mərasimdə Böyük Britaniyanın Baş naziri Boris Conson və həyat yoldaşı Kerri Conson, keçmiş baş nazir Toni Bleyer və xanımı da iştirak ediblər. İbadətdən sonra meriyanın binasında rəsmi qəbul təşkil olunub. Kraliça tədbiri Bukinqem sarayında televiziyadan izləyib. Məlum olub ki, o, əvvəlki paradda özünü pis hiss edib.
Keyt Middlton tədbir üçün “Emilia Wickstead”dən limon rəngli paltar və ona uyğun papaq seçib. O, kraliçaya ehtiramını bildirib və tədbirdə kraliça II Yelizavetaya məxsus brilyant və mirvari sırğaları taxıb. Dekorasiya üçün mirvarilərdən istifadə olunub, bunlar 1947-ci ildə kraliçaya və onun mərhum əri şahzadə Filipə toy hədiyyəsi kimi təqdim edilib. Şahzadə Diana da bu sırğaları 1982-ci ildə taxmışdı.
Meqan Markl ağ paltar və papaq seçib. Onun imici bir gün əvvəl “Trooping the Colour” paradında Keyt Middltonun geyimi ilə müqayisə edilib.
Şahzadə Harri və Meqan Markl kraliçanın yubileyi üçün Londona xüsusi səfər ediblər və iki ildən sonra ilk dəfə kral ailəsinə qoşulublar.
-
Magazin106:16Röya mavi lələkli libasda - FOTO
-
Magazin203:43Həmin adı kürəyinə döydürmüşdü, indi yeni doğulan qızına qoydu - FOTO
-
Qoroskop00:00Günün ULDUZ FALI - Sevgi həyatınızda xoş sürprizlər ola bilər
-
Dünya17 Sentyabr 23:363I/ATLAS-la bağlı SİRR ÇÖZÜLÜR - Kometin quyruğunda nə aşkar edilib?
-
Cənubi Qafqaz17 Sentyabr 22:48Paşinyan rəqibinə aman vermir - Daha 2 ay...
-
Magazin117 Sentyabr 22:36Hüseyn əməliyyat olundu - FOTO
-
ABŞ17 Sentyabr 22:24Trampın reytinqi tarixi minimuma endi
-
Dünya17 Sentyabr 22:12DƏHŞƏTLİ QƏTL: Kişi yatmış arvadının başını kəsdi





































.jpg)


